Həsrət və Gözlənti

 
Həsrət və Gözlənti

Sevgimə layiq olmayan sən ahıma qurban olmağa alışarsan.

Xatirələr iz buraxır onu göz yaşları kimi silə bilməzsən!

Dağlara duman-duman həsrət çökər, dağlara göz yaşlarım yağmur olar, yollara könlümdə min yel əsər. Ağlama, ağlama sən göz bəbəyim, ağlama yalnız səni sevəcəyəm, unutma ölsəm belə dönəcəyəm.

Anladım ki, ağaclar torpağa acı verdikcə böyüyürlər. Sən də mənə acı verərək sevincli olacaqsan. Davam et, dəyər vermə deyilmişdi inanmamışdım. Səni vəfalı sandım əfv et.

Xəyal etməyi xəyallarda yaşamayınca, hər nəfəsdə hava kimi suyu da içmədikcə səni necə sevdiyimi bilməzsən.

Həsrət və Gözlənti

Bir gün bu köşədə səssiz sədasız hönkür-hönkür ağlayıb bu lənət qədərimə qarşı çıxıb, Tanrıya son dəfə yalvaracam. Gözəl gözlərin gələcək ağlıma, solub gedəcəyəm ən gözəl çağımda, sənsizlik məni çağırdığında, boş sədalara hayqırdığında, artıq burada olmayacağam.

Nə geri dönəcək yolun olacaq nədə tutunacaq arxan qalacaq. Qorxuram peşmanlıq sonun olacaq yalnız qalacaqsan. Günlərin birində peşman olacaqsan.

Bəlkə də əbəs yerə yazıram. Bəlkə də əbəs yerə səni narahat edirəm. Məqsədim bu deyil mən sadəcə səni unutmadığımı xatırlatmaq istəyirəm.

Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Hər xatırlayış əvvəlində unutmağı saxlar. Mən səni bir an olsun belə unutmadım.

Həsrət və Gözlənti

Əlvida birdənəm səninlə öyrəndiyim və səninlə daddığım bütün gözəlliklər üçün sağol. Ağlamağı sevməyi gözləməyi həyatı sənlə tapdım, amma səni anlamımı itirdim.

Bir gün bağçana bax, islaq bir torpaq üzərində bir çiçək açacaq. Bu çiçəyin üzərində məni unutma yazacaq.

Vəfasız sanma unutdum səni. Sevən qəlbimi tərk edən sən peşmançılıq duyub, ürəyin sızlayıb yanarsa, haradasan deyə sorarsansa əgər, bil ki, həsrətin çölündə, sürgündəyəm mən!

Heç bir zaman çıxdığın qapını çırpma, günlərin birində dönmək istəyə bilərsən.

Mən səni sevməkdən deyil əfv etməkdən bezdim!

Həsrət və Gözlənti

Mən, bir insanı sevmə cəsarəti göstərdim; sən isə, bir "insan olmaq" cəsarətini belə göstərə bilmədin.

Eşq üzərində edilmiş əhdlər, qum üzərində yazılmış yazılara bənzər.

Bilirəm geri dönməyəcəksən çünki sənsizlik saatı çoxdan keçdi!

Ahımın əsintisi üşüdür səni, məndən başqasına sığına bilməzsən.

Bir görüşdən sənə ümid bağladım. Bir dəfə olsun belə əhvalın necədir deyə soruşmadım. Sevdiyimi sən gedincə anladım!

Həsrət və Gözlənti

Bir gün gələr keçər bunlar. Silinər bütün xatirələr. Sən unutsan da mən unutmaram çünki unudulmaz yaşananlar.

Bu gecə ay ağlayır ayrılanlar üçün. Ulduzlar nəğmə söyləyir sevib sevilməyənlər üçün. Bu gecə mən də ağlayıram gözləyib qovuşmadığım birisi üçün.

Səni heç vaxt üzmərəm ağlatmaram demişdin. Vəfasız bunu bil ki, məni ən çox sən ağlatdın. Əlini vicdanına qoy Allahından qorx, bir gün sən də sevər bir gün səndə ağlayarsan!

Sənə məni sevmədiyin üçün qızmıram, çünki sevmək ürək istər daş yığını deyil.

Tanrım sənə sənin kimi bir sevgili versin. Sən də onu mənim kimi sevərsən. O da sevər sənin kimi bir başqasını. Sən sevdiyini sevərsən, sevdiyin bir başqasını.

Həsrət və Gözlənti

Hər yeni sevgilində bir az məni unudacaqsan, hər yeni günə başqa bir ümidlə başlayacaqsan. Bir gün gələcək sevgilim yenə mənim üçün ağlayacaqsan.

Sənə verdiyim dəyəri bir gülə versəydim mənim üçün hər dörd mövsümdə açardı.

Sənsizdə düşərmiş təqvimdən günlər. Ağlasan da anmaz adını dillər. Sanma ki, bu könül yenidən gözləyər. Unut deyirdin unutdum artıq!

Səni sevməyimin əvəzini sənsizliklə ödədim.

Səni hər düşündüyümdə nifrət etdim sevgiyə bütün duyğulara. Düşünürəm bir gün sən də, sənin mənə yaşatdıqlarını yaşadacaq bir vəfasıza könül verərsən.

Həsrət və Gözlənti

Dilin adımı anmasa da boş ver xatırlamağa heç çalışma, necə olsa bir gecə şirin yuxunda, mən gələcəyəm ağlına ağlayacaqsan. Gün gələr oturarsan nigah masasına. Sevincli həyalınla imzanı atsan da, eşqinlə rəqs etdiyin ilk tansında mən gələcəyəm ağlına ağlayacaqsan.

Əgər bir gün evlənərsənsə sənə ağ şam göndərəcəyəm. Qaranlıq sevincini əngəlləyəndə o şamı hər yandırdığında, əriyən məni görəcəksən.

Sayəndə bir günəş kimi oldum. Hər sabahı sənin xəyalların ilə doğub, axşamları sənsiz batıram.

Əgər eşqə bir cəza verə bilsəydim onunda mənim kimi sevməsini istərdim.

Sənsizliyi göydəki ulduzlara yazmaq istərdim sübh açılınca yox olsun deyə.

Həsrət və Gözlənti

Buludlu havalarda dolunayı izlədinmi. Külək öz soyuğunu içinə verdiyində küləkdən deyil yalnızlıqdan ürəyin titrədimi.

Yenə günəşin batma saatı. Kimisi ümidləri , kimisi sevdaları ilə birgə. Yenə yalnızlığa salam saatında, yox olmuş sevgilər çarəsiz hüznlərlə birgə.

İndi başqasının olsan da, boynu bükük yalnız qalsam da, əlimi tutub saçımı oxşamasan da bilirəm yenə də mənimsən.

Xəyallarla yaşayan musiqisiz də tans edər.

Sanma hər dərdin dərmanı vardır. Hər yara sarılar. Aldanma o eşqsiz gözəlliyinə. Əlbət bir gün oda alınar. O zaman səni məndən alanlar sevərmi səni mənim tək ?

Qorxma yaxınlaş qaranlığa, orada mən varam. Çarəsizliyimizə, zəifliyimizə gəl bərabər ağlayaq.

Həsrət və Gözlənti

Səni sevərkən vəfasızlıq edəcəyəm. Bunu mən sənə öyrədəcəyəm!

Gözlər, gözləri gözləyən gözləri gözləyərmi.

Günəşin başqa iqlimləri aydınlatmağa, başqa könülləri isitməyə getdiyi bu saatlarda kağızı qələmi əlimə alıb, səninlə dərdləşmək, yalnızca sənə yazmaq və yalnızca səni gözləmək “Sənə Səni Yazmaq” keçir içimdən.

Yox olan günləri deyil yox olan günlərin içərisindəki yox olmuş səni axtarıram.

Əsla sevmə. Sevsən də bəlli etmə. Sevən sevilməz sevilən qiymət bilməz.

Həsrət və Gözlənti

Əlləri cibində yalnız dolaşan, həyata küsmüş, halı pərişan, bir ömür boyu sevilmək üçün çalışan birini görsən məni xatırla sevgilim.

Bu həyatda bir az da biz gülək dedik, təbəssümlər iztirabı silmədi. Bu dərdlə yaşanılmaz ölək dedik, ölüm belə vəfasızmış gəlmədi.

Sən illərin gətirdiyi bir əsinti deyil, ölümün belə söküb aparmadığı bir həsrətsən içimdə.

O mavi gözlərinin dənizində boğulurdum onu da çox gördün mənə. Çoxmu asan sanırsan sevərkən sevilməməyi. Çoxmu şey istəyirəm səndən. Artıq məni dərdlərimlə yalnız burax.

Yalnızlıq nə mavi suları olan dənizlərdə, nə də qızğın qumları olan çöllərdə qalmaqdır. Yalnızlıq bu sehr xarabalığında səni axtarıb tapa bilməməkdir.

Həsrət və Gözlənti

Həyatım qaranlıq yerlərdə keçər. Ürəyim qırılmış qədəhə bənzər. Üzümə nifrətlə baxma yetər!

Hər insanın bir yaşama sevinci yəni yaşadanı vardır. Mən yaşamaq istəsəm də yaşadanım məni yaşatmadı.

Hanı qollarım sənə yastıq, dizlərim sənə yataq olmuşdu. Mən o günü gözlədim. Nə sən burdasan nə də mən ordayam. Al canımı Allahım. Nə mən bu acıya dözərəm. Nə də bu qədər acı mənə.

Sən sabaha pəncərəni bu günün sevincinə açarkən, mən səhər vaxtı sənsiz, bir günün üzüntüsünə özümü tərk edirəm.

Deyirəm ki, keçər, bu da keçər. Zaman hər an bir azda yollarıma tələlər qurur Sənsizliyin ilk anı kimi, bəlkə daha da betər acı çəkirəm. Zamanı illəri ilə geriyə almaq mümkün olsa, saatları geri çevirmək olsa, edərdimmi belə bir səhvi. Üzümü, ruhumu kölgələyən, məni yaşantıya küsdürən qocaman və bomboş, əzik və qırıq bir qəlbdən başqa sənə dair söyləyəcək heç bir şeyim qalmadı artıq.

Həsrət və Gözlənti

Eşqi mənə anlatma. Qəlbim onu tanıyır. İllər əvvəl biri yaxdı hələ də yanır.

Səni düşünürəm əlimdə siqaram gözümdə yaşlarla. Çığırmaq istəyirəm sənə olan eşqimi çarəsiz baxışlarla. Səni istəyirəm uzanan gecələrin bitməyən yalnızlığında. Səni görürəm, həyalın sanki hər an qarşımda. Səni gözləyirəm bir gün dönməsən də sən mənə.

Yağmur sevincimə kölgə salmaq üçün yağırsa önəmsəmirəm. Məqsədi üzümü islatmaq isə onsuz da ağlayıram.

Mənim hər göz yaşım sənin sevincin, sənin hər sevincin mənim göz yaşım olsun. Çünki sən mənsiz sevincli ola bilməzsən.

Həyatın ən hüznlü mövsümü , sevdiyin insanın bağçasında açmayan bir çiçək olduğunu anladığın andır.

Günəş nə qədər qızğın doğarsa doğsun batar, günlər nə qədər zalım olursa olsun keçər, sənin də yalnızlığın nə qədər əzab verici olursa olsun bir gün bitməyə məhkumdur.

Həsrət və Gözlənti

Elə uzaqlar var ki, yollardan uzaq, elə uzaqlar var ki, gözlərdən uzaq uzaqlıqları. Könlüm könüldən uzaq elə bir yar sevdi ki, ölsəm ölümdən uzaq.

Küləyin belə əsməyə qorxduğu və suyun nə olduğunu bilməyən bir çöldə açan gülün cəsarəti kimi gözlədim səni.

Bəzən sənə uzaqlığımın atəşi düşür ürəyimə. Sənsiz neçə günlər, neçə gecələr keçdi üstümdən. Sənsiz günlərimi yeni günümün sevinclə açılmasına buraxdım.

Güllər söyləsin sənə olan sevgimi. Güllər söyləsin yalnızlığımı, çarəsizliyimi, yavaş-yavaş əriyən ürəyimi güllər söyləsin. Mən söyləyə bilmədim, güllər söyləsin.

Bir ömür boyu səninləyəm desən belə istəmərəm... Çünki sən küləyin əsdiyi bir toz buludusan. Bu gün mənə əsərsən, sabah ellərə.

Sevgimiz su üzərinə yazılan bir nağıl idi, göz qırpımı qısalığında, kəpənəyin ömrü uzunluğunda idi. Qəlbimizdə bir ömür boyu çəkəcəyimiz iz buraxdı.

Həsrət və Gözlənti

Yenə axşam olur, yenə qəlbim yanır, sənsiz bahar gəlmir, sevgilim sən olmayınca bağçamda güllər açmır.

Oxşayıb saçını səni sevmədən, bir gün olsun xoşbəxtliyə yetmədən, köçərsəm dünyadan səni son bir dəfə görmədən çiçək qoyma, məzarıma gəl yetər, dua etmə başım üstündə dur bu mənə yetər.

Ağılsız adam xoşbəxtliyi uzaqlarda, ağıllı insan isə onu ayaqlarının altında axtarar. Səninlə ölmək var ikən; Sənsiz qalmaq, yaşayarkən ölmək deməkdir.

Nə andlar pozdum gecələr böyüyərkən sənsiz, nə andlar pozdum illər keçərkən dərdsiz, nə andlar pozdum açıqlanması belə imkansız. Sənin üçün ey gülüm. Amma sən anlamadın mən nə edim.

Bir gün səndə sevərsən. Bir gün sən də ağlayarsan. O zaman mən gələrəm ağlına. Bəlkə geri dönmək belə istəyərsən. Onda çox gec olacaq. Əlimdə deyil sevirəm, darıxıram. Həmişə də elə olacaq.

Əvvəl yıxılanda qalxmağı, sonra alova toxunduğumda kədəri sevməyi öyrəndim. Sonra tərk edilib gözləməyi. İndi sənin sayəndə unudulmağı da öyrəndim. Hər şeyi öyrəndim, yalnız səni unutmağı öyrənə bilmədim.

Həsrət və Gözlənti

Nə səni unudacaq qədər zaman keçəcək, nə də keçən zaman səni unutdurmağa yetəcək, buraxıb getsəm də sanma ki, unudaram. Zaman alışmağı öyrədir bunu unutma Əsla!

"Sevgiyə" bir teatr dedilər, hər kəsə bir rol verdilər. Ən çətin rolu mənə verdilər. Əvvəl sev, sonra unut dedilər!

Bu son xatirə bəlkə son sətirlərim olacaq bunu yazan əllər torpaqlarda solacaq. Bir gün məzarıma sarı güllər əkəcəksən, bu da bir sarı güldü, nə tez soldu deyəcəksən.

Unutma unudulanlar unudanları heç vaxt unutmazlar!

Həyatda ən şirin şey sevgilinin dodağından bir öpüş almaqdır. Ən acı şey isə o dodaqlardan sevilmədiyini eşitməkdir.

Diləyirəm Allahdan üzün heç gülməsin. İllərcə mənim kimi sevib səndə dərd çəkəsən. Sevgimi bilmədin günah məndəmi? Sevən çəkər dərdi, sevməyən haradan bilsin. Mənə sevgidən söz etmə, sevmək kim, sən kimsən.

Həsrət və Gözlənti

Sevdim sevilmədim taleyimə sevilməmək düşmüş. Tanrıdan arzum budur ki, unudularsan səndə mənim kimi, üzülərsən mənim kimi, yıxılaraq sürünərsən mənim kimi. Yaşayarsan gün gələr zamanın əcəl kimi ötüb keçər.

Sən gedərkən birlikdə ağlamışdıq, yerini indi yağışa verdim, sən gələnə kimi ortaq olacaq,
başqa göz dəyməsin deyə.

Sən keçdin yenə mən sinifdə qaldım. Heç cürə yanına gələ bilmədim. Sevda imtahanından təşəkkür aldım, xəyanət dərsinə heç hazırlaşmadım. Gözlərim bağlanırsa yuxusuzluqdan qorxaram müəlliməmə hörmətsizlikdən. Bir örnək istədi duyğusuzluqdan, səni deyəcəkdim danışmadım. Vəfasız olmağı bilmədim deyə, adını qəlbimdən silmədim deyə, məktəbdən qovuldum gəlmədim deyə, təbəssüm etməyi öyrənə bilmədim.

Sən şəhərimin mənsiz soraqlarını addımlayarkən, mən sənsizliyin soraqlarında özümə bir şəhər qururam.

Silinər deyirlər bu acı izlər, bitərmiş qışlarım gələr yazlarım. Bilməzlər bu könlüm dərindən sızlayar. Mənə unudarsan deyirsən. Bunu söyləmək sənin üçün çox asan.

Həsrət və Gözlənti

Pislik deyilən bir şey olmasaydı, cəhənnəm boş qalardı. Sən məni qırmasaydın, bu can uğrunda fəda idi.

Sevdiyimdən gündən etibarən hər acını daddım, hər şeyə alışdım, yalnız sənin yoxluğuna alışmadım. Artıq anlayıram mənə həsrətdən və göz yaşından başqa bir şey verməmisən.

Ölmək dünyada unudulub getməkmiş, ölmək bir kəfən geyməkmiş, ölmək o soyuq o qorxunc və o qara torpağa girməkmiş. Yox sevgilim elə deyil əsil ölmək "sənsizlikmiş".

Hər gün sevda çəkib gülünmür elə deyilmi? Bir gözəldən başqası sevilmir elə deyilmi? Hanı sən mənsiz ölürdün, ölmürsən elə deyilmi?

Acının ümidləri yox etdiyi anda, ümidləri yaşadacaq bir sevgiyə ehtiyac duysan, mən o bildiyin ünvandayam.

Sənsiz nə günlərin nə mövsümlərin dəyəri yox. Xatirə qalmasın o rəsmlərin, cırmadan son dəfə bax mənim üçün.

Həsrət və Gözlənti

Burax bu sevgim tərtəmiz qalsın. Sən mənim içimdə qanayan yarasan. Bir gün gələr bəlkə məni anlayarsan, dönüb üzümə necə baxarsan? Ya məni itirərsən ya da özünü məhv edərsən.

Sən gedəndən könlümdəki bütün çiçəklər soldu. Zalım gəl, gəl gör bu halımı. Bir əl uzat artıq bu qaranlıqdan qurtar məni, bu könlümdəki çiçəkləri canlandır yenidən.

Sən heç həsrət daddınmı sevərkən, heç ağladınmı gülərkən, sən heç sevdinmi sevilməzkən və heç ayrılmaq istədinmi canından çox sevərkən.

Bir sürgünün vətəni yada bir kölənin hürriyyəti qədər uzaq olsan da, səndə o qürbəti yaşasam da olar: Yetər ki məni ürəyindən sürgün etmə.

İçinə düşən hər hüzn damlası səni nə qədər çox sevdiyimi xatırlatsın.

Unuda bilmədim səni mən, məni sən unutduğun kimi.

Bir quyu olub çıxdın yoluma, nə məni dənizə çatdırdın, nə də aldın qollarına, nə sevgini, nə də sevdanı verdin duyğularıma. Uzaqda qal və həsrət ol yoluma.

Həsrət və Gözlənti

Bir gün həyatın bütün gözəlliklərindən əl çəkib, ölümə səssiz sədasız getmək istəsən, yanıma gəl ki, sənə sənsiz yaşamağın, sənsiz olmağın ölüm olduğunu göstərim.

Sən heç gecələri sübhə qədər ağladınmı ki, yalnızlığın nə olduğunu biləsən.

Yağışı gözləyən torpaq kimi, küləyi gözləyən yarpaqlar kimi,
sevgiyə susamış dodaqlar kimi, dəlicəsinə gözlədim səni.

Səni mənim qədər sevən varsa, qoy sənə mənim qədər həsrət qalsın.

Unudulmaq ölmək qədər acı olsa da, xatırlanmaq yaşamaq qədər şirindir.

Əgər bir gün sevdiyin yağış səni insafsızcasına isladarsa, bil ki, mən sənsizliyə ağlayıram, əgər bir gün əllərində bir dəstə güllə məzarıma gəlsən bil ki, sevincli yatıram məzarımda.

Həsrət və Gözlənti

Bu gecə də göy üzünə baxdığında ulduzlara adını yazdım, boynumu aşağı saldığımda isə yenə yalnız olduğumu gördüm.

Yalnızlıq nə mavi dənizdə bir damcı su, nə də qızğın çöllərdə bir qum dənəsidir. Yalnızlıq dediyimiz bu insan qarşında olan səni axtarıb tapa bilməməkdir.

Sevmək böyük cəsarət istər, sevilən daim fədakarlıq gözlər, sevən nə qədər fədakarlıq edərsə etsin sevilən daima nankorluq edər.

Yalnızlığa o qədər ehtiyacım var ki. Mənim yalnızlığım sənsən. Yalnızlığımı sevirəm.

Hər insan ağlamaq istər gözlərindən yaş gəlməz! Hər an ürəkdən gülmək istər, gülə bilməz! Birini gözlər o heç gəlməz! Elə o zaman əcəlin istər əcəl isə gəlməz!

Sevmək yalnızlıq qədər acıdırsa, yalnızlıq sevmək qədər gözəldir.

Həsrət və Gözlənti

Yalnızlıq mənim köhnə sevgilim. Mənim ən vəfalı yarım.
Mən onu çoxları üçün tərk etdim. Amma o məni əsla tərk etmədi.

Bir gecə yarısı titrəyərək oyansan, bil ki, xəyalını gördüyüm gündür. Bir gün səbəbsiz olaraq gözlərindən yaşlar süzülərsə, bil ki, yoxluğundan öldüyüm gündür.

Sən sənsizlik nədir bilirsən? Hardan biləcəksən çünki sən sənsiz qalmadınki.

Səni ürəyimin dərinliyinə atdım üzərinə daşdan qapılar hördüm. Məni elə incitdi ki, səninlə olan yaxşı günlərimi istəsəm də xatırlayım, xatırlaya bilmirəm. Sənin cəzanı Allah verəcək.

Sənsiz keçən günlərimi cəhənnəmdə yaşayıram. Sənin sevginlə böyüyürəm, sənin sevginlə həyata alışıram, dolanıram küçələri səni axtarıram, adını soruşduğum insanlara bir gül üzlü biri var onu axtarıram deyirəm. Hey axtarıram tapmıram. Sən mənim hər şeyim sən mənim həyatımsan. Bir gün səni tapsam səndə özümü axtaracam.

Sevdim sevilmədim, bəxtimə sevilməmək düşüb. Tanrıdan diləyim budur unudularsan bir gün, üzülərsən mənim kimi, yıxılsan mənim kimi yaşa, heç həyatında gülmə gülümsəmə.

Həsrət və Gözlənti

Bitir bu həsrəti dön gəl artıq. Qara gözlüm ay üzlüm sevdiyim gecəm.
Günəş doğmadan gəl, səni kimsə sevmədən gəl, əzrayıl canımı almadan gəl.

Əvvəlki yerini ürəyimdə axtarma. Sən gözümdən axan selə dönmüsən.

Sən məni dostuma, düşmənimə güldürtdün, vicdanının səsini dinlə gör nə deyir.
Axı bir can burda sənin üçün ölür.

Həyatda 4 dəfə səhv etdim. Doğulmaq, yaşamaq, böyümək və ümidlərə sarılmaq. Bir dəfə doğru seçim edib səni sevdim. Bu seçimi edərkən unutdum 4 səhvin 1 düzü sildiyini.

Kimsə xoşbəxt oldu, mənsə sənsizəm, həyatda hicranla vüsal qoşadı, indi sahilimə həsrət dənizəm.

Duyuram sənə toxunmanın əzizliyini və düşünürəm aşiq olmanın rəzilliyini inan yanında ikən ən çox çəkirəm həsrətini!

Həsrət və Gözlənti

Artıq buludlara yazıram həsrətimi, yağmur yağınca anlayarsan səni nə çox gözlədiyimi!

Yoxluğunla böyütdüm bu sevdanı, bunu varlığına bağışlayıram.

Sən o sevgini qoruya bilmədin. Bilmədin ki, sevgi açılmayan qönçədir;
Mənim qəlbimlə oyun oynadın bilmədin sevən ürək teldən incədir!

Sevgi və dostluq bir gün yolda qarşılaşırlar, Sevgi özündən razı bir şəkildə soruşar:
Mən səndən daha səmimi və daha isti bir duyğuyam sən nəyə gərəksən bu dünyada?
Dostluq isə cavabında özündən razı olan duyğuya deyir: Sənin arxanda buraxdığın göz yaşlarını silmək üçün.

Qaranlıq aydınlıqdan, yalan doğrudan qaçar.
Günəş təkdə olsa ətrafa işıq saçar. Unutma! Yaxşıların qədəridir yalnızlıq:
Qarğalar sürü ilə qartallar tənha uçar.

Həsrət və Gözlənti

Yuxularımı aldın, gecələrimi qaçırdın.
Günahkardır deyəcəyəm, məhkəməyə verəcəyəm, təzminat olaraq da qəlbini istəyəcəyəm.

Sevmək çaydır sevilmək şəkər, bizim kimi qəriblər çayı şəkərsiz içər.

Bu gün mövsüm ağlayır. Gözləyir o aydınlıq günlərini, ayrılır yarpaqlar ağaclardan bir həsrət küləyiylə.
Mənə küləyi yaşatma ey sevgili!

Nə səni unudacaq qədər zaman keçəcək, nə keçən günlər səni unutmağa bəs edəcək.
İllər keçsə də səni unutmayacam. Çünki, illər həsrəti öyrədir. Unutmağı əsla.

Qəlbimdə bir gül bəslədim adını eşq qoydum qopardılar.
Qəlbimdə bir gül daha bəslədim, adını məhəbbət qoydum tapdaladılar.
Qəlbimdə bir gül də bəsləməyə başladım, adını həsrət qoydum, hələ də yaşadırlar.

İlk dəfə qarşılaşanda sənin gözlərində sevgi, mənim gözlərimdə ümid vardı.
Nə qədər gözəl idi o günlər. İndi sənin qəlbində başqası, mənim qəlbimdə sən, gözlərimdə isə nəm var.

Həsrət və Gözlənti

Səninlə qazandığım yaşamaq gücünü səni unutmaq üçün işlədirəm.

Ya mənim gözlərimdir səni bambaşqa görən, ya da hər kəsin gözləri kordur!

Əvvəl yıxıldığımda qalxmağı öyrəndim.
Sonra alova toxunduğumda acını.
Sevməyi, sevilməyi öyrəndim. Daha sonra isə tərk edilib gözləməyi.
Sayəndə unudulmağı da öyrəndim. Yalnız unutmağı öyrənə bilmədim.

Mən sənsiz keçən günlərimə ağlayarkən, bəlkə sən mənsizliyə sevinəcəksən.
Amma bunu unutma, bir gün gələcək sən də sevəcəksən!

Bir gün cəhənnəm yağışına düşsən, məndən qaçdığın kimi yağışdan da qaç. Çünki buludlar arxasında eşq üçün ağlayan mənəm.


Geri dön

wirin qiz

  • 15 oktyabr 2011 19:06
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
sevgi yoxdur ona gore oxumadim tesekkur

--------------------
basiviza bela olaram haaa

Jackson_fanatı

  • 12 oktyabr 2011 17:29
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
hmmm.save etdim 100 faiz oxuyacam....

H.o.S.t _ FaNaTka

  • 12 oktyabr 2011 17:07
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
ay bacı təşəkkür.ama oxuyana qədər gözümün nuru getdi ki........
ama deyerdi çünki heqiqeten maraqlı idi

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

emo angel

  • 12 oktyabr 2011 16:40
  • Məqalə: 20
  • Şərh: 132
  • Bal:
{awards}

Hər xatırlayış əvvəlində unutmağı saxlar. Mən səni bir an olsun belə unutmadım.

--------------------
♥ Seninle sonra eren askimiza hicte üzülüp aglamiyorum. Askimiz zaten bastan yokmuski. Gec anladimsada, yillardir yalan olan sevdandan, tam tersi, kurtulduguma seviniyorum. Sana neye üzüldügümü söyleyeyimmi? YILLARDIR SENIN UGRUNA BOSA HARCADIGIM ZAMANA...♥

sevgi yalandir

  • 12 oktyabr 2011 15:48
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}

Bir gün cəhənnəm yağışına düşsən, məndən qaçdığın kimi yağışdan da qaç. Çünki buludlar arxasında eşq üçün ağlayan mənəm.

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Cilent_M.Q

  • 12 oktyabr 2011 15:42
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Mən, bir insanı sevmə cəsarəti göstərdim; sən isə, bir "insan olmaq" cəsarətini belə göstərə bilmədin.
recourse

--------------------

.::BaBy_FaCe_WiSe::.

  • 12 oktyabr 2011 15:25
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
Səninlə qazandığım yaşamaq gücünü səni unutmaq üçün işlədirəm.

twk xebere gore...

--------------------

Iriska

  • 12 oktyabr 2011 15:12
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Ku-ku
Sebr edib oxuyub bitirdiyin ucun tesekkur kuku

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Ku-ku

  • 12 oktyabr 2011 14:06
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
ay iriska oxuyub qutarana qeder ureyim qutardi cox sagol xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}