Möminlərin əmiri Əli ibn Əbu Talibin (A.r.o.) xilafəti (Hicri 35-40 ili)

 
Möminlərin əmiri Əli ibn Əbu Talibin (A.r.o.) xilafəti (Hicri 35-40 ili)

Adı və soyu: Əli ibn Əbu Talib ibn Əbdülmüttalib ibn Haşim ibn Əbd Mənaf. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi oğlu və dünya qadınlarının xanımı, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Fatimənin həyat yoldaşı.
Anası, Fatimə bint Əsəd ibn Haşim ibn Əbd Mənafın qızıdır.
Künyəsi Əbul Həsəndir. Peyğəmbər
(Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona Əbu Turab ləqəbini vermişdi. Tarixdə geniş yayılmış məlumatlara əsasən o uşaq ikən, səkkiz yaşında İslamı qəbul etmişdir.

Möminlərin əmiri Əli ibn Əbu Talibin (A.r.o.) xilafəti (Hicri 35-40 ili)

Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibn əl-Hənəfiyyə (Allah onların hər ikisindən razı olsun) deyir: Osman qətlə yetirildikdən sonra Əli onun evinə gəlib içəri daxil oldu və evin qapısını bağladı. Camaat onun arxasınca gəlib qapını döyərək dedilər: Bu adam artıq öldürülüb. Camaata mütləq bir xəlifə lazımdır. Biz səndən başqa heş kəsi bu vəzifəyə layiq görmürük.
Əli onlara dedi: Mənim xəlifə olmağımı istəməyin. Mən sizin üçün xəlifə olmaqdan daha yaxşı vəzir olaram.
Onlar dedilər: Xeyr, Allaha and olsun biz səndən başqa bu işə layiq olan ikinci adam tanımırıq.
Əli dedi: Əgər siz mənim xəlifə olmağımda israr edirsinizsə onda mənim beyətin gizli olmayacaq. Mən məscidə çıxacağam istəyən mənə beyət edər. Əli məscidə çıxdı və camaat da ona beyət etdilər.

Möminlərin əmiri Əli ibn Əbu Talibin (A.r.o.) xilafəti (Hicri 35-40 ili)

Mədinədə olan Mühacir və Ənsarlar da ona beyət etdilər. Rəvayətlərdə deyilir ki, Səd ibn Əbu Vaqqas, Abdullah ibn Ömər, Məhəmməd ibn Məsləmə kimi səhabələr Əliyə beyət etmədilər. Digər rəvayətlərdə isə deyilir ki, hamı ona beyət etmişdi. Bu, daha geniş yayılan məlumatdır. Səd ibn Əbu Vaqqas, Abdullah ibn Ömər və Məhəmməd ibn Məsləmə onunla döyüşə getməmişdilər, lakin beyəti etmişdilər.
Ovf ibn Əbu Cəmilə deyir: Mən Həsən əl-Bəsrinin yanındaydım. Osman qətlə yetirilən vaxt o Mədinədə olmuşdu. Məclisdə Peyğəmbərin
(Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri haqda danışılırdı. İbn Covşən əl-Ğətəfani adlı bir nəfər ded: Ey Əbu Səid, Əbu Musanın eyibi Əliyə itaət etməsi idi. Bunu eşidən Həsən əl-Bəsri qəzəbləndi və bir neçə dəfə bu sözləri dedi: Bəs kimə itaət etməliydi?!

Möminlərin əmiri Əli ibn Əbu Talibin (A.r.o.) xilafəti (Hicri 35-40 ili)

Əhli Sünnə yekdil olaraq Osmandan sonra ən əfzəl səhabənin Əli ibn Əbu Talib olduğunu etiqad edirlər.
İbn Teymiyyə deyir: Əhməd ibn Hənbəldən nəql edilən mötəbər rəvayətə əsasən Əlinin xilafətinə şübhə edən evin uzunqulağından da azğın bidətçidir. O, belə insanın təcrid edilməsini əmr etmişdir. Nə İmam Əhməd nə də Əhli Sünnənin digər alimləri bu işə Əlidən başqasının layiq olmaması haqda tərəddüd etməmişlər.
Əhli sünnə Peyğəmbərdən
(Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra ən əfzəl səhabənin Əbu Bəkr, sonra Ömər olduğunu yekdil olaraq etiqad edirlər. Yuxarıda da qeyd etdiyimiz kimi Osman və Əlinin hansının əfzəl olmasında isə ixtilaf ediblər. Cümhur (əksər) alimlər deyirlər ki, Osman Əlidən əfzəldir və Əli ibn Əbu Talib xəlifələrin dördüncüsüdür.


Geri dön

BadZero

  • 3 noyabr 2011 01:12
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
Allah razı olsun... Təşəkkür

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

H.o.S.t _ FaNaTka

  • 11 oktyabr 2011 18:36
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
maraqlı idi təşəkkür

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

_Burla_

  • 11 oktyabr 2011 17:37
  • Məqalə: 1
  • Şərh: 79
  • Bal:
{awards}
İbn Teymiyyə deyir: Əhməd ibn Hənbəldən nəql edilən mötəbər rəvayətə əsasən Əlinin xilafətinə şübhə edən evin uzunqulağından da azğın bidətçidir. O, belə insanın təcrid edilməsini əmr etmişdir. Nə İmam Əhməd nə də Əhli Sünnənin digər alimləri bu işə Əlidən başqasının layiq olmaması haqda tərəddüd etməmişlər.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 45
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}