Şeytan (l) [2-ci hissə]

 
Şeytan (l) [2-ci hissə]

Şeytan (l) [2-ci hissə]

Bismillahir-rehmanir-rehim

1013. Allahın iblislə rəftarından dərs almaq

3254. İmam Əli(ə): «Allahın iblislə rəftarından dərs alın. Belə ki, Allah-taala onun uzunmüddətli işini, yorucu zəhmətlərini bir anlıq təkəbbürə görə batil etdi.
O altı min il Allaha ibadət etmişdi və özü də məlum deyil bunlar dünya illərindəndir, yoxsa axirət illərindən.» (Nəhcül-Bəlağə, xütbə 192)

Şeytan (l) [2-ci hissə]

1014. Şeytandan Allaha sığınmaq

Qur’an:

«De: «Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram. Ey Rəbbim! Onların mənim yanımda hazır olmalarından sənə sığınıram.» (Muminun, ayə 97, 98)
«Qur‘an oxumaq istəyəndə qovulmuş şeytandan Allaha sığın.» (Nəhl, ayə 98)

Hədis:
3255. İmam Əli (ə): «Allaha həmd edir, şeytanın qovulması və uzaqlaşdırılmasına görə, eləcə də onun tələ və hiylələrindən salamat qalmağa səbəb olan işlərdə Allahdan kömək istəyirəm. (Nəcül-Bəlağə, xütbə 151)

Şeytan (l) [2-ci hissə]

1015. Şeytanın insanla düşmənçiliyi

Qur’an:

«Həqiqətən, şeytan sizin düşməninizdir. Bəs, siz də ona düşmən olun.
Həqiqətən, o öz dəstəsini arxasınca çağırır ki, onlar Cəhənnəm əhli olsunlar.» (Fatir, ayə 6)

Hədis:
3256. İmam Əli (ə): «Gizlincə qəlblərə nüfuz edən və asta-asta qulağlara ovsun oxuyan düşməndən çəkinin.» (Ğurərul-Hikəm,hədis2623)
2357. İmam Sadiq (ə): «İblis məkr və hiylə dolu bu sarayın hər yerində öz tələlərini qurmuşdur və onun məqsədi bizi sevənlərdən başqa bir kimsə deyil.» (Tuhəful-Uqul,səh. 301)
3258. İmam Kazim (ə): «Cihad hansı düşmənlə daha çox vacibdir?» sualına cavabından- «Sənə daha yaxın və səninlə düşmənçiliyi daha çox olanla... və sənin düşmənlərini sənə qarşı təhrik edənlə. O da şeytandır.» (Tuhəful-Uqul,səh. 399)

Şeytan (l) [2-ci hissə]

1016. Şeytanın fitnələrindən agah etmək

Qur’an:

«Ey Adəm övladları! Şeytan sizin ata-ananızı Cənnətdən çıxardıb ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurduğu kimi, sizi də aldatmasın.
O və onun dəstəsi sizi, onları görmədiyiniz yerdən görürlər. Həqiqətən, Biz şeytanları iman gətirməyənlərin dostları etdik.» (Ə‘raf, ayə 27)

Hədis:
3259. İmam Əli(ə): «Yoldan arzdıran üç amil var: qadınları sevmək (şeytanın qılıncıdır), şərab içmək (bu şeytanın tələsidir), dirhəm-dinara məhəbbət (bu da şeytanın oxudur).» (əl-Xisal,səh.113 , hədis 91)

Şeytan (l) [2-ci hissə]

1017. Şeytana sitayiş edənlər

Qur’an:

«Ey Adəm övladları! Məgər sizinlə əhd-peyman bağlamamışdı ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir?» (Yasin, ayə 60)

Hədis:
3260. İmam Əli (ə) (Şeytanın ardınca gedənləri məzəmmət edərək): «Onlar şeytanı öz işlərinin me‘yarı etdilər və şeytan da onları öz tələsinə çevirdi.
Beləliklə, onların qəlblərində yumurta saldı, cücə çıxartdı, tədricən ağıllarına nüfuz etdi, onları xətalara və büdrəyişlərə düçar etdi, batili gözlərində bəzədi.
Onların işləri güclərində şeytan şərik olan və onun dili ilə batil söz danışan şəxsin işi kimidir.» (Nəhcül-Bəlağə, xütbə 7)

Şeytan (l) [2-ci hissə]

1018. Şeytanın fitnələri

Qur’an:

«Şeytan sizi yoxsulluqla qorxudur və sizə pis işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və bəxşişlər vəd edir.
Allah geniş rəhmət sahibi və hər şeyi biləndir.» (Bəqərə, ayə 268)
«Şeytan onlara vədə verir və öz arzularının tələsinə salır. Şeytan onlara yalan vədədən başqa bir şey verməz.» (Nisa, ayə 120)
«Bəs, niyə Bizim əzabımız onlara çatanda nalə çəkmədilər? Çünki onların qəlbləri daşlaşmış və şeytan onların əməllərini öz nəzərlərində bəzəmişdir.» (Ən‘am, ayə 43)

Hədis:
3261. İmam Əli (ə): «Ey Kumeyl! İblis öz tərəfindən vədə vermir, əksinə, öz Rəbbinin tərəfindən vədə verir ki, onları günah etməyə vadar etsin və ölümün uçurumuna atsın.» (Bəşaratul-Mustəfa,səh. 27)
3262. İmam Əli (ə): «Şeytan bəndəyə təhkim olunmuşdur.
Günah etməkdən ötrü günahı onun gözlərində bəzəyir və tövbəyə də ümidvar edir ki, onu tə‘xirə salsın.» (Nəhcül-Bəlağə, xütbə 64)
3263. İmam Səccad (ə)- duasında- «Əgər şeytan hiyləylə onları Sənin itaətindən çəkindirməsəydi, heç bir günahkar sənə qarşı günah etməzdi.
Əgər batili onlar üçün haqq libasında göstərməsəydi, heç bir yolunu azan Sənin yolundan azmazdı.» (Səhifətus-Səccadiyyə, səh.144, dua 37)
3264. İmam Sadiq (ə): «İblis öz qoşununa deyər: «İnsanlar arasında paxıllıq və haqqa təcavüz toxumu səpin. Çünki bu ikisi Allah yanında şirkə bərabərdir.» (əl-Kafi, c.2, səh.327, hədis 2)

Şeytan (l) [2-ci hissə]

1019. Şeytanın fitnəsindən qoruyanlar

Qur’an:

«Həqiqətən, Şeytanın iman gətirən və öz Rəbblərinə təvəkkül edənlərin üzərində hakimiyyəti yoxdur.» (Nəhl, ayə 99)
«Həqiqətən, sənə tabe olan yolunu azmışlardan başqa, bəndələrimin üzərində heç bir hakimiyyətin yoxdur.» (Hicr, ayə 42)

Hədis:
3265. İmam Əli (ə): «Çox dua et ki, şeytanın şərrindən amanda qalasan.» (Biharul-Ənvar, c.78,səh. 9, hədis 64)
3266. İmam Baqir (ə): «Həqiqi qorxu ilə özünü iblisdən qoru.» (Biharul-Ənvar, c.78,səh.164, hədis 1)
3267. İmam Sadiq (ə): «İblis dedi: «Beş nəfs var ki, onlara qarşı heç bir çarəm yoxdur.
Bunlar xalis niyyətlə Allaha sığınan və bütün işlərində Ona arxalanan, gecə-gündüz Allaha çox təsbih deyən, özü üçün bəyəndiyi şeyi mömin qardaşına da bəyənən, başına müsibət gələndə səbrsizlik etməyən, Allahın ona qismət etdiyinə razı olan və ruzi qəmi çəkməyənlərdir.
Ancaq, qalan bütün insanlar mənim ovcumun içindədir» (əl-Xisal,səh. 254 , hədis 37)

Şeytan (l) [2-ci hissə]

1020. Şeytanı hakim edən şeylər

Qur’an:

«Kim Rəhman Allahı yad etməkdən üz döndərərsə, onunla yoldaş olmaq üçün ona bir şeytan təyin edərik.» (Zuxruf, ayə 36)

Hədis:
3268. Allahın Peyğəmdəri (s): «Bir gün Musa (ə) oturmuşdu və iblis onun yanına gəldi... Musa (ə) buyurdu: «Mənə elə bir günahdan xəbər ver ki, insan onu edəndə sən ona hakim olasan.» İblis dedi: «Özündən razı olmaq, əməlini çox görmək, günahı öz nəzərində kiçik görmək.» (əl-Kafi, c.2,səh. 314, hədis 8)
3269. İmam Əli (ə): «Şəhvətpərəstlərlə yoldaşlıqlıq imanın unudulmasına və şeytanın hazır olmasına gətirib çıxarar.» (Nəhcül-Bəlağə, xütbə 86)
3270. İmam Sadiq (ə): «İblisin qadınlardan və qəzəbdən güclü ordusu yoxdur.» (Tuhəful-Uqul,səh. 363)

Şeytan (l) [2-ci hissə]


Geri dön

Ku-ku

  • 13 oktyabr 2011 13:38
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
twk allah razi olsun

--------------------

_Yaxsiliq Meleyi_

  • 13 oktyabr 2011 08:33
  • Məqalə: 14
  • Şərh: 360
  • Bal:
{awards}
Çox sağ olun Allah kömeyiniz olsun.Şeytanlar bizden uzaq olsun

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

sharm

  • 12 oktyabr 2011 22:52
  • Məqalə: 2
  • Şərh: 462
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 50

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}