Әhli-Beyt vә Hüseynin Türbәti

 
Әhli-Beyt vә Hüseynin Türbәti


Әhli-Beyt vә Hüseynin Türbәti

Bismillahir-rehmanir-rehim

Әhli-Beyt vә Hüseynin Türbәti

Peyğəmbərin Әhli-beyti də, öz növbəsində, namazlarında şəhidlər ağası İmam Hüseynin (ə) türbəti üzərinə səcdə etmiş, bu türbətdən düzəldilmiş təsbehlə Allaha həmd-səna etmiş və insanlara İmam Hüseyn (ə) türbətinin Allah dərgahında fəziləti, əzəməti haqda danışmışlar.
İlk dəfə bu türbət üzərinə İmam Zeynəlabidin səcdə etmişdir (O, Allah rəsulunun tə`yin etdiyi dördüncü xəlifə və canişindir).
Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) atası İmam Hüseyni (ə) dəfn etdikdən sonra bu türbətdən bir ovuc götürərək özündə saxlamışdır ki, namazında bu türbət üzərinə səcdə etsin və ondan təsbeh düzəldib Allaha həmd-səna etsin.

Әhli-Beyt vә Hüseynin Türbәti

Әsirlər, Allah düşməni Yezid ibn Müaviyənin Şam şəhərindəki qəsrinə gətiriləndə, imam Zeynəlabidinin əlində Kərbəla torpağından düzəldilmiş təsbeh var idi.
Yezid bu təsbeh haqqında soruşanda İmam (ə) belə cavab verdi: “Cəddim (Rəsulullah) xəbər vermişdir ki, kim Kərbəla türbətindən düzəldilmiş təsbehi özü ilə gəzdirərək Allaha dua edərsə, Allah o şəxsə savab əta edər. Hətta dua etməsə belə onun üçün savab yazılar.” (“Kaşifəl-Ğita”, “İmam Hüseyn türbəti” kitabı)
İmam Zeynəlabidin (ə) Mədinəyə qayıtdıqda namazlarının səcdəsini bu türbət üzərinə etmiş və bu türbət vasitəsilə xəstələrə şəfa vermişdir.
Bu xəbər Әləvilər və Әhli-beyt (ə) yolu ilə gedən digər mö`minlər arasında yayılmışdır.
İmam Zeynəlabidindən (ə) sonra, oğlu Muhəmməd Baqir (ə) insanlara İmam Hüseyn (ə) türbətinin fəzilətindən danışmış və bu türbətin əzəmətini, dəyərini qeyd etmişdir.

Әhli-Beyt vә Hüseynin Türbәti

Daha sonra, imam Cə`fər Sadiq (ə) bu türbətin müqəddəsliyini, digər türbətlərdən üstünlüyünü insanlara bəyan etmiş və bu türbət üzərinə edilən səcdəni Allah dərgahında bəyənildiyini (müstəhəb olduğunu) bildirmişdir.
İmam Sadiq (ə) sarı yaylığının içərisində Hüseyn türbətini saxlayar və namaz qılanda bu türbət üzərinə səcdə edər və deyərdi: “Həqiqətən də Hüseyn (ə) türbəti üzərinə edilən səcdə göyün yeddi təbəqəsini dəlir.” (“Vəsailüş-şiə”, c. 3, səh. 608)
Başqa bir hədisdə deyilir ki, İmam Sadiq (ə) Allah əzəməti qarşısında öz kiçikliyini və acizliyini göstərmək üçün İmam Hüseyn (ə) türbəti üzərinə səcdə edərdi.
İmam Sadiq (ə) bizlərə yadigar olaraq gəlib çatan başqa bir hədisində belə nəql edir: “Hüseyn (ə) qəbrinin türbətinə edilən səcdə göyün yeddi təbəqəsini nurlandırır. Kim ki, Hüseyn (ə) qəbrinin türbətindən düzəldilmiş təsbihi özü ilə gəzdirərsə həmin şəxsə hətta dua etməmiş olsa da belə, savab yazılar.”

Әhli-Beyt vә Hüseynin Türbәti

Başqa bir hədisdə İmam Sadiq (ə) belə buyurmuşdur: “Allah rəsulunun qızı Fatimənin təsbihi düyünlənmiş yun ipdən idi.
Xanımın bu təsbihi əlində gəzdirərək onunla Allaha həmd-səna göndərirdi. Lakin Həmzə ibn Әbdülmüttəlib şəhid olandan sonra Xanım Zəhra Həmzənin şəhadətə yetdiyi yerdən torpaq götürüb təsbeh düzəltmişdi.
Camaat da o həzrət kimi o türbətdən özlərinə təsbeh düzəltməyə başladılar.
Elə ki, Hüseyn (ə) qətlə yetirildi, camaat imam Hüseynin (ə) qətlə yetirildiyi yerdən torpaq götürüb təsbeh düzəltməyə başladı. Çünki bu torpağın fəziləti daha böyükdür.” (“Biharül-ənvar”)

Әhli-Beyt vә Hüseynin Türbәti

İmam Sadiqin (ə) yaşadığı zamandan heç bir əsr keçmədi ki, müsəlmanlar, Әhli-beyt yolunun davamçıları İmam Hüseyn (ə) türbətindən möhürlər düzəldərək məscidlərdə, evlərdə namaz qılarkən səcdələrini onun üzərinə edir, bir yerə səfər edərkən bu türbətdən düzəldilmiş möhürləri özləri ilə götürərdilər.
Bu adət və fəzilətli əməl bizim yaşadığımız günlərədək davam etmiş və edəcəkdir.
Rəvayət olunur ki, Әl-Hişyəri adlı bir nəfər imam Mehdiyə (ə) sual yazaraq Hüseyn (ə) qəbrinin türbətindən hazırlanmış möhürə səcdə və bu möhür üzərinə səcdənin savab və fəziləti haqqında soruşduqda, İmam Mehdi (ə) (Allah onun zühurunu yetirsin) bu şəxsə belə cavab verdi:
“Hüseyn türbəti üzərinə səcdə caizdir və bu səcdədə fəzilət vardır.” (“Vəsailüş-şiə”, c. 3, səh. 608)

Әhli-Beyt vә Hüseynin Türbәti


Geri dön

H.o.S.t _ FaNaTka

  • 11 oktyabr 2011 21:58
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
TƏŞƏKKÜRLƏR

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

MiLeyla

  • 11 oktyabr 2011 20:35
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox deyerli xeberdi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

... Deryam ...

  • 11 oktyabr 2011 20:29
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
GÖZƏL VƏ DƏYƏRLİ XƏBƏRDİ ...

--------------------

lider

  • 11 oktyabr 2011 19:36
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 54

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}