Gözlərəm

 
Gözlərəm

Yoxluğunun ilk günü... Niyə bu qədər qəmlidir ki içim ? Mən ilk dəfə ayrı qalmıram ki səndən. Amma artıq aramızda elə bir bağ meydana gəldi ki qopub gedə bilmirəm səndən. Bu şəhəri geridə buraxarkən həmişə bir hüzn, həmişə bir həsrət, həmişə bir qəmginlik... Halbuki mən nə istəyərdim bilirsənmi ? Geridə buraxdığım şəhərləri səninlə geridə buraxa bilmək, həmişə sənin yanında ola bilmək, səni sənsiz yaşamaq yerinə, səni səninlə birlikdə yaşaya bilmək.

Sənsiz keçirdiyim o beş ay içində sən nə qədər bilməsəndə mənimlə idin, ürəyimin bir küncündə deyil, ürəyimin tam orta yerində idin və ürəyimin baş tacı idin. Ya ağlayaraq çıxartdım səni içimdən, ya da atdığım ən böyük o qəmli,dadı olmayan qəhqəhəmlə...

Gözlərəm

İçimdə daşıdığım o kiçik ümid qırıntısı, necə yedi bitirdi məni bilə bilməzsən.Dözə bilmədiyim zamanlarda oldu. Amma yaşayıramsa və hələ davam edirəmsə qaldığım yəni buraxdığın yerdən yenə o ümid qırıntısı sayəsində idi. Bir o qədər də minnətdardım mən ona. İndi baxıram gəldiyimiz nöqtəyə, həyat yenə sınayır bizi. Bir-birimizdən ayrı, daha nə qədər davam edəcəyik bir-birimizi sevməyə deyə. Bəlkə də bir tərəfdən dərslər verir bizə, biz fərqində olmadan. Sənin mənsiz olaraq, mənim sənsiz olaraq keçirəcəyimiz 132 gecə var önümüzdə. Təmbəllik etməyib saydım indi tək-tək...

Çətin olan səni gözləmək deyil sevgilim, çətin olan sənin üçün darıxmaq, səni darıxa darıxa gözləmək. Nə etdiyini, harada olduğunu, nə halda olduğunu, hələ çayı üç şəkərli içib içmədiyini bilmədən, yəni səni səndən xəbərsiz halda gözləmək. Çətin olan budur sevgilim bu.
İndi yaşanacaq bir də bahar var sənsiz. Ah onu heç soruşma. Hər şey bu qədər eşq və sevgi iyi verərkən, sənsiz olmaq çox çətin olacaq sevgilim.Yadındami son görüşməmizdə sənə doyana qədər sarılacağam demişdim. Sarılmışdım da.Nə qədər axmaqmışam onun mənə çatacağını sanarkən çatmayacaqmış sevgilim sənə doya bilməyəcəkmişəm mən.


Gözlərəm

Sənə hər vaxt sarılmaq istəyəcəkmişəm halbuki elə içdən, elə eşqlə...
Sən indi özünə çox yaxşı bax yoxluğumda. Yoxluğum ağrıtmazsa da gəlmə əsla. Bilərsən eləsi məni daha çox ağrıdar sevgilim. Özünə çox yaxşı bax sevgilim mən yenə tərk edirəm şəhərimizi. Vidalaşdığımız kimi qalsın hər şey, hər şey o qədər saf, hər şey o qədər gerçək, hər şey o qədər içdən və hər şey o qədər eşq dolu qalsın. Səni sevirəm sevgilim. Və son birkəs daha söyləyirəm özünə çox amma çox yaxşı bax olarmı ?
Dualarim həmişə səninlə


Geri dön

R.M_FaNaTka

  • 13 oktyabr 2011 19:19
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
фея
canim ellerin sagilk

--------------------

Aysel_

  • 13 oktyabr 2011 17:42
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Sensiz kecirdiyim o bes ay icinde sen ne qeder bilmesende menimle idin, ureyimin bir kuncunde deyil, ureyimin tam orta yerinde idin ve ureyimin bas taci idin. Ya aqlayaraq cixardim seni icimden, ya da atdiqim o boyuk o qemli, dadi olmayan qehqehemle.

H.o.S.t _ FaNaTka

  • 13 oktyabr 2011 16:21
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
gedən gedər
gidene dur diyemem

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

sevgi yalandir

  • 13 oktyabr 2011 15:40
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Gözlərəm recourse

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Musique Sage

  • 13 oktyabr 2011 14:53
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
giden gitmisdir gitdiyi gun bitmisdir bu qeder

Delya_91

  • 13 oktyabr 2011 14:51
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}

Çətin olan səni gözləmək deyil sevgilim, çətin olan sənin üçün darıxmaq, səni darıxa darıxa gözləmək. Nə etdiyini, harada olduğunu, nə halda olduğunu, hələ çayı üç şəkərli içib içmədiyini bilmədən, yəni səni səndən xəbərsiz halda gözləmək. Çətin olan budur sevgilim bu.


Her sey bitti,mende bittim

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Sirli Melek

  • 13 oktyabr 2011 14:47
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
HMMMM MARAQLIDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 30
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}