İndi isə hamını bircə baxışından tanıyıram

 
İndi isə hamını bircə baxışından tanıyıram

Üz-üzə gəldik bu gün. Heç dəyişməmisən. Bircə damcı da...
Sən də gördün məni. Gördüyünə əminəm. Özünü görməmiş kimi göstərmək istədin. Alınmadı... Gözlərindən anladım. Bir vaxtlar tanımırdım o gözləri,saxta dostum... İndi isə hamını bircə baxışından tanıyıram... Bir vaxtlar hər dediyinə inanardım,saxta dostum... İndi isə heç bir sözə inanmıram,hər şeyə,hamıya şübhə ilə yanaşıram... Bir vaxtlar səni özümə doğma sanardım... İndi isə yadlardan da yad olmusan mənə... Bir vaxtlar sənsiz özümü təsəvvür edə bilməzdim,yəni bu dərəcədə yaxın idin mənə... İndi isə səni yanımda təsəvvür edə bilmirəm...

İndi isə hamını bircə baxışından tanıyıram

Mənə bilirsənmi nədir maraqlı olan? Niyə başını aşağı saldın? Niyə gizlənmək istədin ki? Yoxsa səni görəcəyimdən utandın?! Yox... Təbii ki,yox... Sən və utanmaq?! Yox! Bu xüsusiyyət sənə xas deyil. Bəlkə mübahisə edəcəyimizdən çəkindin? Yox! Bu da ola bilməz. Axı mən "sən mənimcün yoxsan! Hec olmamısan!"demişdim. Səninlə kəlmə kəsməyəcəyimə söz vermişdim.
Bunu xatırlamaya bilməzsən. Xasiyyətimə bələdsən, mən söz verdimsə onu heç vaxt pozmaram. Demək ki, bu da deyil... Bəs niyə?.. Vicdanınmı sızladi yoxsa? İnanmıram... Olmayan bir şey necə sızlayar ki?!..

İndi isə hamını bircə baxışından tanıyıram

Bilirsənmi,əslində mənim Mən olmağımda sənə böyük bir təşəkkur payı düşür. Həqiqi sözümdü,iztehza deyil. Mənə insanları tanımağı öyrətdin. Səmimi gülüşlərin maskalanmış insanların ən çox istifadə etdiyi silah olduğunu başa saldın. Sayəndə hazırda dost deyə biləcəyim biri yoxdu. " Dost yoxdur"-bu mənim prinsiplərimdən birinə çevrilib artıq. Hə... Dost yoxdu mənim üçün. Mənim üçün sadəcə "yoldaş" anlayışı mövcuddu. O da yalnız layiqli olduğunu sübut edənlərlə. Bu qədər... Amma sanma ki,bu, pis təsir edir mənə. Yox! Əsla! Öz halımdan razıyam...

İndi isə hamını bircə baxışından tanıyıram

Eşitmişəm məni soruşursan tez-tez... Budur,qarşındayam. Zahirən dəyişməmişəm,daxili dünyamdı dəyişən. Onu isə sən görə bilməzsən artıq. Çünki bir səhvi bir dəfə eləyirəm mən,bilirsən. İstəyirsən kin de buna, ya qürur de... Özün bil. Mən beləyəm. Hər şeyin həqiqisini istəyirəm. Düzgünlük istəyirəm həmişə. Eləcə də həqiqi dost arzulayırdım və sanırdım ki, ürəyimin bu adlı fəxri kürsüsündə eyləşməyə layiq olan insan sənsən... Eh... Nə yaxşı ki,uymadım sənin süni təbiiliyinə... Nə yaxşı ki, tez ayıldım... Mən silmək istədiklərimi bir anda silirəm həyatımdan. İçim yansa da... Silirəm... Sənə son 3cümləm,saxta dostum... Çox sagol!.. Yaxşı yol!.. Xoşbəxt ol!..


Geri dön

Aysel_

  • 13 oktyabr 2011 17:46
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
Tesekkurler

H.o.S.t _ FaNaTka

  • 13 oktyabr 2011 16:33
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
kim ki mənə arxadan zərbə vurur o saat da həyatımdan silirəm onu

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Мой Мир

  • 13 oktyabr 2011 16:09
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
men bunu dostuma yox sevgilime armagan edirem yeni evvelikine ama ona yolun aciq olsun demirem angry

--------------------
∞♥

... Deryam ...

  • 13 oktyabr 2011 16:07
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Maskalanmış insanlar ... bəzən çox gec olur elə insanları tanımaq no

--------------------

Мой Мир

  • 13 oktyabr 2011 16:06
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
siz menim istediyim lap movzular qoyursuze saqolun vallah yene duyqulandim cunki men de beleyem recourse

--------------------
∞♥

sevgi yalandir

  • 13 oktyabr 2011 15:39
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
indi ise men hamini tanit=yiram((

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Delya_91

  • 13 oktyabr 2011 14:52
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Eşitmişəm məni soruşursan tez-tez... Budur,qarşındayam. Zahirən dəyişməmişəm,daxili dünyamdı dəyişən. Onu isə sən görə bilməzsən artıq. Çünki bir səhvi bir dəfə eləyirəm mən,bilirsən. İstəyirsən kin de buna, ya qürur de... Özün bil. Mən beləyəm. Hər şeyin həqiqisini istəyirəm. Düzgünlük istəyirəm həmişə. Eləcə də həqiqi dost arzulayırdım və sanırdım ki, ürəyimin bu adlı fəxri kürsüsündə eyləşməyə layiq olan insan sənsən... Eh... Nə yaxşı ki,uymadım sənin süni təbiiliyinə... Nə yaxşı ki, tez ayıldım... Mən silmək istədiklərimi bir anda silirəm həyatımdan. İçim yansa da... Silirəm... Sənə son 3cümləm,saxta dostum... Çox sagol!.. Yaxşı yol!.. Xoşbəxt ol!..

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Sirli Melek

  • 13 oktyabr 2011 14:49
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Mən silmək istədiklərimi bir anda silirəm həyatımdan. winked

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 66
Cəmi: 81

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}