Möminlərin əmiri Əli Ibn Əbu Talibin (a.r.o.) şəhid olmasi

 
Möminlərin əmiri Əli Ibn Əbu Talibin (a.r.o.) şəhid olmasi

Möminlərin əmiri Əli Ibn Əbu Talibin (a.r.o.) şəhid olmasiMöminlərin əmiri Əli Ibn Əbu Talibin (a.r.o.) şəhid olmasiMöminlərin əmiri Əli Ibn Əbu Talibin (a.r.o.) şəhid olmasi

Nəhrəvan döyüşündən iki il keçdikdən sonra ara sakitləşən bir vaxtda xəvariclərdən üç nəfər könüllü, Əli ibn Əbu Talibi, Müaviyə ibn Əbu Sufyanı və Amr ibn əl-Ası qətlə yetirmək haqda Məkkə şəhərində əhd bağladılar.
Onlar deyirdilər: Bu üç nəfəri qətlə yetirməklə Allaha ibadət edək. Onların iddiasına görə bu yolla camaatı bu üç nəfərdən xilas etmək lazımdır. Əbdürrəhman ibn Mülcəm əl-Muradi dedi: Mən Əlini öldürəcəyəm.
Əl-Bərak ət-Təmimi dedi:
Mən isə Müaviyəni öldürəcəyəm. Amr ibn Bəkr ət-Təmimi isə dedi: Mən isə Amr ibn əl-Ası öldürəcəyəm. Onlar qətli Ramazan ayının on yeddinci gecəsi etməyi qərarlaşdırdılar.

Möminlərin əmiri Əli Ibn Əbu Talibin (a.r.o.) şəhid olmasiMöminlərin əmiri Əli Ibn Əbu Talibin (a.r.o.) şəhid olmasiMöminlərin əmiri Əli Ibn Əbu Talibin (a.r.o.) şəhid olmasi

Amr ibn əl-As Misirdə, Müaviyə Şamda, Əli isə Kufədə idi. Əli Sübh namazına gələrkən İbn Mülcəm onu bir həftə öncə zəhərə batırdığı xəncərlə vurdu. Əli vurulanda dedi: Mən sağalsam özüm onu mühakimə edəcəyəm. Yox əgər mən ölsəm qisasımı ondan alın. İbn Mülcəm dedi: Xeyr, Allaha and olsun, mən onu bir həftədir ki, zəhərə batırmışam.
Əli vəfat etdikdən sonra İbn Mülcəmi gətirib iki əlini kəsib, gözlərini çıxartdılar. Amma o bundan təsirlənməmişdi. Onun dilini kəsmək istədikdə qorxdu. Orada olanlar dedilər: İndi qorxursan? O dedi: Mən, bundan sonra yaşayacağım müddətdə Allahı zikr edə bilməyəcəyimdən qorxuram!

Sübhənallah! Açıq-aşkar zəlalət budur. Belə haldan Allaha sığınırıq. Allah dostlarından birinin qanını halal edib (qətlə yetirib), sonra yaşayacağı müddətdə Allahı zikr etməkdən məhrum olmasından qorxur!
əl-Bərak da Sübh namazında Müaviyəni vurdu. Zərbə ona dəysə də öldürücü olmadı. Rəvayətlərə əsasən bu zərbə onun bir daha övladı olmamasına səbəb oldu.
Amr ibn əl-Ası qətlə yetirmək istəyən də Sübh namazına gəlmişdi. Amr, ishal xəstəliyinə tutulduğundan camaata namaz qıldırmaq üçün məscidə çıxmamışdı. Namaza imamlıq edən adamın Amr ibn əl-As olduğunu zənn edərək onu qətlə yetirdi. Namaza imamlıq edən Xaricə ibn Əbu Həbib adlı bir nəfər idi. Qatil onu namazda olduğu halda vuraraq qətlə yetirdi. Onu tutdular və dedilər: Sən nə etdin?

O dedi: Camaatı amr ibn əl-Asın əlindən xilas etdim.
Dedilər: Sən Amrı öldürməmisən, Xaricəni öldürmüsən.
O dedi: Mən Amrı öldürmək istəyirdim, Allah isə Xaricənin ölməsini istədi.
Sonda hər üç qatil: Bərak, İbn Mülcəm və Amr ibn Bəkr ət-Təmimi - öldürüldülər.

Möminlərin əmiri Əli Ibn Əbu Talibin (a.r.o.) şəhid olmasiMöminlərin əmiri Əli Ibn Əbu Talibin (a.r.o.) şəhid olmasiMöminlərin əmiri Əli Ibn Əbu Talibin (a.r.o.) şəhid olmasi


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 47
Cəmi: 87

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 21
Cəmi: 31
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 424
 
ஐ Payiz ஐ
Xəbərləri: 12
Cəmi: 12
 
AyliN BunyaminovA
Xəbərləri: 11
Cəmi: 402
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
Arzu_zadeh
Xəbərləri: 6
Cəmi: 134
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}