Dünyaya güləcəyəm!

 
Dünyaya güləcəyəm!

Dünyaya güləcəyəm!
Hər şeydən qabaq özümə güləcəyəm. Çünki özünü çox ciddiyə alan insan qədər gülünc bir şey yoxdur. Heç vaxt ruhumun tələsinə düşməyəcəyəm. Təbiətin ən böyük möcüzəsi olsam da yenə də sadəcə zaman küləklərinin axınını düşən bir qum dənəsi deyiləmmi? Həqiqətən də, haradan gəlib, hara getdiyimi bilirəm? Bu günümlə bağlı narahatçılıqlarım 10 il sonra mənasız gəlməyəcək? Gündəlik lazımsız hadisələrin məni alt – üst etməsinə niyə icazə verməliyəm?

Dünyaya güləcəyəm!

Dünyaya güləcəyəm!
Gözlərimdən yaşlar axıdacaq qədər, ya da lənətlər yağıdacaq qədər məni əsəbləşdirən insanlar və hadisələr qarşısında necə gülə bilərəm? Nə vaxt kefim pozulsa, dərhal ağlıma gələcək qədər o sehrli kəlməni təkrarlayacağam: “Bu da keçəcək...”

Dünyaya güləcəyəm!

Dünyaya güləcəyəm!
Çünki dünyəvi olan hər şey gəldi – gedərdi. Ürəyim sıxılanda bunun da keçəcəyini düşünərək, təsəlli tapacağam. Uğur qazananda da, yoxsulluqdan boğulanda da özümə bunun müvəqqəti olduğunu söyləyəcəyəm. Var – dövlət qazandığm zaman da özümə bunun müvəqqəti olduğunu deməliyəm. Bəli, hardadı piramidaları tikdirənlər? Piramidaların daşları altına basırılmayıblarmiı? Və bir gün piramidalar da torpaq altında qalmaycaqmı? Əgər hər şey müvəqqətidirsə, niyə bu gün üçün narahat olmalıyam ki?

Dünyaya güləcəyəm!

Dünyaya güləcəyəm!
Bu günümü gülüşlərlə bəzəyəcəyəm. Bu gecəni mahnılarla çərçivələyəcəyəm. Xoşbəxt olmaq üçün heç vaxt çapalamayacağam, bunun yerinə kədərli olmayacaq qədər məşğul olacağam. Bu günün xoşbəxtliyinin ləzzətini bu gün yaşayacağam. Çünki o, qutu içərisində saxlana biləcək bir toxum deyil. Sabah üçün yığıla bilməz. Toxum eyni gün əkilməli, məhsul eyni gün biçilməlidir. Bundan sonra mən də belə edəcəyəm.

Dünyaya güləcəyəm!

Dünyaya güləcəyəm!
Və gülüşlərimlə hər şeyi olduğu kimi qəbul etməyi öyrənəcəyəm. Uğursuzluqlarıma güləcəyəm ki, xəyallarımın dumanında gözdən itsinlər. Uğurlarıma güləcəyəm ki, həqiqətə çevrilsinlər. Pisliklərə güləcəyəm ki, mən onları yaşamadan yox olsunlar. Yaxşılıqlara güləcəyəm ki, böyüyüb çoxalsınlar

Dünyaya güləcəyəm!

Dünyaya güləcəyəm!
Bundan sonra gözyaşlarım sadəcə sevincdən axacaq. Əməyimin meyvələrini sadəcə, gülərək toplayacağam və xoşbəxtlikdən ləzzət alacağam. Xoşbəxtlik həyat yeməyinə dad verən duz – istiotdu. Uğurlarımdan zövq almaq üçün xoşbəxtliyə sahib olmalıyam və gülüşlərim xoşbəxtliyi əldə etməkdə mənə vasitə olacaqdır.

Dünyaya güləcəyəm!

Dünyaya güləcəyəm!
Xoşbəxt olacağam!
Uğurlu olacağam. . .


Geri dön

fiona_138

  • 14 oktyabr 2011 09:37
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
dunyaya guleceyem ki ,dunyada mene gulushunu gostersin! Yazi menide ruhlandirdi!

RADUQA

  • 14 oktyabr 2011 00:38
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

..:MeleK kiz:..

  • 13 oktyabr 2011 19:47
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Dünyaya güləcəyəm!
Xoşbəxt olacağam!
Uğurlu olacağam. . .

... Deryam ...

  • 13 oktyabr 2011 19:34
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
KAŞ Kİ HƏR ZAMAN MÜMÜKÜN OLAYDI DÜNYAYA GÜLMƏK ..........
GÖZƏL YAZIYDI TŞKLƏR ......

--------------------

OLSEM_YASAMA

  • 13 oktyabr 2011 19:04
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
{awards}
tewekkurller

MiLeyla

  • 13 oktyabr 2011 18:56
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
lap bir wille kimi ayildici sozerdi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

letiw

  • 13 oktyabr 2011 18:46
  • Məqalə: 11
  • Şərh: 135
  • Bal:
{awards}
Dünyaya güləcəyəm!
Xoşbəxt olacağam!
Uğurlu olacağam. . .
CCOXXX OPTIMIST RUHDA BIR YAZI IDI, MUELLIFIN ELINE VE UREYINE SAGLIQ

Narka E-ZaDe

  • 13 oktyabr 2011 18:42
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Dünyaya güləcəyəm!
Xoşbəxt olacağam!
Uğurlu olacağam. . .


super bacimm ellerine sagliqqqqq

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

sevgi yalandir

  • 13 oktyabr 2011 18:39
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEKI HAMI XOSBEXT OLSUN MENDE ICINDE))

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Aysel_

  • 13 oktyabr 2011 18:36
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler

Musique Sage

  • 13 oktyabr 2011 18:18
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Dünyaya güləcəyəm!
Xoşbəxt olacağam!
Uğurlu olacağam. . .
winked

H.o.S.t _ FaNaTka

  • 13 oktyabr 2011 18:15
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

R.M_FaNaTka

  • 13 oktyabr 2011 18:13
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ayda ne gozel xeberdi redaktenin gozeliyine bax bebiwim super ellerine saglik

--------------------

Iriska

  • 13 oktyabr 2011 18:02
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Gözlərimdən yaşlar axıdacaq qədər, ya da lənətlər yağıdacaq qədər məni əsəbləşdirən insanlar və hadisələr qarşısında necə gülə bilərəm? Nə vaxt kefim pozulsa, dərhal ağlıma gələcək qədər o sehrli kəlməni təkrarlayacağam: “Bu da keçəcək...”

Cox sagol baci bu yazin mene bir qeder teselli oldu...!

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Ulya

  • 13 oktyabr 2011 17:57
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}

Dünyaya güləcəyəm!
Xoşbəxt olacağam!
Uğurlu olacağam. . .

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 61
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}