"Ehsan edin - Allahin rəhmətini qazanın

 
"Ehsan edin - Allahin rəhmətini qazanın

Ey peyğəmbər, ümmətinlə birlikdə batildən haqqa tapınaraq Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut! (Rum surəsi ayə 30)
İslam peyğəmbəri buyurub: Hər doğulan insan, fitrət üzərində doğulur.
Az yaşlı bir üşaq yalanın günah olmasını bilmədən yalanla üzləşərkən niyə narahat olur?
Hər bir insanın daxilində fitrət deyilən bir şey var. Müəllim, valideyn,peyğəmbər və imam insanlara deməsələr bele, hər bir insan oğurluğun pis, əl tutmağın isə yaxşı bir iş olduğunu gözəl bilir.Hər bir insan istər ki, kiməsə əl tutsun.Bu, hər bir insanın daxilində olan bir xüsusiyyətdir.
İslam alimləri Ərrahmən surəsinin ilk 3 ayəsini və Yasin surəsinin 60 – cı ayələrini açıqlayarkən qeyd etmişlər ki, insanın cismi yaranmamışdan öncə ruhu yaranıb. Buna zərr aləmi deyərlər. O aləmdə Allah – taala yalanın, oğurluğun, fitnənin pis amma düz danışmağın, barışıq etməyin, əl tutmağın gözəl olmasını bizlərə öyrədib.
Ehsan, ərəb mənşəəli sözdür. Mənası, gözəllik deməkdir. Ehsan, yalnız qida baximdan kimisə sevindirmək deyil. Xüsusi deyil, ümumi mənaya malik bir kəlmədir. Ehsan sözünün mənası, sırf kiminsə qarnını doyurmaqla məhdudlaşmır.
Maddi, fiziki və mənəvi baxımdan kimisə sevindirmək ehsan sayılır. Kiminsə maddi ehtiyacını ödəmək, fiziki baxımdan əl tutmaq, dərdinə və sevincinə şərik olmaq ehsan sayılır.

"Ehsan edin - Allahin rəhmətini qazanın

Ehsan, gözəl danışmaq deməkdir.
Ehsan, mehriban ünsiyyətdir.
Ehsan, dəyərli məsləhət verməkdir.
Ehsan, xoş danışıqla iki küslünün barışdırmaq deməkdir.
İslam peyğəmbəri buyurub: Camaat, Allahın ailəsidir. Allahın ən sevimli bəndəsi o şəxsdir ki, onun ailəsinə xeyir verə və o ailəni şad edə. (Usuli kafi kitabı 2024 – cü hədis.

Ehsan, ibadətlərin qəbul olması üşün şərtdir.
Necə ki, Əlbəqərə (inək) surəsinin 177 – ci aysində Allah buyurur: Üzünüzü (namaz vaxtı) günçıxana və günbatana çevirmək, heçdə yaxşı əməl deyil. Yaxşı əməl Allaha, axirət gününə, mələklərə, kitaba, peyğəmbərlərə, iman gətirməkdir.Yaxşı əməl qohumlara, yetimlərə, miskinlərə, yolda qalanlara, dilənçilərə, qulların azad olunmasına əl tutmaq, namaz qılmaq, zəkat vermək, əhdə vəfalı olmaq, çətinlik,qorxu və cihad zamanı səbrli olmaqdan ibarətdir.

Ehsanın qəbulu üçün də şərtlər mövcuddur.
Ehsandan öncə riya (Allah üçün deyil, başqasına görə vermək) niyyətinin olmamalı. Ehsandan sonra minnət, əziyyət olmamalıdır. (Əlbəqərə surəsi ayə - 264)

"Ehsan edin - Allahin rəhmətini qazanın

Ehsanı kimə edək?
1) Valideyinlərə. İnsana valideyninə ehsan və yaxşılıq etməyı tövsiyə etdik. (Ələnkəbut surəsi ayə - 8)
İmam Muhəmməd Baqir (ə) buyurub: Üç məsələ vardır ki, onlarda heç bir güzəşt və üzür qəbul olunmur.Əmanətə xəyanət, əhdə vafasızlıq, aqq valideyn.(Vəsailuş-şiə kitabı.27678 – ci hədis)
2) Kişi öz yoldaşına. İslam peyğəmbəri buyurub: Sizin ən yaxşınız öz ailəsi ilə yaxşı davrananınızdır. (Vəsailuş-şiə kitabı 25337 – ci hədis)
3) Qadın öz ərinə. İslam peyğəmbəri buyurub: Qadının cihadı, ərinə qulluqdur. (Vəsailuş-şiə kitabı 25314 – cü hədis)
4) Övladlara. İmam Əli (ə) buyurub: Övladlarınızı sevin, onlara yaxşılıq edin ki, bağışlanasınız. (Məkarimul əxlaq kitabı səhfə 115)
5) Qohumlara. Allaha ibadət edin, valideynə, yetimlərə, miskinlərə və qohumlara ehsan edin. (Ənnisa surəsi ayə - 3
6) Qonşuya və qocalara.İmam Sadiq (ə) buyurub: Allah qonşuya ehtiram edənin ömrünü uzadar, qocaya ehtiram edəni isə, qiyamət gününün qorxusundan amanda saxlar. (Usuli kafi kitabı, hədis 1978 və 3692)

"Ehsan edin - Allahin rəhmətini qazanın

7) Borc istəyənə. İmam Sadiq (ə) buyurub: Cənnətin qapısına belə yazılıb: Sədəqənin 10, borc veməyin isə 17 savabı var. (Vəsailuş-şiə kitabı 21649 – cu hədis)
8) İmdad diləyənlərə və zəiflərə. İslam peyğəmbəri buyurub: Kim müsəlmanın harayına səs verib, ona əl tutmasa müsəlman deyil. (Vəsailuş-şiə kitabı 20120 – ci hədis.
9) Aclara və susuzlara. İmam Səccad (ə) buyurub: Kim acı doydursa, Allah ona cənnət meyvələri yedirdər.
İslam peyğəmbəri buyurub: Allah yanında üstün əməl, susuzu və acı doyurmaqdır. And ola canım ixtiyarında olan Allaha, özü tox amma qonşusu ac yatan müsəlman mənə iman gətirməyib. (Vəsailuş-şiə kitabı 30589 – cu hədis)

Bu ayələr və hədislər bizi ehsan və yaxşılıq etməyə dəvət edir. Gərək bu dünyhada maadi, fiziki, mənəvi cəhətdən bir-birimizə yaxşələq edək. Çünki bugün əməl sabah isə hesab günüdür.

Ey möhsin, ey ehsan sahibi Allah, bizi ehsan etməkdən məhrum eləmə. Amin


Nə qədər ki, qiyamət olmayıb ehsan edin. (Əlbəqərə surəsi ayə - 254)


Geri dön

Su Perisi

  • 11 oktyabr 2011 21:45
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
Ehsan, gözəl danışmaq deməkdir.
Ehsan, mehriban ünsiyyətdir.
Ehsan, dəyərli məsləhət verməkdir.
Ehsan, xoş danışıqla iki küslünün barışdırmaq deməkdir.

Nə qədər ki, qiyamət olmayıb ehsan edin. (Əlbəqərə surəsi ayə - 254)

--------------------

_eslemnur_

  • 11 oktyabr 2011 15:58
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
EY ehsan sahibi ALLAH,bizi ehsan etmekden mehrum eleme. AMIN,AMIN,AMIN.... Cox gozel yazidi Allah razi olsun

narkobaron007

  • 11 oktyabr 2011 15:54
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
sukur allahin bu gununeki bizi hemise qoruyur

--------------------
Mesumeni cox sevirem hedinden artiq cox

RADUQA

  • 11 oktyabr 2011 15:46
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
COX SAQOL...TEWEKKURLER....
ALLAH BIZLERI XOW EMELLERDEN SAQLAM EQIDEDEN MEHRUM ETMESIN....AMIN....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

gulnihal

  • 11 oktyabr 2011 15:21
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
EY ehsan sahibi ALLAH,bizi ehsan etmekden mehrum eleme.

_Burla_

  • 11 oktyabr 2011 15:12
  • Məqalə: 1
  • Şərh: 79
  • Bal:
{awards}

Nə qədər ki, qiyamət olmayıb ehsan edin. (Əlbəqərə surəsi ayə - 254)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}