Həyat çox qəribədir

 
Həyat çox qəribədir

HƏYAT ÇOX QƏRİBƏDİR-hörmətə layiq olanlar ayaq altında tapdanarkən,layiq olmayanlar əl üstündə saxlanılır.

HƏYAT ÇOX QƏRİBƏDİR-vicdansızlar çoxaldıqca,vicdanlılar ortada əzilir.

HƏYAT ÇOX QƏRİBƏDİR-ədalətsizliyin baş alib getdiyini bilə-bilə hamı susur...

HƏYAT ÇOX QƏRİBƏDİR-bir tərəfdə bir tikə çörək üçün dua edib,yardım gözləyənlər,digər tərəfdə hər şeyə sahib olduqlarına baxmayaraq yenə də öz həyatindan narazı olanlar.

HƏYAT ÇOX QƏRİBƏDİR-bəzi ailələr uşaq həsrəti ilə məhv olarkən,bəziləri boş-boş səbəblərə görə öz doğma övladlarını küçələrə və ya "Körpələr evi"nə atır.

HƏYAT ÇOX QƏRİBƏDİR-anaların gecə-gündüz yatmayıb,onları necə əzab-əziyyətlə böyütdüklərini bilə-bilə bəzi nankor övladlar havadan-sudan səbəblərə görə belə ana qatili olmaqdan çəkinmirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR
-kimisi yeməyə belə çörək tapmadığı halda,neməti başa düşməyən "yekəqarınlar" qonaq qarşılamaq üçün önündəki çörəyi ayaqlıyıb keçirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR
-Azərbaycanda "hörmət" deyəndə ilk ağla gələn pul olur.

HƏYAT ÇOX QERIBEDIR
-bəzi kişilər ailəsini dolandırmaq,övladlarına xoşbəxt bir gələcək verə bilməK üçün gecə-gündüz işləyib,dəridən-qabıqdan çıxarkən,bəziləri öz xoşbəxtliklərini içkiyə qurban verirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR-cinayətkarlar küçələrdə X-5 sürərkən,mə`sumların azadlıqları əlindən alınır.

HƏYAT ÇOX QƏRİBƏDİR-pul artdıqca,insanlıq azalır,bə`zən də unudulur,ölür.

HƏYAT ÇOX QƏRİBƏDİR-"papanın balaları"əsgərliyini sərhəddən çox uzaqlarda çəkərkən(saxladılanlardan danışmaq belə istəmirəm),ata-ananın gözünün ağı-qarası olan bircə oğulları ən sərhəd bölgələrə yerləşdirilir.

HƏYAT ÇOX QƏRİBƏDİR- naşükürlər sahib olduqlarına şükür etmək əvəzinə,başqasının mal-mülkünə göz dikirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR
-ölməsi gərəkən insanlar "xan" kimi yaşarkən,hələ yaşamalı olanlar kiminsə səhlənkarlığına görə vaxtsız ölümə gedirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR-bəzi insanlar öz sevgilərini göstərə bilmək üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışarkən,bəziləri sevildiklərini bilə-bilə sevgilərini başqa insanlarda axtarrlar.

HƏYAT ÇOX QƏRİBƏDİR- bəziləri Allah yaratdığı kimi qalmaq əvəzinə,təbii gözəlliklərini yox etmək üçün plastik əməliyyatlara minlərlə pul sərf eləyirlər.

HƏYAT ÇOX QƏRİBƏDİR
-bəziləri yaşamaq üçün bir şans daha istəyərkən,bəziləri həyatlarını məhv etmək üçün bir an belə düşünmürlər.

HƏYAT ÇOX QƏRİBƏDİR-həmişə "MƏN"deyənlər belə zamanı gələndə "YALNIZ SƏN"deyirlər.


Geri dön

K_U_R_S_A_N_T

  • 15 noyabr 2011 09:25
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
HƏYAT ÇOX QƏRİBƏDİR-Azərbaycanda "hörmət" deyəndə ilk ağla gələn pul olur.

_Yaxsiliq Meleyi_

  • 17 oktyabr 2011 15:30
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Bizik qeribe

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

... Deryam ...

  • 12 oktyabr 2011 16:42
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
İNSANLARIN YERİNƏ YETİRDİYİ BU QƏRİBƏLİKLƏR HƏYATI ÇOX ÇİRKLƏNDİRİR .......

--------------------

Zaurcik2011

  • 12 oktyabr 2011 12:54
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
heyati qeribe eden biz insanlariq.yalan,dedi-qodu,xainliq,bohtan,qeyretsi
zlik bu dunyani bas alib gedir.lakin insanlar arasinda birlik,edalet olsa dunya sadeleser..

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

RADUQA

  • 12 oktyabr 2011 10:01
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR EDIREM...
AMMA HEYAT ADI HEYATDIR....BUTUN BU QERIBELIKLERI YARADAN BIZ INSANLAR DEYILIKMI????BUTUN BUNLARA GUNAHKAR HEYATDIRMI KI, ALLAHIN BIZE BEXW ETDIYI ADI HEYATI QERIBELEWDIRIB SONRADA ;;;HEYAT QERIBEDIR ;;; DEYIRIK..
QERIBE OLAN BIZ ELE BIZ INSANLARIQ...!!!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

111_Shawmn Michaelais_111

  • 12 oktyabr 2011 09:56
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
HƏYAT ÇOX QƏRİBƏDİR-cinayətkarlar küçələrdə X-5 sürərkən,mə`sumların azadlıqları əlindən alınır.

Həyat Çox Qeribedir-Çünki QREİBE eden biz insanlarıq.

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}