Meyvələrin xeyiri

 
Meyvələrin xeyiri

Portağalın xeyri

Payız qış fəslinin ən gözəl meyvələrindən biridir. C vitamini ilə bol olan meyvə qrip xəstəliyinin müalicəsində əvəzedilməz rola malikdir. Tərkibi B vitamini, kalsium, maqnezium ilə zəngindir.
Soyuqdəyməyə və qripə yardım edir.
Öskürəyi azaldır.
Ürək xəstəliklərindən və iflicdən qoruyur.
Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir.
Mədə xərçənginin qarşısını alma təsiri var.
Təzyiqi normallaşdırır.
İçindəki minerallar cildin quruyub, qırışmasının qarşısını alır.
Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir.
Həzmi asanlaşdırır.
Damarların kirəclənməsinin qarşısını alır.
Bağırsağı yumşaldır.
Dərini təravətli edir.
Səhər saatlarında qəbul edilən bir stəkan portağal suyu günə gümrah başlamaq və bir çox xəstəliklərdən qorunmaq üçün əla vasitədir.

Heyva

Əsasən ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız boşluğu xəstəliklərində istifadə edilir. Bundan əlavə heyva cinsi gücü artırır, cildi gəncləşdirir, dodaq çatlamasına dəmandır. Tərkibi protein, şəkər, A, B2 və C vitamini, dəmir kimi minerallarla zəngindir.
Uşaqların böyüməsi və inkişafını tezləşdirir.
Sinir sistemini gücləndirir.
Həzmə kömək edir.
Dərini, dıqnaqları parlaq və sağlam edir.
Qrip və soyuqdəyməni sağaldır.
Ağızdən gələn qoxunu aradan qaldırır.
Kərə yağında bişirilən heyva bəlğəmi təmizləyir, öskürək, tənəffüs sistemi xəstəlikləri və bronxitə xeyirlidir.
Heyva çiçəyinin qaynadıb içmək anaların südünü artırır, ürəyi gəncləşdirir və baş ağrısına müsbət təsir edir.
Ağızdakı yaralar, boğazdakı şişlik və ağrı üçün heyvanın özünü və yarpaqlarının dəmləməsindən qarqara kimi istifadə etmək olar
Dodaq çatlamasının qarşısını almaq üçün toxumlarını qaynadaraq dodaqları bu suda yumaq olar.
Heyvanın yarpaqları yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir.

Banan

Bu meyvə qan dövranını tənzimləyir, yüksək təzyiqə müsbət təsir edir. Tərkibindəki şəkər, nişasta sayəsində dözümlülük yaradır. Banan idmançıların bir nömrəli enerji mənbəyidir.
Ürəyə və əzələ sisteminə xeyirlidir.
Yorgunluğu aradan qaldırır.
Yuxunu rejimə salır.
Mədə xorasının müalicəsinə kömək edir.
Böyrəkdəki iltihablanmada müalicəedici özəlliyə sahibdir

Üzüm

Üzümün tərkibi kalsium, dəmir və başqa maddələr, həmçinin A, B1, B2, və C vitaminlərilə zəngindirlər. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın təmizlənməsinə kömək edir.
Ürək döyüntülərini tənzimləyir.
Qaraciyəri təmizləyir.
Qara üzüm hüceyrə yeniləyici əhəmiyyətə malikdir.
Həzm prossesini asanlaşdırır.
Uşaqların inkişafı üçün çox faydalıdır.

Nar

Narın faydalarını saymaqla bitirmək olmaz. Bu meyvə çox dərdin dərmanıdır.
Təzyiqi tənzimləyir.
Ürəyi qoruyur.
Bədənin immunitetini gücləndirir.
Enerji verir, yorğunluğu aradan qaldırır.
Xolestrol və qan şəkərinin artmasına mane olur.
Bağırsaq parazitlərinin düşmənidir.
Dərinin gözəlləşdirir.

Alma

A, C, E və B vitaminləri, fosfor, maqnezium, dəmir, kalsium kimi maddələrlə zəngindir. Bu meyvənin insana xeyri onlarladır. Hətta el arasında “Gündə bir alma ye, həkimə möhtac olma” kimi deyimlərdə var. Hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır.
Qanı və böyrəkləri təmizləyir.
Cildə parlaqlıq və gözəllik verir.
Soyuqdəyməyə və öskürəyə xeyirlidir.
Xolestrolu azaldır.
Həzm sistemindəki narahatlığa kömək edir.
Baş ağrısına xeyirlidir.
Yüksək təzyiqi salır.
Qandakı şəkəri nəzarətdə saxlayar.
Revmatizmaya kömək edir.
Yuxusuzluğa xeyirlidir.

Armud

Armud soyuqdəyməni sağaldır, sinirləri rahatladır, mədəni gücləndirir, həzmi asanlaşdırır. Tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri var. Bu meyvəni yeməkdən əvvəl qəbul etmək məsləhətdir. Böyrəklərin işinə kömək edir. Daş və duzların tökülməsinə kömək edir. Təzyiqi düşürür, qanı təmizləyir. Revmatizmin müalicəsində də faydalıdır. Doyurucu təsiri olduğu üçün pəhrizlərdə acmaq hissini aradan qaldırır.

Şaftalı

B və C vitaminləri ilə zəngindir. A vitamini, kalsium, maqnezium, dəmir və fosfor var.
Ağızdan gələn qoxunu aradan qaldırır.
Bağırsaqda olan qurdları öldürür, bağırsaqları yumşaldır.
Qanı təmizləyir.
Qəbzliyin qarşısını alır.
Həzmi asanlaşdırır.
Böyrəklərin işinə kömək edir.
Hərarəti düşürür.
Sinirləri sakitləşdirir.
Yuxusuzluğun qarşısını alır.
Xərçəngə qarşı mübarizə vasitəsidir.
Dərini nəmləndirir və canlandırır.

Çiyələk

Bu meyvədə bol miqdarda dəmir və fosfor var. C, B və K vitamini ilə zəngin olan çiyələk bədəni gücləndirir, xolestrolu aşağı salır və qan laxtasının qarşısını alır.
Qanı təmizləyir.
Damağı gücləndirir.
Ağız qoxusunun qarşısını alır.
Sakitləşdirir.
Dərini nəmləndirir.
Revmatizm və qaraciyər xəstəliklərində istifadə edilir.

Gilas

Güclü ağrıkəsicidir, xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyir.
Qəbzliyi aradan qaldırır.
Nikotinin bədəndən sovrulmasına kömək edir.
Böyrəkləri daş və qum yığılmasından qoruyur.
Öd kisəsi daşını tökür.
Üzdə olan sızanaqları təmizləyir.

Ərik

Qan bərpaedicidir, qan azlığına xeyirlidir.
Saça yaxşı təsiri var.
Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edir.
Ürək xəstəliklərinə xeyirlidir.
Sümük əyilməsinin qarşısını alır.
Yuxu gətirir.
Həzm sistemində problem yaşayanlar üçün faydalıdır.
Səhərlər acqarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı, cildə də yaxşı təsir edir.

Kivi

Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var.
Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır.
Xərçəngin yaranmasına mane olur.
Qan təmizləyici xüsusiyyəti qan laxtalanması risqini əhəmiyyətli şəkildə azaldır.

Qreypfurt

Soyuqdəyməyə yaxşıdır.
Həzmi asanlaşdırır.
Diş əti qanamasını azaldır.
Xırda damarlardakı qan dövranını sürətləndirir.,
Mədə xərçənginə tutulmaq risqini azaldır.
Təzyiqi normallaşdırır.
Yağlı yeməklərin ardından bu meyvənin suyunu içmək məqsədəuyğundur.


Geri dön

SMACKDOWN YEK

  • 5 fevral 2012 11:36
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
əla super!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! bəyəndim!! təşşəkkür!

AMINA

  • 12 oktyabr 2011 10:56
  • Məqalə: 4
  • Şərh: 165
  • Bal:
{awards}
VAY CANINA COX SAGOLUN MELUMATA GORE...

--------------------
Esil deyer qelbdedi hayif o insanlaraki deyerini itirir

-=ZED=-

  • 11 oktyabr 2011 18:39
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}


gune iki kilo meyve yeyirem amma yene de saglam deyilem =))

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

Ужасная девушка

  • 11 oktyabr 2011 15:29
  • Məqalə: 19
  • Şərh: 619
  • Bal:
{awards}
sag ol melumata gore olsada yesek

Sirli Melek

  • 11 oktyabr 2011 14:39
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Nar

Narın faydalarını saymaqla bitirmək olmaz. Bu meyvə çox dərdin dərmanıdır.
Təzyiqi tənzimləyir.
Ürəyi qoruyur.
Bədənin immunitetini gücləndirir.
Enerji verir, yorğunluğu aradan qaldırır.
Xolestrol və qan şəkərinin artmasına mane olur.
Bağırsaq parazitlərinin düşmənidir.
Dərinin gözəlləşdirir.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

:..GIZEMLI..:

  • 11 oktyabr 2011 14:36
  • Məqalə: 28
  • Şərh: 3335
  • Bal:
{awards}
BUTUN MEYVELERI COX SEVIREM.TWK XEBERE GORE

V_I_P

  • 11 oktyabr 2011 14:06
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
BELE XEYIRLIDIRSE ONDA HER GUN YIYECEM.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

MiLeyla

  • 11 oktyabr 2011 14:06
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
meyvelerin hamisini sevirem love

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Ay Üzlü

  • 11 oktyabr 2011 13:46
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
deyerli xeber ucun sag olun
her bir meyveni cox sevirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 58
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}