İmam Əli (ə)-in Qırx Səhabəsi (6-10)

 
 İmam Əli (ə)-in Qırx Səhabəsi (6-10)

 İmam Əli (ə)-in Qırx Səhabəsi (6-10)

Bismillahir-rehmanir-rehim

İmam Əli (ə)-in Qırx Səhabəsi (6-10)

6-Şəhid Üveys Qərəni:
O, həm həzrət Peyğəmbər (s)-in, həm də imam Əli (ə)-ın səhabəsi olmuşdur. Həzrət Peyğəmbər (s) onu İslama dəvət etdikdə, dərhal iman gətirmişdi və İslamı təbliğ edən ilk şəxslərdən biri olmuşdur. Anası xəstə olduğu üçün Peyğəmbər (s)-i heç vaxt görə bilməmişdi.
Əlbəttə, bir dəfə Mədinəyə gəlib Peyğəmbər (s)-i görmək istədi, lakin o həzrət evdə olmadığına görə Peyğəmbər (s)-i ziyarət etmədən Yəmənə qayıtdı. Peyğəmbər (s)-ə o qədər məhəbbət bəsləyirdi ki, Ühüd müharibəsində o həzrətin dişlərinin sınmasını eşitdikdə, onun da dişləri ağrımağa başladı.
Peyğəmbər (s) Üveys Qərəniyə olan məhəbbətini aşkar edib buyurdu: “Hər kəs Üveys Qərənini görsə, mənim salamımı ona söyləsin.” O, bəzi gecələri rüku, bəzi gecələri də səcdə halında keçirirdi.
Həmişə imam Əli (ə)-ın hüzurunda İslamın düşmənlərinə qarşı döyüşürdü.
Siffeyn müharibəsində ağır bir döyüşdə şəhadət məqamına nail oldu.

 İmam Əli (ə)-in Qırx Səhabəsi (6-10)

7-Şəhid Əbu İshaq Bəsii:
O, Abdullahın oğlu və Yezid ibni Həsinin bacısı oğlu idi. İmam Əli (ə), İbni Abbas və digər səhabələri görmüşdü.
Şiə və sünnü alimlərinin nəzərinə görə o, hədis elmində etimadlı şəxslərdən biridir.
Əbu İshaq qırx il işa namazının dəstəmazı ilə sübh namazını (gecəni səhərə kimi oyaq qalıb) qılmışdı. Doxsan yaşında ikən Kərbəlada şəhadətə çatdı.

 İmam Əli (ə)-in Qırx Səhabəsi (6-10)

8-Şəhid Əbul-buxtəri Tayi:
O, imam Əli (ə)-ın xüsusi səhabələrindəndir. Yəmən əhlindən olub, Kufədə yaşamış, şiə alimlərindən, hədisçilərindən olan tabeindir, əmanətdar və etimadlı şəxslərdən olmuşdur.
Allah yolunda cihad etmiş, Həccac ibni Yusifin əleyhinə Məhəmməd ibni Əşəsin etdiyi qiyamda iştirak edib, şəhid olmuşdur.

 İmam Əli (ə)-in Qırx Səhabəsi (6-10)

9-Əbu Tufeyl Kənani:
O, imam Əli (ə)-ın xüsusi səhabəsi, Cəməl, Siffeyn və Nəhrəvan müharbələrində o həzrətin bayraqdarı olmuşdur.
Siffeyn müharibəsində şücaətlə döyüşmüş və Müaviyənin ordusunu məğlub etməkdə böyük rəşadət göstərmişdir.
Buna görə də imam Əli (ə) ona təşəkkür etmişdir. O, Ühüd müharibəsi günlərində dünyaya gəldiyinə görə Peyğəmbər (s)-in səhabələrindən sayılırdı.
O, Peyğəmbər (s)-in səhabələri arasında vəfat edən sonuncu şəxs olmuşdur.

 İmam Əli (ə)-in Qırx Səhabəsi (6-10)

10-Şəhid Əbu Heysəm ibni Teyhan:
O, İslam dinindən qabaq Allahpərəst, ənsar arasında İslam dinini qəbul edən ilk şəxs idi və İslam dinini yaymaqda ciddiyyətlə çalışmışdır.
Siffeyn müharbəsində iraqlı əsgərləri döyüşə təşviq etdi və elə bu müharibədə Əmmardan sonra şəhadətə nail oldu.

 İmam Əli (ə)-in Qırx Səhabəsi (6-10)



Geri dön

gul_93

  • 11 oktyabr 2011 00:41
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
TEWEKKURLER OXUDUM

.::BaBy_FaCe_WiSe::.

  • 11 oktyabr 2011 00:30
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
Sitat: ..::Enigmatico::..
ALLAH RAZI OLSUN TEWEKKURLER


--------------------

heyasiz204

  • 10 oktyabr 2011 23:51
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

H.o.S.t _ FaNaTka

  • 10 oktyabr 2011 23:28
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
allah razı olsun təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}