Səbr

 
Səbr

Səbir, yalnız çətinliklər qarşısında deyil, həyatın hər anında yaşanması lazım olan gözəl bir əxlaq xüsusiyyətidir...

Səbir; ‘Rəbbin üçün səbr et' (Mudəssir surəsi, ayə 7).

Ayədən də aydın olduğu kimi, yalnız ALLAH rizası üçündür. İnsan ancaq ALLAHa olan imanı və yaxınlığı nisbətində səbir göstərə bilər. Qarşılaşdığı çətin hadisələrdə göstərdiyi gözəl əxlaq davamlıdır…

“Yaxşılıqla pislik eyni ola bilməz! Ey mömin kimsə! Sən pisliyi yaxşılıqla dəf et! Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə cömərdliklə, cəzaya bağışlamaqla cavab ver! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu xislət yalnız dünyada məşəqqətlərə səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! (Fussilət surəsi, ayə 34-35).”
Ayədən də aydın olduğu kimi "davamlı" olan gözəl əxlaqı səbr edənlərdən başqası göstərə bilməz...

Səbr

Möminlərin başlarına nə qədər böyük fəlakətlər gəlirsə gəlsin, onlar üçün fərq etməz. "Ey iman gətirənlər! Səbr edin və səbirdə yarışın... " (Ali İmran Surəsi, ayə 200). Ayədə buyurulduğu kimi xeyrlərdə yarışar kimi, səbirdə də yarışmaq bir mömin xüsusiyyətidir.

Qarşılaşılan hər cür hadisə mömin üçün bir imtahandır. Göstərəcəyi səbrin əhəmiyyətini çox yaxşı bilər və ALLAHın razı olacağı rəftarı göstərmək üçün böyük səy sərf edər. Bunu edərkəndə ən kiçik bir narahatlıq və çətinlik duymaz. Çünki hər şeydə mütləq bir xeyr olduğunu düşünər və sonsuz bir təvəkküllə ALLAHa sığınar, köməyi də səbri də yalnız Ondan diləyər. Qismət gerçəyini bilən və hər şeyin ALLAHın idarəsində reallaşdığına inanan mömin, hər çətinliyin arxasından, mütləq bir asanlıq gələcəyini və ALLAHın kimsəyə çəkə biləcəyindən artığını yükləməyəcəyindən əmindi...

ALLAH səbir göstərənləri cənnəti ilə müjdələyib.
"Məhz belələri, ALLAH yolunda bütün çətinliklərə, əziyyətlərə səbr etdiklərinə görə cənnət guşəsi ilə mükafatlandırılacaq, orada mələklər tərəfindən ehtiramla, salamla qarşılanacaqlar. (Furqan surəsi, ayə 75)

Səbr

Dünya həyatının keçici olduğunu bilən mömin üçün, axirətdə Rəbbinin üzü və sonsuz cənnət həsrəti, səbir göstərməsi üçün kafi bir səbəbdir. Unudulmamalıdır ki bütün ibadətlərdə dayanıqlılıq və davamlılıq göstərmək, səbirli olmaqla mümkündür. Səbir ibadəti, insana çətinlik deyil fərahlıq verən əhəmiyyətli bir ibadətdir.

Mömin üçün ALLAHın razılığı və məmnuniyyəti çox əhəmiyyətlidir. ALLAH sevgisi və qorxusundan məhrum olan insan, bu hissiyyatdan uzaqdır. Bu səbəblə ALLAH rizası üçün səbir göstərmək yerinə dözümü seçər. Həyat onun üçün dözmək məcburiyyətində olduğu çətinliklərlə dolu əziyyət verici bir mühitdir. Dözə bildikləri nöqtəyə qədər dözərlər, sonrasında üsyan edərlər. Davamlı yaşanan narahatlıq və gələcək qorxusu bədənlərində geri dönüşü olmayan xəstəliklərə səbəb olar ya da üsyanları onları intihara sürüyər. Halbuki ALLAHa təslim olub səbr edən mömin üçün sonsuz bir dinclik və güvən duyğusu var.

Yaşadığımız dünyanın bir imtahan yeri, əsl yurdun isə axirət olduğunu düşünsək, bu nöqtədə verilməsi lazım olan əhəmiyyətli bir qərarla qarşı-qarşıya qalarıq:

Keçici Dünya həyatımı? Sonsuz Cənnətmi? Sonsuz Əzabmı?


Geri dön

Su Perisi

  • 14 oktyabr 2011 23:39
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
Səbir; ‘Rəbbin üçün səbr et' (Mudəssir surəsi, ayə 7).
Yaşadığımız dünyanın bir imtahan yeri, əsl yurdun isə axirət olduğunu düşünsək, bu nöqtədə verilməsi lazım olan əhəmiyyətli bir qərarla qarşı-qarşıya qalarıq:

--------------------

_eslemnur_

  • 11 oktyabr 2011 16:15
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Allah en cetin anlarda sebrimize quvvet versin inshAllah

... Deryam ...

  • 11 oktyabr 2011 12:31
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
YALNIZ ALLAHIM ÜÇÜN VƏ ALLAHDAN QORXDUĞUM ÜÇÜN SƏBR EDİRƏM ......
ALLAH RAZI OLSUN .

--------------------

DaMLa

  • 11 oktyabr 2011 02:20
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Ey iman gətirənlər! səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir! (Bəqərə 153)

--------------------

heyasiz204

  • 10 oktyabr 2011 23:45
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

H.o.S.t _ FaNaTka

  • 10 oktyabr 2011 23:08
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
allah razı olsun təşəkkür

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

_Selinnn_

  • 10 oktyabr 2011 22:06
  • Məqalə: 9
  • Şərh: 285
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

RADUQA

  • 10 oktyabr 2011 20:44
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKURLER....ALLAH HER BIRIMIZI SEBIRLI BENDELERINDEN ETSIN...AMIN...!!!!
BU SUALLARIN CAVABINISA MENCE HER KES OZ OZLUYUNDE ANLAYIB DUYUB BAWA DUWUB CAVABINI TAPMALIDIR....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

MiLeyla

  • 10 oktyabr 2011 20:40
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
sonsuz cennet

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Musique Sage

  • 10 oktyabr 2011 20:24
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
sebr en boyuk dayaqdir ne demisler sebr eden dervis muradina ermis

_Arzu_

  • 10 oktyabr 2011 20:05
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
ALLAH sebr eden bendelerini sevir. Ona gore de chalishaq sebrli bendelerden olaq.

Cilent_M.Q

  • 10 oktyabr 2011 19:55
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}