Paxıllıq bəyənilmir

 
Paxıllıq bəyənilmir

Bağdad şəhərində sərvətli bir adam yaşayırdı.
Onun qonşusu çox paxıl idi. Öz sərvətli qonşusuna zərər vurmaq üçün nə qədər çalışsa da, təsiri olmurdu.
Axırda çıxış yolunu tapdı, özünə bir qul aldı. Bir ildən sonra qulu yanına çağırıb dedi:
«Bu gecə sənə vacib bir iş tapşıracağam. Gərək mütləq yerinə yetirəsən».

Paxıllıq bəyənilmir

Gecəyarı paxıl öz qulunu da götürüb, sərvətli qonşunun
evinin damına çıxdı. Orada üzünü qula tutub dedi: «Sən gərək məni öldürüb,
meyitimi burada qoyasan. Səhər mənim meyitimi tapanda, qonşunu təqsirli bilib cəzalandıracaqlar.
Mən yalnız bu yolla qonşumun gününü qara edə bilərəm».
Qul nə qədər and-aman edib, ağasını bu cəfəng fikirdən daşındırmaq
istəsə də, mümkün olmadı. Axırda onun əmrini yerinə yetirdi;
ağasını orada qətlə yetirib evə qayıtdı.

Paxıllıq bəyənilmir

Səhər cəsədi sərvətli adamın evinin damında tapdılar
və onu həbs etdilər. Qulu da şahid sifətilə məhkəməyə gətirdilər.
Qulun vicdanı dilə gəldi, günahsız qonşunu nahaq ölümdən xilas etmək
üçün əhvalatı olduğu kimi açıb danışdı. Xəlifə qulun günahından keçdi.
Hamı paxıl qonşuda olan həsədin dərəcəsinə heyran qaldı.

Paxıllıq bəyənilmir


Geri dön

nazo

  • 13 oktyabr 2011 14:17
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
SAĞLAM REQABETİ PAXILLIQLA SEF SALMAQ OLMAZ

111_Shawmn Michaelais_111

  • 13 oktyabr 2011 09:54
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
Gecəyarı paxıl öz qulunu da götürüb, sərvətli qonşunun
evinin damına çıxdı. Orada üzünü qula tutub dedi: «Sən gərək məni öldürüb,
meyitimi burada qoyasan. Səhər mənim meyitimi tapanda, qonşunu təqsirli bilib cəzalandıracaqlar.
Mən yalnız bu yolla qonşumun gününü qara edə bilərəm».
Qul nə qədər and-aman edib, ağasını bu cəfəng fikirdən daşındırmaq
istəsə də, mümkün olmadı. Axırda onun əmrini yerinə yetirdi;
ağasını orada qətlə yetirib evə qayıtdı.

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}