Hikmətli Sözlər

 
Hikmətli Sözlər

Bir gün bir nəhv (ərəb dili qrammatikası) alimi gəmiyə minir. Öz elminə qürrələndiyi üçün, gəmi kapitanından soruşur: «Nəhv elmindən xəbərin varmı?». Kapitan: «yox» cavabı verəndə alim istehza ilə söyləyir: «Onda hesab elə ki, ömrünün yarısını itirmisən!».
Az sonra dənizdə dəhşətli fırtına qopur və gəmi batmağa başlayır. Gəmidəkilərin hamısı özünü dənizə atıb sahilə doğru üzür. Bu zaman kapitanın gözü, qorxu içində ətrafı seyr edən alimə sataşır və ondan soruşur: «Üzməyi bacarırsanmı?». Alim cavab verir: «Xeyr». Bu dəfə kapitan eyni istehza ilə deyir: «Onda hesab elə ki, bütün ömrünü itirmisən!».

Hikmətli Sözlər

Bağdad şəhərində sərvətli bir adam yaşayırdı. Onun qonşusu çox paxıl idi. Öz sərvətli qonşusuna zərər vurmaq üçün nə qədər çalışsa da, təsiri olmurdu.
Axırda çıxış yolunu tapdı, özünə bir qul aldı. Bir ildən sonra qulu yanına çağırıb dedi: «Bu gecə sənə vacib bir iş tapşıracağam. Gərək mütləq yerinə yetirəsən».
Gecəyarı paxıl öz qulunu da götürüb, sərvətli qonşunun evinin damına çıxdı. Orada üzünü qula tutub dedi: «Sən gərək məni öldürüb, meyitimi burada qoyasan. Səhər mənim meyitimi tapanda, qonşunu təqsirli bilib cəzalandıracaqlar.
Mən yalnız bu yolla qonşumun gününü qara edə bilərəm».
Qul nə qədər and-aman edib, ağasını bu cəfəng fikirdən daşındırmaq istəsə də, mümkün olmadı. Axırda onun əmrini yerinə yetirdi; ağasını orada qətlə yetirib evə qayıtdı.
Səhər cəsədi sərvətli adamın evinin damında tapdılar və onu həbs etdilər. Qulu da şahid sifətilə məhkəməyə gətirdilər. Qulun vicdanı dilə gəldi, günahsız qonşunu nahaq ölümdən xilas etmək üçün əhvalatı olduğu kimi açıb danışdı. Xəlifə qulun günahından keçdi. Hamı paxıl qonşuda olan həsədin dərəcəsinə heyran qaldı.

Hikmətli Sözlər

Bir nəfəri Harun ər-Rəşidin yanına gətirib, zındıq oldüğünü və dindən döndüyünü söylədilər. Harun ittihamın doğru olub-olmadığını ondan soruşdu. Amma həmin adam inkar edib dedi ki, ona böhtan atıblar. Harun ər-Rəşid müqəssiri qorxudub belə söylədi: «Ey dindən dönən! Səni o qədər döyərəm ki, günahını boynuna alarsan!». Müqəssir xəlifəyə etiraz etdi: «Əgər belə etsən, Peyğəmbərin ziddinə getmiş olarsan. O həzrət insanları məcbur edirdi ki, müsəlman olduqlarını etiraf edib şəhadət versinlər. Sən isə məni məcbur edirsən ki, dindən döndüyümü boynuma alım!». Harun bu sözdən xəcalət çəkib, onu azad etdi.

Həzrət İsanın (ə) «İncil»dəki moizələrindən
«Sizin ürəyiniz mal-dövlətinizin yanındadır. Siz öz xəzinələrinizi səmada yerləşdirin ki, orada nə itər, nə də oğurlanar».
«Əkin yalnız torpaqda bitər, daşın üstündə yox. Həmçinin, hikmət də təvazökar qəlbdə məskən salar, təkəbbürlü qəlbdə yox!»
«Əgər bir evə od düşsə, oradan başqa evlərə də keçər və bütün evləri bürüyər. Yalnız od düşən birinci evi dağıtsalar, alov kəsiləcək. Zülm edən ilk zalımın da qarşısı alınsa, ardınca başqası cəsarət edib zülm etməz».
«Xırda günahlar Şeytanın tələləridir; onları sizin gözünüzdə əhəmiyyətsiz göstərər ki, etina etməyəsiniz və günahlara qərq olasınız».

Hikmətli Sözlər

Bir xristian casusu müsəlmanların arasına göndərirlər ki, təxribat aparsın. Casus küçədə balaca bir oğlanın ağladığını görür. Yaxınlaşıb soruşur: «Niyə ağlayırsan? Səni kim incidib?». Uşaq cavab verir: «Heç kim incitməyib. Mən hər gün qonşu uşaqlari ilə birlikdə ox-yay götürüb məşq edirəm ki, düşmənlərimizlə müharibə etməli olsaq, onları asanlıqla vura bilim. İndiyə kimi hədəfləri sərrast vururdum. Amma bu gün oxlarımın bəzisi hədər getdi. Ona görə ağlayıram ki, döyüşə yollanıb, atalarımızın intiqamını alası olsam, öz yaşıdlarımdan geri qalacağam və onlara nisbətən, az düşmən öldürə biləcəyəm».
Casus daha bu ölkədə heç nə edə bilməyəcəyini başa düşüb vətəninə qayıdır.

Bir gün Cabir ibn Abdullah Ənsari Həzrət Əlinin (ə) hüzurunda ikən, dərindən ah çəkdi. İmam soruşdu: «Deyəsən, dünyaya xatir belə dərindən ah çəkdin?». Cabir cavab verdi: «Bəli, dünyanı yadıma saldım, ürəyim sızıldadı».

Hikmətli Sözlər

İmam buyurdu: «Ey Cabir, dünyanın bütün ləzzəti 7 şeydə cəmlənib: yemək, içmək, qulaqla alınan ləzzət, qoxu, cinsi əlaqə, ata minmək və geyim. Yeməklərin ən ləzzətlisi baldır ki, arı adlı həşəratın ağız suyundan ibarətdir. İçkilərin ən dadlısı sudur ki, hər yerdə vardır. Eşitməlilərin ən ləzzətlisi musiqidir (ğina); o da haramdır. Qoxuların ən yaxşısı mişkdir ki, ahu göbəyinin qurumuş qanından ibarətdir. Ləzzətlərdən biri cinsi yaxınlıqdan əldə olunur ki, bu da kişi ilə qadının sidik yerlərinin bir-birinə yaxınlaşması deməkdir. Digər ləzzət süvarilikdədir (at minmək); amma bəzən yıxılıb ölməklə nəticələnir. Ən yaxşı geyim ipək sayılır ki, onu da ipəkqurdundan əldə edirlər. Ən böyük ləzzətləri bu cür olan dünyadan ötrü ağıllı adam qüssə çəkməz».
Cabir deyir ki, imamın bu sözlərindən sonra bir daha dünya məhəbbəti qəlbimə yol tapmadı.


Geri dön

ASMIYA

  • 18 dekabr 2011 16:54
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
ƏZİYYƏTİNİZ ÜÇÜN SAĞ OLUN. MARAQLIDIR GERÇƏKTƏN

--------------------


seva20

  • 28 noyabr 2011 14:24
  • Məqalə: 322
  • Şərh: 3052
  • Bal:
{awards}
saqolun tsk

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 14:19
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
tesekkurler xebere gore

BadZero

  • 31 oktyabr 2011 20:12
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
«Sizin ürəyiniz mal-dövlətinizin yanındadır. Siz öz xəzinələrinizi səmada yerləşdirin ki, orada nə itər, nə də oğurlanar».

çox sağ ol ..

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

B.E.H.R.U.Z

  • 16 oktyabr 2011 19:48
  • Məqalə: 9
  • Şərh: 156
  • Bal:
{awards}
birinci ve axrinci cox maraqlidi.tesekkurler wink

--------------------
Smack
Down Is My Life...Rey Mysterio Boyakaaaaa

111_Shawmn Michaelais_111

  • 13 oktyabr 2011 02:23
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
{awards}
Bir xristian casusu müsəlmanların arasına göndərirlər ki, təxribat aparsın. Casus küçədə balaca bir oğlanın ağladığını görür. Yaxınlaşıb soruşur: «Niyə ağlayırsan? Səni kim incidib?». Uşaq cavab verir: «Heç kim incitməyib. Mən hər gün qonşu uşaqlari ilə birlikdə ox-yay götürüb məşq edirəm ki, düşmənlərimizlə müharibə etməli olsaq, onları asanlıqla vura bilim. İndiyə kimi hədəfləri sərrast vururdum. Amma bu gün oxlarımın bəzisi hədər getdi. Ona görə ağlayıram ki, döyüşə yollanıb, atalarımızın intiqamını alası olsam, öz yaşıdlarımdan geri qalacağam və onlara nisbətən, az düşmən öldürə biləcəyəm».
Casus daha bu ölkədə heç nə edə bilməyəcəyini başa düşüb vətəninə qayıdır.

Bir gün Cabir ibn Abdullah Ənsari Həzrət Əlinin (ə) hüzurunda ikən, dərindən ah çəkdi. İmam soruşdu: «Deyəsən, dünyaya xatir belə dərindən ah çəkdin?». Cabir cavab verdi: «Bəli, dünyanı yadıma saldım, ürəyim sızıldadı»

--------------------


beyaz melek

  • 12 oktyabr 2011 22:05
  • Məqalə: 58
  • Şərh: 1109
  • Bal:
{awards}
Heyat hami ucun qiymetlidir..Temiz insan ucun namus heyatdan da qiymetlidir

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

RADUQA

  • 12 oktyabr 2011 21:44
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
TEWEKKUR....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Cilent_M.Q

  • 12 oktyabr 2011 21:27
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
cox twkller, beyenilsin

--------------------

MiLeyla

  • 12 oktyabr 2011 20:58
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
cox gozel yazidi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Ku-ku

  • 12 oktyabr 2011 19:26
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Cabir deyir ki, imamın bu sözlərindən sonra bir daha dünya məhəbbəti qəlbimə yol tapmadı.

--------------------

ZERiDE

  • 12 oktyabr 2011 18:35
  • Məqalə: 35
  • Şərh: 146
  • Bal:
{awards}
cox maragli idi,ellerine saqlig ...twk

.::BaBy_FaCe_WiSe::.

  • 12 oktyabr 2011 17:47
  • Məqalə: 180
  • Şərh: 1215
  • Bal:
{awards}
1ci cox maraqli idi twk edirem size... smile

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 57

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}