Nələri deməkdənsə, nələr söylədin...

 
Nələri deməkdənsə, nələr söylədin...

“Sən mənimsən” deyil də, “Mən sənə aidəm” desəydin,
başqa yerlərdə olsan da varlığını hiss edə bilərdim bəlkə...
Söyləmədin ki...

“Sənin üçün hər çətinliklərlə savaşaram”
deyil də, “Səndən gələn heç bir şey çətin deyil” desəydin,
inanardım ürəyinin sadəcə mənə aid olduğuna...
Söyləmədin ki...

“Sən olmadan yaşaya bilmərəm” deyil də, “Sənsizlik deyə bir şey yox, sən var olmasan da mənimləsən” desəydin,
inanardım sevginin sonsuzluğuna...
Söyləmədin ki...

“Sən mənim yuxumsan” deyil də, “Gerçəkləşən röyamsan” desəydin,
uzaqda da olsam, yaşadardım bu gerçəyi səndə...
Söyləmədin ki...

“Sən mənim ruh ekizimsən” deyil də, “Sən əslində Mənsən” desəydin,
yoxluğunda da davam etdirərdim sən olmağı...
Söyləmədin ki...

“Səni sevirəm” deyil də, “Səni həmişə sevəcəyəm” desəydin,
yalan da olsa sevgin, inanardım mənə bir gün dönəcəyinə...
Söyləmədin ki...

“Sənsiz çox darıxıram” deyil də, “Sənsiz darıxmaq belə gözəldir” desəydin,
ayrı da olsaq, inanardım məni ürəyində hər dəm yaşatdığına...
Söyləmədin ki...

“Sən mənim üçün çox dəyərlisən”
deyil də, “Dəyərli olan hər şey səndə gizlidir” desəydin,
özümü indi belə ucuz hiss etməzdim...
Söyləmədin ki...

“Bir gün bitəcək” deməsəydin də, “Əslində səni heç sevməmişəm!” desəydin,
Ən azı dəliqanlı birini yaşadardım ürəyimdə...
Amma etmədin ki...


Geri dön

_RONALDO_

  • 13 may 2011 21:11
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
heqiqetende sevdiyimiz insan bize cox deyerli olur cox sag ol beyendim

--------------------

_RONALDO_

  • 9 mart 2011 20:11
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------

Baby_Love

  • 3 oktyabr 2010 02:50
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Bütün xəbərlər elə sevgiyə aiddi ki =) Çox saol

Ulya

  • 2 oktyabr 2010 20:07
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol

AnGeLoCKa

  • 2 oktyabr 2010 04:06
  • Məqalə: 1
  • Şərh: 30
  • Bal:
{awards}
maraqli idi

Grace_Angel

  • 1 oktyabr 2010 15:50
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler baciw maraqli xebere gore......

--------------------

Azeri_Gozeli

  • 1 oktyabr 2010 13:42
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
heqiqetende sevdiyimiz insan bize cox deyerli olur love cox sag ol beyendim

--------------------

MiYasKa KrEoZi

  • 1 oktyabr 2010 01:41
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
YaLanDan Seni sEviRem deMek geR4eKTen Seni sEvmiRem dEmeKden aSandI yEqin no

TesheKkuRLer maRaqLI iDi.. smile

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}