İmam Əli (ə)-in Qırx Səhabəsi (16-20)

 
 İmam Əli (ə)-in Qırx Səhabəsi (16-20)

 İmam Əli (ə)-in Qırx Səhabəsi (16-20)

Bismillahir-rehmanir-rehim

İmam Əli (ə)-in Qırx Səhabəsi (16-20)


16-Əbu Səhər ibni Əbrəqə:
O, imam Əli (ə)-ın səhabələrindən idi, Siffeyn müharibəsində Şam əhalisindən olan bir qrupla birlikdə
Müaviyənin ordusundan ayrılmış və imam Əli (ə)-ın ordusuna qoşulmuşdur.

 İmam Əli (ə)-in Qırx Səhabəsi (16-20)

17-Əmr ibni Əl-həməq Xüzai:
O, imam Əli (ə)-ın səhabələrindən biridir, pak bir insan olmuş və o həzrətin hüzurunda İslam elmlərinə yiyələnərək yüksək məqamlara nail olmuşdu.
Əmr Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində döyüşmüşdür. İmam Əli (ə) şəhadətə çatdıqdan sonra Hücr ibni Ədiyə kömək edir və Bəni Üməyyənin imam Əli (ə) haqqında nalayiq sözlər deməsinə mane olurdu.
Buna görə də İbni Ziyad Əmri tutmaq əmrini verdi. Əmr Mosula qaçıb bir mağarada gizləndi. Həmin mağarada onu bir ilan sancdı və o, dünyasını dəyişdi.
Əmri təqib edənlər, onun cəsədini tapıb, başını bədənindən ayırıb İbni Ziyadın yanına gətirdilər. O da Əmrin başını Müaviyəyə göndərdi. Müaviyə isə kəsik başı nizəyə keçirtdi.
Bu işi İslam tarixində ilk dəfə Müaviyə görmüşdü.

 İmam Əli (ə)-in Qırx Səhabəsi (16-20)

18-Əbu Ümrə:
O, imam Əli (ə)-ın xüsusi səhabələrindəndir.
Həzrət onun qulağına “İsmi-əzəmi” (Allahın ən böyük adlarını) oxumuş və bunun sayəsində Quran hafizi olmuşdur.
O deyir: “Mənim gözəl səsim var idi, ona görə də şer oxuyurdum. İmam Əli (ə) mənə buyurdu: “Nə üçün Quran oxumursan?!” Dedim: Quran oxuya bilmirəm. Həzrət buyurdu: “İrəli gəl.” Mən o həzrətin yanına getdim, qulağıma bir söz dedi, lakin onun nə dediyini başa düşmədim, sonra ağzının mübarək suyunu mənim ağzıma atdı.
Bundan sonra Quranı əzbərlədim.” İmam Baqir (ə) bu barədə buyurmuşdur: “Əli (ə) Əbu Ümrənin qulağına Allahın ən böyük adını oxudu.”

 İmam Əli (ə)-in Qırx Səhabəsi (16-20)

19-Əbu Qütadə Ənsari:
Onun əsl adı Haris ibni Rəbidir. Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi və mahir süvari olmuşdur. Buna görə də onu “Peyğəmbər (s)-in farisi” (at sürəni) adlandırırdılar.
O, Ühüd və ondan sonrakı müharibələrdə iştirak etmiş və Peyğəmbər (s)-dən sonra Xalidin ordusunda olmuşdur. Lakin Xalidin çirkin və yaramaz əməllərindən xəbərdar olduqda, ondan ayrılıb, Mədinəyə qayıtdı və and içdi ki, heç vaxt Xalidin bayrağı altında olmayacaq.
İmam Əli (ə)-ın dövründə öz şücaətini göstərmiş, o həzrətin bütün müharibələrində iştirak etmiş, nəhayət Kufədə dünyadan getmişdir.
Vəfat edəndə ona imam Əli (ə) namaz qıldı.

 İmam Əli (ə)-in Qırx Səhabəsi (16-20)

20-Şəhid Ümeyy ibni Qeys:
O, imam Əli (ə)-ın səhabəsi olmuş və Siffeyn müharibəsində şəhadətə çatmışdı.
Onun etimadlı şəxs olmasını sünnülər də qəbul etmişlər. Bir gün qardaşı Əlqəmə onu yuxuda görüb axirət aləmi barədə soruşdu.
O, cavabında dedi: “Biz müxaliflərimizlə bir yerə toplaşıb mübahisə etdik və güclü dəlillərlə müxaliflərə qalib olduq.”

 İmam Əli (ə)-in Qırx Səhabəsi (16-20)


Geri dön

hulk91

  • 13 oktyabr 2011 17:22
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
cox maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}