Əhli-beytin fəziləti

 
Əhli-beytin fəziləti

Əhli-beytin fəziləti

1. Abdullah bin Abbasa (r) istinadən Peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə Əhli-beytimi sevin” (ət-Tirmizi, Mənaqib 4042, hədis həsən, qəribdir).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.

2. Səd bin Əbu Vaqqas (r) rəvayət edir ki,
«Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq!”» («Ali-İmran», 61) ayəsi nazil olanda, Rəsulullah (s) Əlini, Fatiməni, Həsən və Hüseyni (r) yanına çağırdı və: “Allahım, bunlar mənim ailəmdir” – buyurdu.

(ət-Tirmizi, Təfsir «Ali-İmran», 3002)
(əl-Əlbani, 3197; 2398.isnadı səhihdir)

3. Ummu Sələmə (r) rəvayət edir ki, “Mən Rəsulullahın (s) evinin qapısının ağzında oturduğum zaman bu ayə nazil oldu: “... Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” («əl-Əhzab», 33). Evdə Rəsulullah (s), Əli, Fatimə, Həsən və Hüseyn var idi. Rəsulullah (s) onları örtüklə bürüdü və: “Allahım, bunlar mənim Əhli-beytimdir, bunlardan çirkinliyi yox et və bunları təmizlə” – dedi. Mən dedim: “Ya Rəsulallah, mən Əhli-beytdən deyiləmmi?” Dedi: “Sən onsuz da xeyir içindəsən. Sən Peyğəmbərin zövcələrindənsən”
(ət-Tirmizi, Mənaqib, 3870)

Hədisdəki incə məsələ Rəsulullahın (s) Ummu Sələməyə “Sən onsuz da xeyir içindəsən. Sən Peyğəmbərin zövcəsisən” – deməsidir. Bunu iki cür şərh etmək olar:
1-ci məna: “Sən onsuz da xeyir içindəsən. Mənim Əhli-beytimdən olduğuna görə, örtüyün altına girməyinə ehtiyac yoxdur”. Onun örtüyün altına salınmasının qarşısını alan Əlinin (r) örtüyün altında olmasıdır.
2-ci məna: “Sən Əhli-beytimdən olmasan da xeyir içindəsən”. Çünki o, Peyğəmbərin (s) zövcələrindəndir.
Alimlərin fikrinə görə birinci məna daha düzgündür. Çünki digər rəvayətlərdə peyğəmbərin qadınlarının onun Əhli-beytindən olduqları bildirilir. Doğrusunu Allah bilir.
4. Ənəs bin Malik (r) rəvayət edir ki, “Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” («əl-Əhzab», 33) ayəsi nazil olandan sonra Rəsulullah (s) altı aya yaxın bir müddətdə hər namaza gedərkən Fatimənin (r) otağının qarşısından keçdikdə: “Namaza gəlin, ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” - deyərdi”.

(ət-Tirmizi, Təfsir «əl-Əhzab», 3204)

5. Aişə (r) rəvayət edir ki, “Rəsulullah (s) üzərində qara naxışlı bir parça olduğu halda mənim yanıma gəldi. Bu zaman Həsən də gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn gəldi, onu da saldı, sonra Fatimə gəldi, onu da saldı. Sonra Əli gəldi, onu da saldı. Sonra dedi: “Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər”
(«əl-Əhzab», 33).
(Müslim, Fadailus-səhabə, 61/2424)

6. Yezid bin Həyyan rəvayət edir ki, “Bir gün Hüseyn bin Səbrə və Amr bin Muslim ilə birlikdə Zeyd bin Ərqamın (r) yanına getmişdik. Oturarkən Hüseyn, Zeyd bin Ərqama belə dedi: “Ey Zeyd, sən çox xeyirlə qarşılaşdın. Rəsulullahı (s) gördün, eşitdin, birlikdə döyüşlərdə oldun və arxasında namaz qıldın. Beləcə neçə xeyirli işlər sənə nəsib oldu. Rəsulullahdan (s) eşitdiklərindən bizə danış. Zeyd dedi: “Ey qardaşımın oğlu, vallahi yaşlandım, aradan çox il keçib, Rəsulullahdan (s) eşitdiklərimdən bəzilərini unutmuşam. İndi rəvayət edəcəklərimi qəbul edin, susanda danışmağa məcbur etməyin:
– Məkkə və Mədinə arasında “Xum” adlanan yerdə Rəsulullah (s) bir bulaq başında xütbə verdi. Allaha həmd-səna etdikdən sonra belə buyurdu: “Ey insanlar! Mən ancaq bir bəşər övladı, Rəbbimin elçisiyəm. Allah qarşısında cavab verəcəyim və Onun yanına qayıdacağım gün yaxınlaşır. Sizə iki ağır şey tərk edirəm. Birincisi, Allahın hidayət və nur kitabı olan Qurandır. Allahın kitabını tutun və ondan möhkəm yapışın”. Quran haqqında təsiredici sözlər söylədikdən sonra dedi: “İkincisi Əhli-beytimdir. Əhli-beytim haqqında Allahdan qorxmağı, xəta etməməyi unutmayın” – deyərək bunu 3 dəfə təkrarladı.
Hüseyn: “Ey Zeyd, peyğəmbərin Əhli-beyti kimdir? Onun zövcələri Əhli-beytdən deyilmi?” – deyərək soruşdu. Zeyd dedi: “Peyğəmbərin qadınları da Əhli-beytdəndir. Həmçinin Əhli-beyt sədəqə almaları haram buyurulan şəxslərdir” – dedi. “Onlar kimdir?” – deyə soruşulanda Zeyd dedi: “Əhli-beyt Əlinin, Aqilin, Cəfərin, Abbasın ailəsidir”. Hüseyn: “Onların hamısına sədəqə almaq haramdır?” – deyə soruşanda, Zeyd: “Bəli” – dedi.

(Müslim, Fadailus- səhabə, 2408)

Hədisi rəvayət edən Yezid bin Həyyan güvənilmiş rəvayətçidir. Orta yaşlı tabiinlərdən – səhabələri görənlərdəndir.
Zeyd bin Ərqam Rəsulullahla (s) 17 döyüşdə iştirak edib. Peyğəmbərdən 70 hədis rəvayət edib, hicrətin 56-cı ilində Kufədə vəfat edib.
Hədisdə “sədəqə” sözü zəkat mənasında işlənib. Bu hədis başqa rəvayətdə belədir:
7. Yezid bin Həyyan, Zeyd bin Ərqamdan (r) rəvayət edir ki, Rəsulullah buyurmuşdur: “Xəbəriniz olsun! Mən sizə iki ağır şey tərk edirəm: bunlardan birincisi Allah-təalanın Kitabıdır. O, Allahın ipidir. Kim ondan bərk yapışsa, Allaha tabe olsa, o , doğru yoldadır. Kim onu tərk etsə, düz yoldan çıxmış olar. İkincisi isə itrətim, Əhli-beytimdir”. Biz soruşduq: “Peyğəmbərin qadınları onun Əhli-beytindəndirlərmi?” Dedi: “Xeyr. Allaha and olsun ki, qadın əri ilə bir müddət bərabər olur. Boşandıqda o atasının yanına, öz qövmünə qayıdır. Rəsulullahın Əhli-beyti, nəslindən olub özündən sonra sədəqə almaları haram olan, ata tərəfdən qohum olan insanlardır”.

(Müslim, Fadailus-səhabə, 2408)

Sual verilə bilər ki, peyğəmbər (s) öz əbası ilə təkcə Əli, Fatimə, Həsən və Hüseyni (r) örtmüşdüsə, sonrakı nəsil peyğəmbərin vaxtında yaşamadığı və həmin hadisədə (əba altına salınma) iştirak etmədiyi halda Əhli-beytə necə daxil edilib? Bunu belə izah etmək olar ki, peyğəmbərin (s) öz əbasının altına yalnız Əli, fatimə, Həsən və Hüseyni (r) salmasına baxmayaraq sonrakı nəsillərin də Əhli-beytə aid edilməsinin səbəbi onların Əlinin ailəsi və ata tərəfdən peyğəmbərə yaxın olmalarıdır. Bu onu göstərir ki, Əhli-beytə yalnız Əli, Fatimə, Həsən və Hüseyn (r) daxil deyil.
Hədisdə peyğəmbərin (s) bizə tərk etdiyi ikinci əmanət onun Əhli-beytidir. Hədis müsəlmanlardan peyğəmbərin (s) Əhli-beytini zəkat malı alan insanların vəziyyətinə salmamağı tələb edir.
8. İbn Ömər (r) Əbu Bəkrin (r) belə dediyini rəvayət edir: “Məhəmmədə Əhli-beytinin içində hörmət edin”

(Buxari, Kitabul-fadail-əshab 12/60, 24/91)

Əbu Bəkr (r) insanlara bu cür müraciət edərək onları Rəsulullahın (r) Əhli-beytinə hörmət etməyə çağırmışdır. Hədisdə, Rəsulullahın əhli-beytinə hörmətə, sevgiyə, əhli-beytini ucaltmağa işarə edilir. Bu “Əhli-beytə əziyyət verməyin, pis söz deməyin” deməkdir.
Ev sahibini sevən o evin ailə üzvlərini də sevməlidir. Ailə üzvlərinə edilən əziyyətin o ev sahibini narahat edəcəyini düşünmək lazımdır. Şübhə yoxdur ki, ailə üzvləri ilə yaxşı münasibətdə olmaq, ailə başçısını məmnun edər. Buna görə də hamı peyğəmbərin (s) Əhli-beytini sevməli və onlar haqqında yaxşılıqdan başqa bir şey düşünməməlidir. İlk müsəlmanların tövsiyyələri belə olmuşdur.

Allah bizi onların sevgisi ilə yaşatsın və öldürsün və bizi onlarla birlikdə diriltsin! Amin!

Əhli-beytin fəziləti


Geri dön

_TUNAR_MAMEDOV_

  • 8 noyabr 2011 00:12
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
ALLAH RAZI OLSUN...

--------------------

MiLeyla

  • 11 oktyabr 2011 10:45
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
AMIN!

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}