ALLAH Zamanın nisbiliyi qədər gerçəyini də açıqlayır

 
ALLAH Zamanın nisbiliyi qədər gerçəyini də açıqlayır

ALLAH Zamanın nisbiliyi qədər gerçəyini də açıqlayır

Bismillahir-rehmanir-rehim

Zamanın nisbiliyi qədər gerçəyini də açıqlayır

Zamanın nisbiliyi ilə əlaqədar şərhlərdən və ayələrdən görüldüyü kimi zaman qavrayana görə dəyişən, sabit olmayan anlayışdır. Məsələn, bizim üçün milyardlarla il davam edən zaman parçası, Allah qatında bir andır. Bizim üçün 50 min illik bir müddət mələklər və Cəbrayıl üçün bir gündür.
Bu gerçəyin bilinməsi, qədər (tale, alın yazısı) mövzusunun qavranması üçün çox əhəmiyyətlidir. Çünki qədər, Allahın keçmiş və gələcək hesab olunan bütün hadisələri “bir an” içində yaratmasıdır. Bu da, Allah qatında kainatın yaradılış anından qiyamətə qədər olan hər hadisənin yaşanması və bitməsi deməkdir.

ALLAH Zamanın nisbiliyi qədər gerçəyini də açıqlayır

İnsanların çoxu, Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini, Allah qatında keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və qədərin həqiqətini heç cür qavraya bilmirlər. Halbuki “yaşanmamış hadisələr” bizim prizmadan baxdıqda yaşanmamış hadisələrdir.
Çünki biz Allahın yaratdığı zamana bağlı olaraq həyatımızı davam etdiririk və yaddaşımıza verilən məlumatlar olmadan heç bir şey bilmirik.
Allah, dünyadakı imtahan mühitinin nəticəsi olaraq “gələcək” olaraq adlandırdığımız hadisələri yaddaşımıza vermədiyi üçün, gələcəkdə nə olacağını da bilmirik.

ALLAH Zamanın nisbiliyi qədər gerçəyini də açıqlayır

Allah isə zamana və məkana bağlı deyil, onsuz da bunların hamısını yoxdan yaradan Özüdür.
Bu səbəblə Allah üçün keçmiş, gələcək və hal-hazırkı anın hamısı birdir və hamısı baş verib qurtarmışdır. Allah bir hadisənin sonunu görmək üçün gözləməz. Onsuzda bir hadisənin əvvəli də sonu da Onun qatında tək bir anda yaşanır.
Məsələn, Fironun sonunun necə olduğunu Allah hələ Hz. Musanı Firona göndərmədən, Hz. Musa hələ doğulmadan, hətta Misir dövləti daha qurulmadan əvvəl bilir və bütün bu hadisələr Fironun sonu ilə birlikdə Allah qatında tək bir an olaraq yaşanmışdır. Bundan əlavə Allah üçün keçmişi xatırlama deyilən bir şey də yoxdur.

ALLAH Zamanın nisbiliyi qədər gerçəyini də açıqlayır

Keçmiş və gələcək hazır olaraq Allahın daim “qarşısındadır”, hamısı eyni anda mövcuddur.
Bu günə qədər yaradılmış və bu gündən sonra da yaradılacaq bütün insanların dünya və axirətdəki həyatları, hər anları ilə Allahın qatında hazırdır və yaşanmışdır.
Allahın sonsuz “hifzi”ndə milyardlarla insanla yanaşı bütün canlıların, planetlərin, bitkilərin, əşyaların qədərində yazılı hadisələr də heç zaman azalmadan və ya itmədən vardır.
Qədər gerçəyi, Allahın Hafiz (Mühafizə edən, Qoruyan) isminin, sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindən (təzahür) biridir.

ALLAH Zamanın nisbiliyi qədər gerçəyini də açıqlayır


Geri dön

RADUQA

  • 12 oktyabr 2011 02:13
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
TEWEKKURLER.....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Su Perisi

  • 11 oktyabr 2011 23:13
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Allah zamana və məkana bağlı deyil, onsuz da bunların hamısını yoxdan yaradan Özüdür.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 37

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}