
Tək yaşamağı da bilməliyik.
Yenə də elə bir an gəlir ki,sığa bilməz olarsan qəlibinə bax o zaman tək ürək ola biləcəyin bir dost axtararsan.
Yorğunsansa hələ;sığına biləcəyin bir dost istəyərsən.
Yelkənlərimi endirdim indi,tənhalığına əksimi saldım.
Özümü gördüm dərin sularında...
Dostluğun günəş olub əhatə etdi məni çox uzaqlardan...
Məna olmalıydım həyata...
Məna verməliydim baxışlarıma və ritim əlavə etməliydim addımlarıma...
Getdiyim yollar məndən iz daşımalı idi.
Məni mən olaraq yazmalı idi keçmiş,silə bilmədiyimiz səhifələrinə...
Hər quru qışın içində baharlar tapmalıydıq yaşamağıçın...
Ağ ağ çiçəklənib də,lopa-lopa yağmalıydıq çılpaq ağaclara...
Güllər əkməliydik könülümüzdəki bağçalara...
Könülümüzə sığdırmalıydıq kainatı və bütün yaradılmışları.
Və o kainatın memarı olmalıydıq,uca memarın bizə verdiyi o hisslərlə yenidən
yaratmalı idik...
İçimizdəki bütün mənalar kainatda maddə olmalı idi.
Məsələn;quşun qanadları,həyata doğru getməyi öyrənən bir körpənin ayaqları,yaşı xeyli irəliləmiş bir nənənin yüzündəki bütün qırışlar,yaxud bir işçinin döyənək tutmuş əlləri...
Sevgi şəkillənməli idi beləcə...
Səni sevirəm deyə qışqırmalıydıq həyata və gözəllik verməli idi, eyni səmimiliklə,sonsuza qədər...
Ümidlərimiz bütün qorxuların önünə bənd olmalı idi...
Bəli, indi yaşadıqlarımdan öyrəndiyim bir şeylər var:
Getdiyini fərq edə bildiyində,baxdığını görə bildiyində,gülüşünlə insanları ürəyindəki kainata həbs edə bildiyində yaşadığını anlarsan.
Və sevgidirsə həyat fəlsəfən,sevdiyin müddətcə yaşayarsan...
Üçüncü ölçüdən xilas olduğun an əbədiləşərsən.
Bir damlaykən dərin bir dərya olub çıxarsan.
İndi mənə uzaqlardan uzatdığın əllərinlə əllərimi birləşdirirəm.
Yaşadığımız laqeyd dünyada dostluğun mənim üçün çox əhəmiyyətlidir.
VƏ SƏN MƏNİM ÜÇÜN ÇOX QİYMƏTLİSƏN