Səbr

 
Səbr

Səbir, yalnız çətinliklər qarşısında deyil,
həyatın hər anında yaşanması lazım olan gözəl bir əxlaq xüsusiyyətidir...

Səbir; Rəbbin üçün səbr et'
(Mudəssir surəsi, ayə 7).

Ayədən də aydın olduğu kimi, yalnız ALLAH rizası üçündür. İnsan ancaq ALLAHa olan imanı və yaxınlığı nisbətində səbir göstərə bilər. Qarşılaşdığı çətin hadisələrdə göstərdiyi gözəl əxlaq davamlıdır…

“Yaxşılıqla pislik eyni ola bilməz! Ey mömin kimsə! Sən pisliyi yaxşılıqla dəf et! Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə cömərdliklə, cəzaya bağışlamaqla cavab ver! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu xislət yalnız dünyada məşəqqətlərə səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!
(Fussilət surəsi, ayə 34-35).

Ayədən də aydın olduğu kimi "davamlı" olan gözəl
əxlaqı səbr edənlərdən başqası göstərə bilməz...

Möminlərin başlarına nə qədər böyük fəlakətlər gəlirsə gəlsin, onlar üçün fərq etməz. "Ey iman gətirənlər! Səbr edin və səbirdə yarışın... " (Ali İmran Surəsi, ayə 200). Ayədə buyurulduğu kimi xeyrlərdə yarışar kimi, səbirdə də yarışmaq bir mömin xüsusiyyətidir.

Qarşılaşılan hər cür hadisə mömin üçün bir imtahandır. Göstərəcəyi səbrin əhəmiyyətini çox yaxşı bilər və ALLAHın razı olacağı rəftarı göstərmək üçün böyük səy sərf edər. Bunu edərkəndə ən kiçik bir narahatlıq və çətinlik duymaz. Çünki hər şeydə mütləq bir xeyr olduğunu düşünər və sonsuz bir təvəkküllə ALLAHa sığınar, köməyi də səbri də yalnız Ondan diləyər. Qismət gerçəyini bilən və hər şeyin ALLAHın idarəsində reallaşdığına inanan mömin, hər çətinliyin arxasından, mütləq bir asanlıq gələcəyini və ALLAHın kimsəyə çəkə biləcəyindən artığını yükləməyəcəyindən əmindi...

ALLAH səbir göstərənləri cənnəti ilə müjdələyib.
"Məhz belələri, ALLAH yolunda bütün çətinliklərə, əziyyətlərə səbr etdiklərinə görə cənnət guşəsi ilə mükafatlandırılacaq, orada mələklər tərəfindən ehtiramla, salamla qarşılanacaqlar.
(Furqan surəsi, ayə 75)

Dünya həyatının keçici olduğunu bilən mömin üçün, axirətdə Rəbbinin üzü və sonsuz cənnət həsrəti, səbir göstərməsi üçün kafi bir səbəbdir. Unudulmamalıdır ki bütün ibadətlərdə dayanıqlılıq və davamlılıq göstərmək, səbirli olmaqla mümkündür. Səbir ibadəti, insana çətinlik deyil fərahlıq verən əhəmiyyətli bir ibadətdir.

Mömin üçün ALLAHın razılığı və məmnuniyyəti çox əhəmiyyətlidir. ALLAH sevgisi və qorxusundan məhrum olan insan, bu hissiyyatdan uzaqdır. Bu səbəblə ALLAH rizası üçün səbir göstərmək yerinə dözümü seçər. Həyat onun üçün dözmək məcburiyyətində olduğu çətinliklərlə dolu əziyyət verici bir mühitdir. Dözə bildikləri nöqtəyə qədər dözərlər, sonrasında üsyan edərlər. Davamlı yaşanan narahatlıq və gələcək qorxusu bədənlərində geri dönüşü olmayan xəstəliklərə səbəb olar ya da üsyanları onları intihara sürüyər. Halbuki ALLAHa təslim olub səbr edən mömin üçün sonsuz bir dinclik və güvən duyğusu var.

Yaşadığımız dünyanın bir imtahan yeri, əsl yurdun isə axirət olduğunu
düşünsək, bu nöqtədə verilməsi lazım olan əhəmiyyətli bir qərarla qarşı-qarşıya qalarıq:

Keçici Dünya həyatımı? Sonsuz Cənnətmi? Sonsuz Əzabmı?


Geri dön

K_U_R_S_A_N_T

  • 15 noyabr 2011 09:52
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
ALLAH RAZI OLSUN

KRiPToS

  • 21 oktyabr 2011 15:01
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
{awards}
Her birinize serhlerinize gore tewekkur edirem!!!

--------------------

_Yaxsiliq Meleyi_

  • 17 oktyabr 2011 15:28
  • Məqalə: 14
  • Şərh: 360
  • Bal:
{awards}
ellerine salıq.Allah üreyine göre versin

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

Su Perisi

  • 14 oktyabr 2011 23:43
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}

“Yaxşılıqla pislik eyni ola bilməz! Ey mömin kimsə! Sən pisliyi yaxşılıqla dəf et! Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə cömərdliklə, cəzaya bağışlamaqla cavab ver! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu xislət yalnız dünyada məşəqqətlərə səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!

(Fussilət surəsi, ayə 34-35).”

--------------------

Elnen

  • 13 oktyabr 2011 16:24
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}
Tewekkurler..
Bu zemaneni insanlar o qeder qiymetsiz dereceye saliblar ki, Sheytaninda desteyi ile insan sebrden chixir...
what

Musique Sage

  • 13 oktyabr 2011 15:11
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
sebr en boyuk dermandi zaman kimidi

Delya_91

  • 13 oktyabr 2011 14:52
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Sebr yaxsi seydir,olan yerde

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

:..GIZEMLI..:

  • 13 oktyabr 2011 14:37
  • Məqalə: 28
  • Şərh: 3290
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN XEBERE GORE COX SAGOL MARAQLI IDI OXUDUM

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 41

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}