Arıqlıq köklükdən də təhlükəlidir

 
Arıqlıq köklükdən də təhlükəlidir

Əvvəldən də bildiyimiz kimi, köklük sağlamlığa ziyandır. Lakin son vaxtların elmi tədqiqatları göstərmişdir ki, arıqlıq orqanizm üçün köklükdən daha təhlükəlidir. Başqa sözlə desək, çox kök və çox arıq insanlar həyatlarını genetik müəyyən olunmuş zaman müddəti qədər davam etdirə bilməmə təhlükəsi altındadırlar.
Bəs uzunömürlülük və sağlamlığın “qızıl mərkəzini” harada axtarmaq lazımdır?

Köklərdən başlayaq. Onlarda adətən təngnəfəslik, artmış infarkt, insult, şəkərli diabet, hipertoniya, ateroskleroz riski və s. müşahidə olunur. Belə çıxır ki, bütün bu xəstəliklərdən azad olmaq üçün arıqlamaq lazımdır? Bəli. Bədən çəkisi azaldıqca bu xəstəliklərin əksəriyyəti insanı tərk edir. Lakin arıqlama zamanı yeni xəstəliklər qazanmamağa çalışmaq lazımdır.

Bəs sağlam insanın optimal bədən çəkisi nə qədər olmalıdır? Dietoloqların böyük əksəriyyəti və Dünya Səhiyyə təşkilatı öz işlərində Ketle indeksinə əsaslanır. Bu indeks belə hesablanır: bədənin kilogramlarla çəkisi, bölünsün boyun metrlə hündürlüyünün kvadratına. Məsələn, tutaq ki, insanın boyu 170 sm, çəkisi 65 kiloqramdır.

Bu zaman hesablama belə aparılacaq: 65 / (1,7 x 1,7) = 22,5 .

Belə qəbul olunmuşdur ki, Ketle indeksinin normal hüdudları 18,5 və 24,9 arasındadır. 18,5-dən aşağı göstərici təhlükəli arıqlıq, 24,9-dan yuxarı göstərici isə həddən artıq köklüyə işarə edir. Indeksin 30-dan yuxarı olması isə artıq piylənmənin başlamaq üzrə olduğunu göstərir.
Hal-hazırda əhalinin böyük əksəriyyəti arıqlamağa çalışır. Bunu nəzərə alan alimlər bir sıra tədqiqatlar aparmışlar. Aydın olmuşdur ki, arıqlıq ömrün uzunluğuna təsirinə görə köklükdən daha təhlükəlidir. Ən aşağı ölüm göstəriciləri Ketle indeksi ilə 23-25 aralığında qeydə alınmışdır.

Bu göstəricilərdən aşağı və ya yuxarı getdikcə ölüm göstəricisi artır. Lakin ən maraqlısı odur ki, aşağı, yəni arıqlığa doğru getdikcə bu göstərici daha sürətlə artır. Buradan belə nəticə çıxır ki, özünü bədən çəkisinə görə sağlam hesab edənlərin (Ketle indeksi 18-23 arası olan) az qala yarısı təhlükə altındadır. Bu nəticəyə gələn Norveç alimləri hesablamışlar ki, həddən artıq arıqlıq ömrü 8 il, həddən artıq köklük isə 4 il qısaldır. Daha sonra digər alimlər də bu nəticələri təsdiqləmişlər.
Həddən artıq arıq insanlar arasında bədxassəli şişlər, ürək xəstəlikləri, infarkt və insult səbəbi ilə ölüm halları artmaqdadır. Onlarda həmçinin, depressiv vəziyyətlərə tez-tez rast gəlinir.


Geri dön

A.Nicat

  • 16 oktyabr 2011 18:27
  • Məqalə: 10
  • Şərh: 257
  • Bal:
tshkler smile

--------------------

Samira19760

  • 14 oktyabr 2011 20:38
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
men ariq olum eybi yox.ziyan olsada olar

mirza

  • 12 oktyabr 2011 12:40
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
boy 180 chekide 70 nyene de ariq deyirler eee

--------------------
GECENIN QARANLIGINDA TENHA RUH GEZiR

-=ZED=-

  • 11 oktyabr 2011 18:37
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
bes biz neyleyek onda ?kokelende deyirik pisdir ariqlayiriq deyirik pisdir yashamayaq bu heyatda ? =((

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

Sirli Melek

  • 11 oktyabr 2011 14:43
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MƏNDƏ 24.2 OLDU ) NORMALAM.
ÇOX KÖKLÜK PİSDİR. İNSAN NORMAL OLSA YAXŞIDIR.
ÇOX ARIQLIQDA BİR ŞEY DEYİL. İNDİ NƏDƏNSƏ QIZLARIN ÇOXU ÖZÜNÜ DƏHŞƏT ARIQLADIR))) LAP POL AĞACINA OXŞAYIRLAR lol

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Narka E-ZaDe

  • 11 oktyabr 2011 14:31
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
sad wassat amma ariq olmagi sevirem nediye kokk??

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

LEYLOSA

  • 11 oktyabr 2011 14:23
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
wassat

MiLeyla

  • 11 oktyabr 2011 14:08
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
ne ariq,nedeki kok normal cekide olmaq yaxwidi,

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Zaurcik2011

  • 11 oktyabr 2011 13:46
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
xebere gore tesekkurler her sey normasinda yaxsidi

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 45
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}