Hədislərlə namazın fəziləti

 
Hədislərlə namazın fəziləti

Namaz möminin miracı, dinin dirəyidir. İslamın ikinci əsas şərtidir (birincisi Kəlimeyi-Şəhadətdir). Allah qullarına Quranda dəfələrlə namazı əmr edir. Bəs hədislərdə namazın fəziləti necə izzah olunur?

1. Sad İbnu Əbi Vakkas (radıyallahu ənh) rəvayət edir: "İki qardaş vardı. Bunlardan biri o biri qardaşından qırx gün əvvəl vəfat etdi. Rəsulullah (əleyhissalatu vesselam)ın yanında bunlardan birincinin fəzilətləri zikr edildi. Bunun üzərinə Əfəndimiz (əleyhissalatu vəssalam):
"Digəri müsəlman deyildimi?" deyə soruşdu.
"Bəli, müsəlmandı və pis də deyildi!" dedilər. Əleyhissalatu vəssalam:
"Öldükdən sonra, namazının ona nə qazandırdığını bilirsinizmi? Namazın misalı, sizdən birinin qapısının qarşısında axan və hər gün içinə beş dəfə girib yuyunduğu suyu bol və dadlı bir çay kimidir. Bu (çayın) onun üzərində çirk buraxdığını görə bilməzsiniz. Elə isə, siz ona namazının nələr qazandırdığını da bilə bilməzsiniz."

2. Əbu Ümamə (radıyallahu ənh) rəvayət edir: "Rəsulullah (əleyhissalatu vəssalam) ilə birgə məsciddə idik. O əsnada bir adam gəldi və:
"Ey Allahın Elçisi, mən bir hədd işlədim (elə bir əməl ki, ona islam hüququna görə cəza tətbiq olunmalıdır), mənə cəzasını ver!" dedi. Rəsulullah adama cavab vermədi. Adam tələbini təkrar etdi. Əleyhissalatu vəssalam yenə sükut buyurdu. Deyərkən (namaz vaxtı girdi və) namaz qılındı. Rəsulullah (əleyhissalatu vəssalam) namazdan çıxınca adam yenə arxasına düşdü, mən də adamı izlədim. Ona nə cavab verəcəyini eşitmək istəyirdim. Əfəndimiz adama:
"Evindən çıxınca dəstəmaz almış, dəstəmazını da gözəl etmişmiydin?" buyurdu. O:
"Bəli ey Allahın Elçisi!" dedi. Əfəndimiz:
"Sonra da bizimlə namaz qıldın mı?" deyə soruşdu. Adam:
"Bəli ey Allahın Elçisi!" dəyincə, Əfəndimiz:
"Elə isə Allah Təala həzrətləri həddini -və ya günahını demişdi- bağışladı" buyurdu."

3. Ukbe İbnu Əmir (radıyallahu ənh) rəvayət edir: "Rəsulullah (əleyhissalatu vesselam)ın belə söylədiyini eşitdim: "Rəbbin, qoyun güdən bir çobanın, bir dağın zirvəsinə çıxıb namaz üçün azan oxuyub sonra da namaz qılmasından xoşlanar və Allah Təala həzrətləri belə deyər:
"Mənim bu quluma baxın! Azan oxuyur, namaz qılır, yəni məndən qorxur. Qulumu bağışladım və onu cənnətimə daxil etdim."

4. İmam Malik (radıyallahu anh)a çatdığına görə, Rəsulullah (əleyhissalatu vəssalam) belə buyurmuşdur:
"İstiqamət üzrə olun. (Bunun savabını) siz saya bilməzsiniz. Bunu bilin ki, ən xeyirli əməliniz namazdır. (Zahiri və batini təmizliyi qoruyaraq) dəstəmazlı olmağa ancaq mömin riayət edər."

5. Hz. Huzeyfe (radıyallahu ənh) rəvayət edir: "Rəsulullah (əleyhissalatu vesselam)ı hər hansı bir şey üzəcək olsa namaz qılardı."

6. Abdullah İbnu Selman, Rəsulullah (əleyhissalatu vesselam)ın səhabələrinin birindən nəql edir: "Hayberin fəth edildiyi gün bir adam Hz. Peyğəmbərə gələrək:
"Ey Allahın Elçisi, bu gün mən elə bir qazanc əldə etdim ki belə bir qazancı bu vadi əhalisindən heç biri etməmişdir" dedi. Əfəndimiz:
"Bax hələ! Nələr qazandın?" deyə soruşdu. Adam:
"Mən alıb-satmağa ara vermədən davam etdim. Belə ki üç yüz okiyye qazanc əldə etdim dedi. Əleyhissalatu vəssalam əfəndimiz:
"Sənə qazancların ən xeyirlisini xəbər verim mi?" deyə soruşdu. Adam:
"O nədir, ey Allahın Elçisi?" dedi. Əfəndimiz açıqladı:
"(Fərz) namazdan sonra, qılacağın iki rükətdir."

7. Madan İbnu Əbi Talha əl-Ya'meri (radıyallahu ənh) rəvayət edir: "Rəsulullah (əleyhissalatu vesselam)ın azadlısı Sevban (radıyallahu anh)a rast gəldim. Ona:
"Mənə bir əməl söylə də onu edim. Allah da onun sayəsində məni cənnətinə qoysun" dedim. -Və ya belə demişdi: "Dedim ki: "..Allah nezdində ən xeyirli əməli mənə bildir."- Sevban sükut etdi. Sonra mən təkrar eyni şeyi soruşdum. O yenə sükut etdi. Mən üçüncü səfər soruşdum. Sonunda dedi ki:
"Eyni şeyləri mən də Rəsulullah (əleyhissalatu vesselam)dan soruşmuşdum. Mənə bu cavabı vermişdi:
"Çox səcdə etməyin lazımdır. Çünki sən səcdə etdikcə, hər səcdən səbəbiylə Allah dərəcəni artırar, onun səbəbiylə günahını tökər." Madan deyir ki: "Sonra Ebu'd-Derda'ya gəldim. Eyni şeyi ona da soruşdum. O da Sevbanın mənə söylədiyinin eynisini söylədi."

8. Hz. Enes (radıyallahu ənh) rəvayət edir: "Bir adam, Rəsulullah (əleyhissalatu vesselam)a: "Allah, qullarına neçə vaxt namazı fərz etdi?" deyə soruşdu. Əleyhissalatu vəssalam:
"Allah, qullarına beş vaxt namazı fərz etdi" deyə cavab verdi. Adam təkrar soruşdu:
"Bunlardan əvvəl və ya sonra başqa bir şey varmı?"
"Allah qullarına beş vaxtı fərz etdi."
Bu cavab üzərinə adam, bunların üzərinə heç bir əlavə etməyəcəyinə, onlardan hər hansı birini əksiltməyəcəyinə dair and içdi. Rəsulullah (əleyhissalatu vəssalam):
"Bu adam sözündə dursa mütləq cənnətə girəcək!" buyurdu."


Geri dön

Elnen

  • 13 oktyabr 2011 16:12
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
Tewekkuler...

Delya_91

  • 13 oktyabr 2011 14:55
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 45

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}