Ruzi

 
Ruzi

Bəzən isə ruzinin azlığı imtahan xarakteri daşıyır. Amma insanlar ilahi meyarlarla tanış olmadığı üçün onun həqiqi mənasını dərk etmirlər. Allah-Təala buyurur:

"Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!" - söyləyər" (Fəcr, 16).

Ruzinin azlığı imtahan ola bildiyi kimi Allahın ruzini bol etməsi də imtahan ola bilər:

"İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!" - deyər" (Fəcr, 15).

Bu iki ayədən belə məlum olur ki, insan özünün ehtiram və təhqirinin meyarı kimi ruzisinin bol və ya az olmasını görür. Halbuki bunların heç biri deyilən kimi deyildir, nə dövlətlilik Allah yanında böyük ehtirama malik olmağı göstərir, nə də kasıblıq təhqir ve həqarəti.

Buradan da ilahi meyarların insanın fikirləşdiyi meyarlardan tamamilə fərqli olması məlum olur. Bu barədə Quranın daha bir ayəsinə nəzər salaq:

Ruzi

"Əgər insanların (müşriklərin cah-cəlal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı, Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik. Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik). Və (bunlardan əlavə onları) qızıl bəzəklər (içində qərq edərdik, yaxud həmin şeyləri qızıldan düzəldərdik). Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət (Cənnət) isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündür!" (Zuxruf, 33-35).

Bu ayəni təfsir alimləri bir neçə cür izah edirlər. Bəzilərinin fikrinə görə, ayədə insanların hamısının bir ümmət olmasından məqsəd onların dindən çıxıb kafir olmalarıdır. Yəni, əgər insanların hamısının kafirlərin vəziyyətinin yaxşi olmasını görüb kafir olması qorxusu olmasaydı, Allah-Təala kafirlərin evlərinin damlarını, ora qalxmaq üçün istifadə etdikləri nərdivanları, eləcə də qapılarını və taxtlarını qızıl-gümüşdən düzəldərdi. Digər bir görüşə görə isə Allah-Təalanın "insanların tək bir ümmət olmasından" məqsədi insanların hamısının - istər kafir olsun, istər mömin - dünya nemətləri əldə etmək barədə bərabər olmasıdır. Belə ki, Allahın qanunlarına əsasən insanlar göstərdikləri səy və təlaş müqabilində münasib nəticə əldə etmək barədə bərabərdirlər. Yəni belə deyil ki, məsələn, Allah-Təala kafir nə qədər çalışsa da onun səylərini nəticəsiz qoysun, amma mömin hətta çalışmasa belə, onu firavanlıq içində yaşatsın. Hər halda, ayənin insanlara çatdırmaq istədiyi əsas mənalardan biri budur ki, Allah yanında var-dövlət və sərvət nəinki insanın üstün və ya alçaq olmasının göstəricisi deyil, hətta bəzən Allahın qəzəb əlamətidir.

Ruzi

Bütün bu deyilənlərdən əlavə, Quran baxımından ruzinin azalmasi səbəblərindən biri də imansızlıq ve günahlardır. Əlbəttə, ruzinin azalmasinin səbəbi həmişə günah deyil. Amma bir sira günahlar nəticəsində ruzinin azaldığı bildirilmişdir. Bir sıra əməllər ruzinin azalmasına və bəla gəlməsinə səbəb olduğu kimi, bəzi əməllər də ruzinin artmasına səbəb olur. Allah-Təala buyurur:

"Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik" (Əraf, 96).

Bu, Allahın ənənəvi qanunlarındandır. Allah-Təala Maidə surəsinin 66-cı ayəsində də yəhudi və xristianlar haqqında buna bənzər ifadə işlətmişdir. Bu kimi ayələr insanların iman və təqvalarının onların maddi həyatındakı təsirini və rolunu bəyan edir. Burada belə bir sual yaranır ki, əgər iman bərəkətə, imansızlıq isə bəlaya səbəb olursa, bəs nə üçün dünyanın bir çox imansız məmləkətləri naz-nemət içində xöşbəxt həyat sürürlər? Bu suala cavab olaraq qeyd etmək istərdik ki, əvvəla onların naz-nemət içində xoşbəxt olmasını güman etmək tamamilə yanlışdır.

Ruzi

Bu yalnışlığın səbəbi sərvəti xoşbəxtlik amili hesab etməkdir. Əslində, sərvət heç də həmişə xoşbəxtlik və rahatlıq deyil. Əgər kimsə bu cəmiyyətlərin içinə girib insanların əhval-ruhiyyəsi ilə tanış olsa görər ki, onların yaşadıqları mənəvi sarsıntılar olduqca cansıxıcı və ağrılıdır. Maddi nailiyyətlərin səbəbi təbii ki, onların səy və təlaşlarıdır. Bunu inkar etmək olmaz. Amma bu o demək deyil ki, kimin maddi vəziyyəti yaxşıdırsa, həyatı da gözəldir və o, özünü xoşbəxt hiss edir. Digər tərəfdən, hətta bu nemətlərin onlara Allah tərəfindən birbaşa əta edilməsini fərz etsək belə, yenə də məsələdə qaranlıq bir məqam qalmır. Bu məqamı bir məsəllə daha aydın dərk etmək mümkündür. Məsələn, iki nəfər eyni xəstəliklə həkimə müraciət edir. Həkim bu xəstələrə müalicə dövründə bir sıra şeyləri qadağan edir. Amma bir müddətdən sonra onların birinə "get ürəyin istəyəni ye", digərinə isə "sən hələ pəhrizdə qal" deyir. Məsələyə zahiri cəhətdən yanaşsaq, həmin xəstələrin birinin sağalmasını, ikincisinin isə sağalmadığı üçün hələ də məhrumiyyətdə qalmasını güman edərik. Amma əgər gedib həkimdən bu məsələnin səbəbini araşdırsaq, görərik ki, sən demə məsələ tamamilə əksinə imiş. Sən demə birinci xəstəyə hər şəy yemək icazəsinin verilməsinin səbəbi işin-işdən keçməsi və onun sağalmaq ehtimalının olmamasıdır. Bu səbəbdən də həkim ona heç bir pəhrizin fayda verməyəcəyini görüb ürəyi istəyəni yemək icazəsi verir. İkinci xəstədə isə sağalma ehtimalı olduğu üçün pəhrizin saxlanılması tapşırılır. Allahın bəzilərinə nemət verməsinin və ya bəzilərindən törətdikləri bütün fəsadlara baxmayaraq nemətləri almamasının səbəbi də bəzi hallarda budur. Çünki Allah günahlara görə insanlara ona görə bir sıra məhrumiyyətlər verir ki, bəlkə qəflət yuxusundan ayılaraq ibrət götürdülər. Amma iş o yerə çatanda ki, daha ibrət götürməyə heç bir ümid qalmır, onda neməti başlarından tökür. Müsəlman cəmiyyətdə isə ayılmaq ehtimalı olduğu üçün bəzi məhrumiyyətlər tətbiq edilir.

Ruzi

Rifah içində yaşayan və bəzən bir çoxlarında sual doğuran cəmiyyətlər barədə bunu da qeyd etmək lazimdır ki, onların malik olduqları sərvətlərin hamısı nə Allahın onlara əta etdiyi nemətlərdir, nə də onların öz istedad və bacarıqları ilə əldə etdikləri qazanclar. Həmin sərvətlərin çox hissəsi də onların tarix boyu müxtəlif millətləri qarət edib istismarçılıqla əldə etdikləri sərvətlərdir. Odur ki, həmin şeyləri nəinki arzulamaq lazım deyil, hətta Allahdan bu kimi şeyləri bizdən uzaq etməsini istəmək lazımdır. Çünki sağlam düşüncəli insan hansısa oğrunun oğurladığı malın onun olmasını istəməz.

Digər tərəfdən imanlı cəmiyyətlərin məhrumiyyətdə yaşmalarının səbəbi barədə danışarkən nəzərə almaq lazımdır ki, Allahın iman gətirəcəkləri təqdirdə başlarından nemət tökmək vədi verdiyi insanlar sırf iman iddiası ilə yaşayanlar deyil, imanla həyat sürənlərdir. Bəli, cəmiyyət iman gətirsə, Allah-Təala vəd verdiyi kimi neməti onun başından tökər. Amma necə iman? Dildə müsəlmançılıq iddiası etmək həmin məqama nail olmaq üçün yetərli deyil. İslam paklığa, düzlüyə, əmanətdarlığa, səy və təlaşa, fədakarlığa dəvət edir. Bunlar isə təəssüf ki, müsəlmanların böyük bir qisminin həyatının ən nadir məqamlarıdır.

Qurani-Kərimdə buyurulur:

"Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir" (Talaq, 2-3).

Ruzi

Əlbəttə, bu ayədən məqsəd hər şeydən əl çəkib ibadətlə məşğul olmaq deyil. İnsan bir tərəfdən Allahın əmrlərinə tabe olmalı, digər tərəfdən də ruzi qazanmaq istiqamətində çalışmalıdır. Çünki elə bunun özü də Allaha ibadətin bir növü, itaətin nümunələrindəndir. İmam Sadiq (ə) buyurur: "Kim ruzi arxasınca getməyi (səy və təlaşı) tərk etsə, duası qəbul olmaz".

Ruzinin artmasına səbəb olan digər bir amil şükrdür.

"Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!" (İbrahim, 7).

Əlbəttə şükürdən məqsəd təkcə dil ilə həmd-səna etmək deyil. Şükrün ən gözəl nümunələrindən biri hər bir neməti öz yerində sərf etməkdir, istər Allahin verdiyi bədən üzvlərindən halal istiqamətdə bəhrələnmək olsun, istərsə də sərvətin halal yolda xərclənməsi.

Bu mənaya hədislərdə də çox təkid edilmiş və bir çox əməllərin ruzinin artmasına səbəb olduğu vurğulanmışdır. Peyğəmbər (s) buyurmuşdur:

"Çox sədəqə verin ki, Allah sizə ruzi versin."

İmam Sadiq (ə) buyurmuşdur:

"Ailəsinə qarşı yaxşı olanın ruzisi artar."

Hədislərdə bunlardan əlavə zəkat verməyin, əmanətə riayət etməyin, niyyəti gözəlləşdirməyin, möminlər üçün dua etməyin, qohum-əqrəba ilə gözəl münasibətin, gülərüzlülüyün və digər əməllərin də ruzini artırdığı bildirilmişdir. Bütün bunlar göstərir ki, ruzinin əldə edilməsində yeganə amil təkcə maddi səbəblər deyil, onların kənarında mənəvi amillər də öz təsirini göstərir.


Geri dön

111_Shawmn Michaelais_111

  • 13 oktyabr 2011 02:25
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
teşekkürler

--------------------


cuqqu

  • 13 oktyabr 2011 00:02
  • Məqalə: 0
  • Şərh: 101
  • Bal:
{awards}
YA REBBIM MENE VERDIYIN HER BIR NEMETE, RUZIYE VE HER ANA GORE SENE COX WUKUR.. SENDEN COX RAZIYAM ALLAHIM. SENE NE QEDER WUKUR ETSEM BELE AZDI. YAZIYA GORE COOOOOOOOOX SAG OLUN. ALLAH SIZDEN RAZI OLSUN.

RADUQA

  • 12 oktyabr 2011 22:03
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
TEWEKKUR....
ALLAH HER KESE HALAL RUZI NESIB ETSIN....
AZ OLSUN AMMA HALAL OLSUN...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Cilent_M.Q

  • 12 oktyabr 2011 21:38
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Ku-ku

  • 12 oktyabr 2011 19:29
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
maraqli idi twk

--------------------

... Deryam ...

  • 12 oktyabr 2011 18:40
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN .
ALLAH HƏR BİRİMİZƏ HALAL NEMƏTLƏRİNNƏN BƏXŞ ETSİN .

--------------------

ZERiDE

  • 12 oktyabr 2011 18:15
  • Məqalə: 35
  • Şərh: 146
  • Bal:
{awards}
cox saq ol maragli idi,axra kimi oxudum.azin qedrin bilmeyen.,counda qedrin bilmez,

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 54
Cəmi: 81

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 238
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 78
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}