Faydalı məsləhətlər

 
Faydalı məsləhətlər

Salat haqqında

1. Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki ərzaqların yaş olması sousun salatla qarışmasına mane olur.

2. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir.

3. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz.

4. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.

5. Salatınızın sirkəsi çoxdursa, üzərinə bir qədər çörək içi əlavə edin. Çörək içi artıq sirkəni özünə çəkəcək.

6. Salata çox sirkə qatmaq zərərlidir. Sirkə əvəzinə limondan istifadə etsəniz, daha yaxşı olar.

7. Salata limon suyu ilə yanaşı, portağal suyu da əlavə etsəniz, dadı çox ləzzətli olar.

8. Salata doğrayacağınız soğanı bir qədər soyuducunun buz yerində saxlayın. Beləliklə, həm soğanı doğrayarkən gözləriniz yaşarmaz, həm də doğranmış soğanlar daha canlı görünər.

9. Salat üçün sous hazırlayarkən üzərində qram işarələri olar ölçü qablarından istifadə etmək məsləhətdir.

10. Gül kələm salatına duz, sirkə və yağla yanaşı, mayonez də əlavə etsəniz, daha ləzzətli olar.

Qatıq, ayran və süzmə haqqında

1. Evdə qatıq çalmaq üçün südü qaynatdıqdan sonra taxta qaşıqla ən azı 15 dəqiqə qarışdıraraq bişirin. Qaşığı aşağıdan yuxarı doğru hərəkət etdirərək qarışdırsanız, qatığınız daha ləzzətli olar. Sonra südü qatıq çalacağınız qaba tökün. Bunun üçün polad və ya saxsı qablara üstünlük verin. Emallı qablarda çalınan qatıqlar sulu olur. Süd orta tempraturda olduqda maya kimi hər litr südə bir xörək qaşığı qatıq əlavə edin. Südün səthindəki qaymağa toxunmadan dibindən qarışdırın. Qazanın qapağını yüngülcə aralı qoyaraq buxarın çıxmasına imkan verin və qazanın üstünü parça ilə bürüyün. Yeri gəlmişkən deyək ki, südü mayalayarkən tempratura çox ciddi diqqət yetirmək lazımdır. Çünki süd ox isti olsa, qatıq sulu olar, çox soyuq olsa, maya tutmaz.

2. Qatıqdan uzun müddət istifadə etmək istəyirsinizsə, içindəki suyu atmayın. Qatığın bütün vitamin və minerallarının bu suda olduğunu unutmayın. Digər tərəfdən, bu sudan yeməklərə turş dad vermək üçün də istifadə oluna bilər.

3. Qatığın suyundakı vitamın və minerallardan istifadə etmək istəyirsinizsə, yeyərkən suyu ilə qarışdıraraq yeyin.

4. Ayranınızın daha ləzzətli və daha köpüklü olmasını istəyirsinizsə, qatığa su ilə birlikdə bir qədər çay sodası əlavə edin. Daha sonra mikser və ya tellə yaxşıca çırpın.

5. Süzməniz turşumuşsa, su əlavə edib, yenidən süzün.


Geri dön

A.Nicat

  • 16 oktyabr 2011 13:34
  • Məqalə: 10
  • Şərh: 257
  • Bal:
TshklEr!!!!!!!!!!

TshklEr!!!!!!!!!!

TshklEr!!!!!!!!!!

TshklEr!!!!!!!!!!

--------------------

Samira19760

  • 14 oktyabr 2011 20:35
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
meslehetler ucun tesekkurler

Zaurcik2011

  • 11 oktyabr 2011 19:53
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
meslehet ucun tesekkurler.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

H.o.S.t _ FaNaTka

  • 11 oktyabr 2011 19:15
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
faydalı məsləhətlərdi

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Ay Üzlü

  • 11 oktyabr 2011 19:14
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
gozel meslehetler ucun cox sag olun

_Burla_

  • 11 oktyabr 2011 17:58
  • Məqalə: 1
  • Şərh: 79
  • Bal:
{awards}

7. Salata limon suyu ilə yanaşı, portağal suyu da əlavə etsəniz, dadı çox ləzzətli olar.

MiLeyla

  • 11 oktyabr 2011 17:03
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
faydali meslehetlerdi smile

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

R.M_FaNaTka

  • 11 oktyabr 2011 16:57
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm dogurdanda cox maraqli meslehetlerdi cox twkler bizimle boluwduyun uchun

--------------------

Sirli Melek

  • 11 oktyabr 2011 16:14
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
DƏYƏRLİ MƏSLƏHƏTDİR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 54
Cəmi: 79

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}