Amerikalı və fin alimlərinin birgə apardıqları araşdırmanın nəticəsində məlum olub ki, vitamin bir çox insanların səhhəti üçün təhlükələr yarada bilər
Xüsusilə də yaşlı qadınlar üçün vitamin kursları risklidir.
"Scientist" bildirir ki, Amerika Tibb Cəmiyyətinin "Archives of Internal Medicine" jurnalında araşdırmanın nəticələri dərc olunub. Amerikalı və fin alimlərinin fikrincə, insanların çox istifadə etdikləri vitaminlər, minerallar, multivitaminlər, B6 vitamini, dəmir, maqnezium və s. həblər ölüm riskini artıran ünsürlərdir.
Alimlər ABŞ-ın Ayova ştatında orta yaşları 62 olan 38772 qadın arasında apardıqları araşdırmalar zamanı onların vitaminləri qəbul edəndən sonra səhhətlərində yaranmış dəyişiklikləri tədqiq ediblər.
Nəticələrə görə, orqanizmdə dəmirin miqdarını artırmağa yönəlmiş həblər ölüm riskini xüsusilə artırır.
Həkimlərin fikrincə, "mümkün qədər çox vitamin xeyirdir" anlamı həddən ziyadə yanlış və təhlükəlidir.