ARA VERMƏK…
bu gün dərdlərə ara vermək lazımdı,
gəzmək dəniz sahillərini,
qulaq asmaq suyun daşlara dəyən səsinə,
baxmaq dənizin üzərində
uçuşan qağayılara
unutmaq bütün sevdiklərini…
bu gün hər şey istədiyin kimi olmalıdı,
gəmilər kədərləri uzaqlara aparmalıdı,
kədərlər duman şəklində
çıxmalıdı borulardan.
sonra kiçik qayıqlar sevinc gətirməlidi,
sevgilər limana çıxmalıdı səssizcə…

365 + 1
bir gün mənim əsgər getməyim,
sənin gəlin köçməyin var
bilirsən, ən çox sevdiyinə
məktub yazar,
yastıq əvəzinə ümidinə baş qoyub
yuxuya gedən əsgərlər.
bir gün mənim yoxsul olmağım,
sənin yad gülləri qoxlamağın var
bilirsən, ən çox uşağına yox,
taleyinə ağlayar
paltar əvəzinə, üstü toz-torpaqlı
kədər geyinən analar.
bir gün sənin gəlinlik geyinməyin,
mənim kəfənə bürünməyim var
bilirsən, ən çox məzarlıqlara
gül gətirər,
qapqara gözlərində
göz yaşı olan qadınlar.
bu gün dərdlərə ara vermək lazımdı,
gəzmək dəniz sahillərini,
qulaq asmaq suyun daşlara dəyən səsinə,
baxmaq dənizin üzərində
uçuşan qağayılara
unutmaq bütün sevdiklərini…
bu gün hər şey istədiyin kimi olmalıdı,
gəmilər kədərləri uzaqlara aparmalıdı,
kədərlər duman şəklində
çıxmalıdı borulardan.
sonra kiçik qayıqlar sevinc gətirməlidi,
sevgilər limana çıxmalıdı səssizcə…

365 + 1
bir gün mənim əsgər getməyim,
sənin gəlin köçməyin var
bilirsən, ən çox sevdiyinə
məktub yazar,
yastıq əvəzinə ümidinə baş qoyub
yuxuya gedən əsgərlər.
bir gün mənim yoxsul olmağım,
sənin yad gülləri qoxlamağın var
bilirsən, ən çox uşağına yox,
taleyinə ağlayar
paltar əvəzinə, üstü toz-torpaqlı
kədər geyinən analar.
bir gün sənin gəlinlik geyinməyin,
mənim kəfənə bürünməyim var
bilirsən, ən çox məzarlıqlara
gül gətirər,
qapqara gözlərində
göz yaşı olan qadınlar.