İslamda Qeybət

 
İslamda Qeybət

“Qeybət”, bir insanın arxasınca onun olmadığı bir yerdə xoşlanmayacağı sözlər söyləməkdir. Dünyada nə qədər insan olursa olsun hər kəsin az belə olsa bir əkliyi və ya qüsuru vardır. Bu əkliklər və ya başqa bir ifadəylə bu qüsurlardan bir çoxu insanın hər hansı bir təsiri olmadan fitri olaraq var olan qüsurlardır. Bütün insanların yaradılışları bir-birindən fərqlidir. Heç kim bir başqasıyla eyni deyildir. Gözlərin əyri olması, saçların tökülmüş olması, insanın uzun ve ya qısa boylu olması, ağ ve ya qara tənli olması və.s kimi xüsusiyyətlər insanın hər hansı bir təsiri olmadan fitri olaraq var olan xüsusiyyətlərdir. Bu xüsusiyyətlərindən dolayı bir insanı aşağılayaraq onun arxasınca danışmaqda heç şübhəsiz qeybətdir.

Allah Təala Qurani-Kərimdə belə buyurur: “Ey iman edənlər! Bir-birinizin qüsurlarını araştırmayın. Heç kim bir başqasının arxasınca onun qeybətini etməsin. Sizlər heç ölmüş qardaşınızın ətini yeməkdən xoşlanarsızmı..!? Bax necə də iyrəndiniz(diksindiniz). Allahdan qorxun. Şübhəsiz Allah, tövbələri qəbul edəndir. Allah çox mərhəmətlidir.” (Hucurat surəsi 49/12)

İslamda Qeybət

Peyğəmbərimiz (s.a)-dən mövzumuzla bağlı bir çox hədisi-şərif rəvayət olunmuşdur. Onlardan bir neçəsinə burada yer verəcəyəm. Bir gün Rəsulullah (s.a)-dən “Qeybət nədir..?”- deyə soruşdular. Rəsulullah (s.a) bele buyurdu: “Qeybət, din qardaşının xoşlanmayacağı bir şeyi onun arxasınca danışmağındır. Eger onun arxasınca danışdıqların doğrudursa, o zaman qeybət etmiş olarsan. Əgər arxasınca danışdıqların onda olmazsa o zaman iftira etmiş olarsan”.

Səhabələrdən Əbu Musa əl-Əşari (r.a) Rəsululluh (s.a)-dən: “Ey Allahın Rəsulu! Hansı müsəlman daha üstündür?”-deyə soruşdu. Rəsulullah (s.a) “Dilindən və əlindən müsəlmanlarım əmniyyətdə olduğu kimsə”-cavabını verdi. Hədisdən anlaşıldığı kimi diliylə və əliylə verəcəyi zərərdən müsəlmanların əmin olmadıqları kimsənin kamil və fəzilətli bir müsəlman olması mümkün deyildir.

İslamda Qeybət

Başqa bir hədisi-şərifdə Rəsulullah (s.a) buyurur: “Kim din qardaşının namusunu onun olmadığı yerde(qeybətini edənlərə qarşı) qoruyarsa, Allah da qiyamət günü onu cəhənnəmdən qoruyar”.

Yuxarıda keçən ayət və hədislərdə biz müsəlmanların hər davranışımızda olduğu kimi dilimiz mövzusunda da nə qədər həssas olmamız gərəkdiyini açıq aydın görürük. Qeybət və buna bənzər pisliklər cəmiyyətin hüzur və əmniyyətini rəncidə edən davranışlardır. Qeybət cəmiyyət həyatında sağaltılması çox çətin olan yaralar açan bir xəstəlikdir. Hətta o qədər pis bir xəstəlikdir ki, Allah Təala qeybəti, ölən bir insanın ətini yeməklə müqayisə etmişdir.

Qeybət etmək nə qədər şeytani bir əməl isə, qeybəti dinləməkdə bir o qədər günah və çirkindir. Qeybət eden kimsənin susdurulması ve qeymət olunan məkandan uzaqlaşılması bir müsəlmana yaraşan en gözəl əməllərdəndir. Ama təəssüflər olsun ki, günümüzdə iç ağrıdıcı bir tablo ilə qarşı-qarşıyayıq. Hər addımında qeybət bataqlığında boğulduğu halda qeybətin nə olduğunu, nə anlama gəldiyini, nə kimi fəsadlara yol açdığını bilməyən insanlarımız çoxdur.

İslamda Qeybət

Qeybət fərd, ailə, cəmiyyət olaraq bir millətin birliyini pozma gücünə sahibdir. Ailələr və cəmiyyətlər arasında hüzursuzluq, darqınlıq hətta savaşmağa səbəb ola bilir. Elə bu səbəblərdən dolayıdır ki, Rəbbimiz (c.c) və Peyğəmbər əfəndimiz (s.a) qeybət etməyi şiddətlə yasaqlamış, onun böyük günah olduğunu bildirmişdir.

Qeybəti olunan kimsə haqqını həlal etmədikcə, qeybət edən kimsə etdiyi qeybətin günahından qurtara bilməz. Çünki qeybət etmək qul haqqını yüklənməkdir. Qul haqqını da Allah bağışlamayacaqdır. Qeybət eden kimsə tövbə etmədiyi və Allahdan səmimi olaraq bağışlanmasını istəmədikcə axirətdə etdiyi qeybətin əzabını çəkər. Qeybət etmək səmimi bir müsəlmanın vəsfi deyildir. Qeybət müsəlmana yaraşmaz.

Son olaraq əziz oxuyucularımız, hörmətli bacı və qardaşlarımız! Hər nə qədər bizə gec olacaq kimi görünsə də son nəfəsimiz gəlmədən öncə səmimi bir tövbə edək və ettiyimiz qeybətlərdən dolayı Rəbbimizin bizi bağışlanmasını nıyaz edək. Bu gün gözümüzə kiçik bir toz dənəsi kimi görünən bu günahların sabah qarşımıza böyük dağlar olaraq çıxmayacağı nə məlum..!?

İslamda Qeybət


Geri dön

H.o.S.t _ FaNaTka

  • 12 oktyabr 2011 16:54
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
təşəkkürlər xəbərə görə

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Musique Sage

  • 12 oktyabr 2011 16:36
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
bilirdim qeybet pis emeldi QURAN kitablarinda oxumusdum amma bunu oxuyub edenlerde var mence bele adamlar hec neyi basa dusmur ya da oxuduqlari yadda qalmir qeybetden ozumde zehlem gedir ve danisa adamlari da basa dusmurem basa dusmeyecem ve nifret edecem

emo angel

  • 12 oktyabr 2011 16:29
  • Məqalə: 20
  • Şərh: 132
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------
♥ Seninle sonra eren askimiza hicte üzülüp aglamiyorum. Askimiz zaten bastan yokmuski. Gec anladimsada, yillardir yalan olan sevdandan, tam tersi, kurtulduguma seviniyorum. Sana neye üzüldügümü söyleyeyimmi? YILLARDIR SENIN UGRUNA BOSA HARCADIGIM ZAMANA...♥

jalicka

  • 12 oktyabr 2011 16:29
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
xebere gore tesekkurler

RADUQA

  • 12 oktyabr 2011 16:13
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKURLER...BELE YAZILARI TEKRAR TEKRAR OXUSANDA YENE MARAQLIDI...
ALLAH HER BIRIMIZ BU YOLDAN CEKINDIRSIN....BELE PIS EMELLERDEN QORUSUN....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Alone girl

  • 12 oktyabr 2011 15:40
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
bunu eslinde qiybet eleyenler oxumalidi

--------------------
Gozumun onunde basqa birisi ,
Xeyalimda yalniz sen olacaqsan.
Evimin sahibi bashqa birisi,
Qelbimin sahibi sen olacaqsan

Cilent_M.Q

  • 12 oktyabr 2011 15:29
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
aaaaaaaaa baxe iwe=))))))))twk xebere gore

--------------------

gul_93

  • 12 oktyabr 2011 15:05
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
cox sag ol bele bir movzu hazirladigin ucun.

mor.menekse

  • 12 oktyabr 2011 14:09
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
Teşekkürler...

Teşekkürler...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}