Yenə səndən yazdım

 
Yenə səndən yazdım

Yenə axşam düşdü. Yuxum gəlir. Yatmağa hazırlaşıram. Bu gün səni yuxuma dəvət edirəm. Gəl yuxuma. Yuxumun gəldiyi kimi gəl. Çox vaxt dəvətsiz gəlirsən. Dəvətsiz gəlişin daha maraqlı olur. Gözləmədiyin bir şeyin birdən olması kimi. Bu gün istəyirəm yuxuda Bakını gəzək səninlə. Tək ikimiz, başqa heç kim olmasın. Özüdə axşam gəzək. Qaranlığın işığa hakim olduğu axşamda. Çoxdandır arzusunda olduğumuz axşam gəzintisini edək. Səhərə kimi gəzək, özüdə ki, əl-ələ. Sənin evə gecikib danlanmaq narahatçılığın olmasın. Doyunca gəzək. Dənizin qırağına gedib, iri bir daşın üstündə oturub, dalğaların səsinə qulaq asaq. Əllərindən bərk-bərk yapışım. Sən isə başını çiynimə qoy.

Yenə səndən yazdım

Səmada bir az bulud, seyrək dağılmış ulduzlar və birdə ortadan bölünmüş ay olsun. Bu cür aya baxanda sən gəlirsən ağlıma. Həmin vaxt sən həm ağlımda həmdə yanımda olması üçün, səmada ortadan bölünmüş ayın olmasını istəyirəm. Bu gözəllikləri seyr edək, doyunca seyr edək. Lap səhərə kimi. Mən həm sənin həmdə səmanın gözəlliyini seyr edim. Ətraf sakitçilik olsun heç kim olmasın. Çünki, insan kütləsi arasında gəzməyi çox xoşlamıram. Özün bunu yaxşı bilirsən. Sakitçilik daha yaxşıdır, səni daha yaxşı eşitmək üçün. Saat anlayışı olmasın, unudaq saatı. Vaxt bizə yox biz vaxta hakim olaq. Sonra boş bir parka gedək. Narın yağış başlasın. Parkdakı fanarlardan düşən işıqda rəqs eyləsin xırda yağış damlaları. İslanmaq qorxumuz olmasın. Xəstlənmək qorxumuz heç olmasın. Əl-ələ gəzək narın yağışın altında. Elə bir rahatlıq gəlsin ki, gəzməkdən də yorulmayaq.
İçərişəhərin ara küçələrinin hamısını bir-bir gəzək. Qala divarlarındakı hansısa bir daşın üzərinə sevgimizi həkk edək. Yazının altında da ayın tarixini yazaq və söz verək ki, hər dəfə bura gələndə bu yazıya baxacağıq.

Yenə səndən yazdım

Saçlarını oxşuyum, gözlərinə baxım doyunca, sən isə həmişəki kimi utanıb gizlət gözlərini. Mən də əsəbləşim sənin belə eləməyinə. Gülümsə. Gözlərində xoşbəxtlik görünsün. Dərtlər yoxa çıxsın, qeybə çəkilsin. Telefonda mahnımıza qulaq asaq. Küləkdən gözünün üstünə tökülmüş saçlarını əlimlə qirağa çəkim, üzün daha yaxşı görünsün.

Bax yenə yazdım səndən özüdə yenə gecə olanda. Nə bilim bəlkə də darıxmaq ilə əlaqədardır və gecə daha çox darıxır insan. Fikir versən görərsən ki, bu yazımda orfoqrafiya normalarından kənara çıxmamışam. Bilirsən niyə? Çünki, səndən yazanda özümü tanınmış yazıçı kimi hiss edirəm və elə bilirəm ki, hansısa bestsellerimin ən maraqlı yerini yazıb çapa göndərirəm. Səndən yazmaq bu qədər zövq verir mənə.
Səni Sevirəm...


Geri dön

MiLeyla

  • 13 oktyabr 2011 21:00
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
xeberi cox beyendim,ama sevgi yoxdu

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Melek Kiz

  • 13 oktyabr 2011 19:51
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
Səni Sevirəm...

R.M_FaNaTka

  • 13 oktyabr 2011 19:10
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
hmm maraqli sevgi xeberi idi thank you

--------------------

sevgi yalandir

  • 13 oktyabr 2011 18:42
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
OZUMDE BILMEDEN ELIMDE QELEM QELEM YENE SENDEN YAZDIM..

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

FLY TİME

  • 13 oktyabr 2011 18:37
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
maraqli xebere gore twk

H.o.S.t _ FaNaTka

  • 13 oktyabr 2011 18:35
  • Məqalə: 11
  • Şərh: 1333
  • Bal:
{awards}
təşəkkür edirəm mənalı yazıdır

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

RADUQA

  • 13 oktyabr 2011 18:05
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
TEWEKKUR EDIREM...MENALI YAZIDIR....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 43

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}