Əziz anama şeir

 
Əziz anama şeir

Gecələr yatmayıb yuxusuz qalan
Bizi əzizləyərək sevən anadır.
Bizi yedizdirib özü ac qalan,
Bizi yetişdirib böyüdən anadır.

Ana əyilməzdir, ana müqəddəs
qoy bütün dünyaya yayılsln bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır.


Əziz anama şeir

Ey dünya, səsimə səs ver mənim
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim
Mənim həyatım da, elə anadır.

Anadır dünyada ən böyük sərvətim
Saxlamaq lazımdır onun hörməətin
İstəyir övladının görsün mürvətin.
Mənim ən böyük arzum ancaq anadır.

Əziz anama şeir

Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.

Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.


Əziz anama şeir

Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.

Qəlbinə toxundum yenə can dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana.

Əziz anama şeir

Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.

Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin mənə,
Ruhumda sən varsan ölmədin ana.


Əziz anama şeir

Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut etməz aldığı mətanətdən.
Ricavü-xəfvə məkan vermərəm gər alimlər
Min ildə vəz edələr dəhşəti-qiyamətdən.

Əziz anama şeir

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə.
Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

Yanımda gər dura cəllad, əlində şəmşiri,
Ölüm gücüylə mənə hökm edə olum təslim.
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücüylə xalqa həqiranə eyləyim təzim.


Əziz anama şeir

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var yahu!
Ki hazıram yıxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?

Ana, ana... O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi istirahətdir.

Əziz anama şeir

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey Günəş, yağışın yağdır, ey bulud, ağla!

Bütün bunlar mənə əsər eyləyərmi? Mütləqa yox. Yox.
Fəqət ana... O adın qabağında,
O pak bağrına bassın məni desin layla
Təbəssüm oynadaraq, titrəyən dodağında...

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Ucar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
ANA, ANA... SƏNƏ MƏN RAHİBƏM İTAƏTDƏ!


Geri dön

_Burla_

  • 12 oktyabr 2011 13:32
  • Məqalə: 1
  • Şərh: 79
  • Bal:
Ana, ana... O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi istirahətdir.

Ku-ku

  • 12 oktyabr 2011 11:57
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}

Ana əyilməzdir, ana müqəddəs
qoy bütün dünyaya yayılsln bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır.

--------------------

RADUQA

  • 12 oktyabr 2011 09:01
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWWKKUR EDIREM...
WERLER QARIWIQ OLSADA BELE ANAya Aid wer olduqu ucun sevgiye laiq werlerdi....
cox saqolun minnetdaram....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

sweet_sweet

  • 12 oktyabr 2011 07:38
  • Məqalə: 1
  • Şərh: 12
  • Bal:
{awards}
cok guzel seir tewekkurler

H.o.S.t _ FaNaTka

  • 11 oktyabr 2011 22:46
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
çox gözəl şeirdi təşəkkür

çox gözəl şeirdi

çox gözəl şeirdi

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

MiLeyla

  • 11 oktyabr 2011 20:13
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
qurban olum anama,

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

... Deryam ...

  • 11 oktyabr 2011 20:04
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
ANA ADI KEÇƏN BİR ŞER NECƏ GÖZƏL OLMAYA BİLƏRKİ ...
ƏZİYƏTƏ GÖRƏ TŞKLƏR ....

--------------------

brunetka

  • 11 oktyabr 2011 19:50
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
SALAM,COX COX COX COOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOX GOZEL SEIRDI. ELLERINIZE SAGLIQ,SAGOLUN.

narkobaron007

  • 11 oktyabr 2011 19:47
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
geseng seirdi sagol

--------------------
Mesumeni cox sevirem hedinden artiq cox

Ay Üzlü

  • 11 oktyabr 2011 19:42
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Ana əyilməzdir, ana müqəddəs
qoy bütün dünyaya yayılsln bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır.
cox ama cox gozel werdi cox sag ol bacim

Zaurcik2011

  • 11 oktyabr 2011 19:37
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
seir ucun tesekkur,butun analar eziz,mehriban ve qaygikesdiler

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

lider

  • 11 oktyabr 2011 19:37
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Cox gozel TEWEKKUR

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}