Islam tarixindən hikmətli sözlər

 
Islam tarixindən hikmətli sözlər

Yərmuk savaşında Hüzeyfə Ədəvi adlı səhabənin əmisi oğlu ağır yaralanıb, döyüş meydanında yıxılmışdı. Hüzeyfə özü ilə su götürüb meydana yollanır ki, onu tapıb su içirtsin və düşərgəyə gətirsin. O, al-qan içində düşüb-qalmış əmisi oğlunu tapıb soruşur: «Su içmək istəyirsənmi?». Bu zaman yaxınlıqda düşmüş başqa bir yaralı səsini çıxarıb, su istədiyini bildirir. Hüzeyfənin əmisi oğlu suyu içməkdən qəti imtina edib deyir ki, əvvəlcə səsi gələn yaralının susuzluğunu yatırsın. Hüzeyfə həmin yaralıya su içirmək istəyəndə, kənarda uzanmış bir başqasının «su, su» fəryadı ucalır.

Islam tarixindən hikmətli sözlər

Suyu içirmək istədiyi yaralı bu səsi eşidən kimi Hüzeyfəyə tapşırır ki, suyu tez onun üçün aparsın. Hüzeyfə üçüncü yaralının başı üstünə çatanda, artıq onun keçindiyini görür. Qayıdıb ikinci yaralının yanına gəlir, amma onun da vəfat etdiyinin şahidi olur. Doğma əmisi oğlunun başı üstünə yetişəndə, artıq o da dünyasını dəyişmişdi.
Beləliklə, hər üç əsgər öz din qardaşını özündən irəli bildi və həyatı bahasına onu xilas etməyə çalışdı. Bu, İslam əxlaqı ilə tərbiyə almış ilk müsəlmanların fədakarlığının ən gözəl nümunəsidir.

Islam tarixindən hikmətli sözlər

Zalım Həccacın zamanında duaları müstəcab olan bir Allah dostu (övliya) Bağdada gəlmişdi. Həccac onu yanına çağırtdırıb dedi: «Mənim üçün xeyir-dua et». Öv¬liya əllərini səmaya qaldırıb sidq ürəkdən belə dua etdi: «İlahi, Həccacın canını al!». Həccac qəzəb-qarışıq təəccüblə soruşdu: «Mən səndən xeyir-dua istədim. Bu nə duadır edirsən?!». Övliya cavab verdi: «Bu həm səndən, həm də bütün müsəlmanlardan ötrü xeyir-duadır».

Islam tarixindən hikmətli sözlər

İmam Əsgərinin (ə) zamanında Samirra şəhərində quraqlıq düşür. Müsəlmanlar hər nə qədər namaz qılıb dua edirlərsə, yağış yağmır. Bu zaman şəhərdəki xristian rahibləri səhraya çıxıb yağış üçün dua edirlər. Rahiblərdən biri əlini səmaya qaldıran kimi, göy üzünü bulud bürüyür və yağış yağır. Bu hadisə bir neçə gün təkrar olur. Camaat rahibin möcüzəsindən çaşqınlığa düşür, hətta müsəlmanların bir hissəsi xristianlığa keçmək fikrinə gəlir.
Xəlifə Mö’təmid hadisədən xəbər tutan kimi, İmam Əsgərini (ə) çağırtdırıb, ondan kömək istəyir.
İmam məsləhət görür ki, sabah bir daha rahibləri səhraya çağırsınlar. Ertəsi gün yenə rahiblərin biri əlini səmaya qaldıran kimi yağış yağır. İmam onun əlində nə tutduğunu yoxlamağı əmr edir. Axtarış aparıb, rahibin ovcunda bir sümük parçası tapırlar. İmam buyurur: «Bu, peyğəmbərlərdən birinin sümüyüdür; onu qəbirdən götürüblər. Peyğəmbərin sümüyü göründümü, mütləq yağış yağar».
Sümüyü rahibdən alıb, yenə dua etməsini istəyirlər, lakin bu dəfə onun duasının təsiri olmur. Sümüyü ehtiramla əvəlki yerinə qaytarırlar.

Islam tarixindən hikmətli sözlər

Bir gün Həzrət Yunisin (ə) evinə qonaq gəlir. Qonaq görür ki, peyğəmbər süfrəyə yemək gətirmək üçün hər dəfə qonşu otağa keçəndən sonra qanıqara halda qayıdır. Başa düşür ki, Həzrət Yunisin (ə) qanqaralığının səbəbi o biri otaqdakı arvadının deyintisidir. Qonaq peyğəmbərdən soruşur: «Bu cür qadınla necə yola gedirsən?». Həzrət Yunis (ə) cavab verir: «Mən Allahdan istəmişdim ki, axirət əzabından məni azad etsin və bütün cəzalarımı bu dünyada versin. Allahdan vəhy gəldi ki, sənin əzabın filan qadınla evlənməkdədir. Mən də həmin qadınla evləndim. İndi axirətimin xatirinə onun bütün hərəkətlərinə səbr edib dözürəm».

Islam tarixindən hikmətli sözlər


Geri dön

H.o.S.t _ FaNaTka

  • 13 oktyabr 2011 17:25
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
allah razı olsun

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

:..GIZEMLI..:

  • 13 oktyabr 2011 14:17
  • Məqalə: 28
  • Şərh: 3335
  • Bal:
{awards}
Tewekkurler

FLY TIME

  • 13 oktyabr 2011 13:32
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
maraqli idi.xebere gore twk

... Deryam ...

  • 13 oktyabr 2011 11:56
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Sonuncu daha maraqlı və ibrətamiz yazıydı ....

--------------------

aga482

  • 13 oktyabr 2011 10:12
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

111_Shawmn Michaelais_111

  • 13 oktyabr 2011 09:51
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
Zalım Həccacın zamanında duaları müstəcab olan bir Allah dostu (övliya) Bağdada gəlmişdi. Həccac onu yanına çağırtdırıb dedi: «Mənim üçün xeyir-dua et». Öv¬liya əllərini səmaya qaldırıb sidq ürəkdən belə dua etdi: «İlahi, Həccacın canını al!». Həccac qəzəb-qarışıq təəccüblə soruşdu: «Mən səndən xeyir-dua istədim. Bu nə duadır edirsən?!». Övliya cavab verdi: «Bu həm səndən, həm də bütün müsəlmanlardan ötrü xeyir-duadır».

Allah razı olsun

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 55
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}