"Qəlbinin tarını sazlamısanmı?"

 
"Qəlbinin tarını sazlamısanmı?"

Ustad Ənsarian nəql edir ki, Cahangirxan Qəşqayi adlı bir alimin qəbrini İsfahanda dağılmış halda görəndən sonra bələdiyyəyə müraciət etdim ki, bu böyük alimin qəbrini səliqəyə salsın. O, da bu alim üçün orada məqbərə inşa edir.
Cahangir İl qəsəbəsinin rəisinin oğlu idi. Ona görə də ona xan deyirdilər. O, cavan yaşlarında pendir, yağ, süzmə satmaq üçün İsfahana gedirdi. Onun tara meyli var idi, ona görə də o, gecələr çadırda oturur və tar çalırdı. Onun yaşı 35-36 olanda güclü bir kişi olmuşdu, bığları qulağına qədər gedirdi. Əyninə xan paltarı geyinir və başına da Qəşqayilərin papağını qoyurdu. Alış-veriş üçün İsfahana gedəndə tarını təmir etmək üçün alət axtarır. Aləti istədiyi adam ondan soruşur ki, neçə ildir ki, tar çalır? O da cavab verir ki, 15 yaşından bəri tar çalır. Həmin adam soruşur ki, bəs indi neçə yaşın vardır? O, da cavab verir ki, 40-a yaxındır. Həmin satıcı deyir: “Xan can bir dəfə otur və vücudunun tarını çal gör, nə səs çıxarır?”. Cahangir bu sözləri eşidən zaman çox təsirlənir və soruşur: “Öz vücudumun tarını çalmaq üçün hara getməliyəm?". O adam da İsfahan bazarında olan Sədr mədrəsəsini ona göstərir. Cahangir öz karvanını başqa birisinə tapşırır və deyir ki, geri qayıdın və ailəmə deyin ki, məni gözləməsinlər. O, da mədrəsəyə yollanır. Mədrəsənin tələbələri görürlər ki, xan onların mədrəsəsinə oxumağa gəlmişdir və ondan soruşurlar ki, burada nə edirsən? O, da cavab verir ki, vücudumun tarını sazlamağa gəlmişəm. Tələbələr ona dini elmləri öyrənməkdə çox yardım edirdilər. Xan da o gündən bəri elm öyrənməyə başlayır. Tezliklə böyük fəqih, arif və filosof olur. Ancaq heç bir zaman başına əmmamə qoymazdı. Ailə də qurmadı və öz yerinə məxsus geyimini də çıxartmadı.
Cahangir xanın məktəbində 50-ə yaxın böyük alim yetişdi. Onun şagirdlərindən biri də Ayətullah Bürucerdi olmuşdur. Başqa bir şagirdi isə Ayətullah Asid Cəmaləddin Gülpayiqani idi. Başqa bir şagirdləri Ayətullah Hacı Şeyx Murtaza Taliqani və Ayətullah Hacıağa Rəhim Ərbab idi. Ustad Ənsarian yazır: “Bu qoca alimi 90 yaşında ziyarət etmişdim və o, da mənə Cahangir xan haqqında maraqlı bir əhvalat nəql etmişdi”. Cahangir xanın başqa bir şagirdi isə Ayətullah Seyid Həsən Mudərris idi.
Bəli, bu, bir anlıq agahlığın nəticəsidir. Ona görə də deyə bilərik ki, agahlıq və dünyaya bəsirət gözü ilə baxmaq dünya və axirət səadətinə gətirib çıxarar. Onsuz da muxlislərdən olmaq müşkül bir işdir. (Erfan)

"Qəlbinin tarını sazlamısanmı?"


Geri dön

RADUQA

  • 12 oktyabr 2011 17:32
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
TEWEKKUR....MARAQLI YAZIDIR....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

H.o.S.t _ FaNaTka

  • 12 oktyabr 2011 17:01
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
gözəl yazı idi

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

emo angel

  • 12 oktyabr 2011 16:33
  • Məqalə: 20
  • Şərh: 132
  • Bal:
{awards}
super idi tewekkurler

--------------------
♥ Seninle sonra eren askimiza hicte üzülüp aglamiyorum. Askimiz zaten bastan yokmuski. Gec anladimsada, yillardir yalan olan sevdandan, tam tersi, kurtulduguma seviniyorum. Sana neye üzüldügümü söyleyeyimmi? YILLARDIR SENIN UGRUNA BOSA HARCADIGIM ZAMANA...♥

... Deryam ...

  • 12 oktyabr 2011 16:23
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Gözəl yazı idi .......

--------------------

Cilent_M.Q

  • 12 oktyabr 2011 15:36
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Ku-ku

  • 12 oktyabr 2011 14:03
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
emeye hormetler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}