Bir gün alacaqlar səni əlimdən

 
Bir gün alacaqlar səni əlimdən

Bir gün alacaqlar səni əlimdən,

Yenə qiyamətim dönəcək geri

Ayrılığın bəd olacaq ölümdən

Bir gün yad öpəcək o gül əlləri

Bir gün alacaqlar səni əlimdən

Uçub gedəcəksən, dönüb bir quça

Bükəcək belimi yenə dərd-qübar.

Aci xəyalinla verib baş-başa

Həsrətindən qovrulacam o ki var.

Bir gün alacaqlar səni əlimdən

Həmdəmim olacaq xəyallar yenə

Xəyaldan bağında güllər əkəcəm

Hər gecə xəfifcə xəyal telinə

Daraq barmağımla sığal çəkəcəm

Bir gün alacaqlar səni əlimdən

Yuxularım qarışacaq hər gecə

Özgə qollarında görəcəm səni

Gözlərimə buludları doldurub

Sellərə-sulara verəcəm səni

Bir gün alacaqlar səni əlimdən

Sönən ocağına sığınıb hər gün

Bürünəcəm ərşə çıxan tüstünə

Hər gün gözlərimdə uyudub səni,

Kipriyimi sərəcəyəm üstünə

Bir gün alacaqlar səni əlimdən

Bir gün alacaqlar səni əlimdən,

Ocağım sönəcək, odum sönəcək.

Bir gün dönəcəyəm ölüb-ölümdən,

Cəhənnəm ruhuma geri dönəcək...


Geri dön

miss_sokaladka

  • 14 oktyabr 2011 10:27
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:

Bir gün alacaqlar səni əlimdən,

Ocağım sönəcək, odum sönəcək.

Bir gün dönəcəyəm ölüb-ölümdən,

Cəhənnəm ruhuma geri dönəcək.. bu kupleti lap gozeldi tesekurler

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

sweet__love

  • 14 oktyabr 2011 02:01
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
cox beyendim ellerinize saliq))eladi

Zoluwka

  • 13 oktyabr 2011 23:23
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
sozler cox xowuma geldi

--------------------
♀+♂=ღ

BDU-telebesi

  • 13 oktyabr 2011 22:48
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
sozler cox xowuma geldi bir sozle superrr

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

RADUQA

  • 13 oktyabr 2011 22:32
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR....GOZEL WERDI...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

MiLeyla

  • 13 oktyabr 2011 21:54
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox beyendim

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 51

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}