Qərar üçün təLəsmə

Qərar üçün təLəsmə

Kəndin birində bir yaşlı adam varmış. Çox kasıbmış amma Kral belə onu qısqanarmış ... Elə dillərə dastan bir ağ atı varmış ki, Kral bu at üçün qocaya hardasa xəzinəsinin hamısını təklif etmiş amma adam satmamışdır.. "Bu at, bir at deyil mənim üçün; bir dostdur, insan dostunu satar mı?" deyərmiş həmişə.

Bir səhər qalxmışlar ki, at yoxdur. Kəndli qocanın başına toplanmış:
"Səni qoca kaftar,ağlını itirmiş qoca, bu atı sənə buraxmayacaqları, oğurlayacaqları bəlli idi. Krala satsaydın, ömürünün sonuna qədər bəylər kimi yaşardın. İndi nə pulun var, nə də atın" demişlər ...

Qoca: "Qərar vermək üçün tələsməyin " demiş. "sadəcə at itib" deyin, "Çünki gerçək budur. Ondan sonrası sizin şərhiniz və verdiyiniz qərara bağlıdı.Atımın itməsi, bir talehsizlikdir, yoxsa bir şanssızlıq? Bunu hələ bilmirik. Axı bu hadisə hələ bir başlanğıcdır.Arxasının necə gələcəyini kimsə bilə bilməz . " Kəndlilər qocaya qəhqəhələrlə gülmüşlər.

Qərar üçün təLəsmə

Aradan 15 gün keçmədən at, bir gecə qəflətən dönmüş ... Sən demə oğurlanmamış, dağlara gedibmiş. Dönərkən də, vadidəki 12 vəhşi atı arxasına taxıb gətirmiş. Bunu görən kəndlilər toplanıb qocadan üzr istəmişlər, "Sən haqlı çıxdın. Atının itməsi bir talehsizlik deyil sanki bir dövlət quşu oldu sənin üçün, indi bir at sürün var .." demişlər.

"Qərar vermək üçün yenə tələsirsiniz" demiş qoca. "Yalnız atın geri döndüyünü söyləyin. Bilinən gerçək yalnız budur. Ondan sonrasının nə gətirəcəyini hələ bilmirik. Bu daha başlanğıdır. Birinci cümlənin birinci sözünü oxuyar oxumaz kitab haqqında necə fikir icra edə bilərsiniz ki?"
Kəndlilər bu dəfə qocaya lağ etməmişlər amma "Bu qoca doğurdan ağıldan kəmdi" deyə içlərindən keçirmişlər ...

Bir həftə keçmədən, vəhşi atları tərbiyə etməyə çalışan qocanın tək oğlu atdan düşmüş və ayağını qırmış. Evin dolanışığını təmin edən oğul indi uzun zaman yataqda qalacaqdı. Kəndlilər yenə gəlmişlər qocaya. "Bir dəfə daha haqlı çıxdın" demişlər. "Bu atlar üzündən tək oğlun, qıçını uzun müddət istifadə edə bilməyəcək. Halbuki sənə baxacaq başqası da yoxdu. İndi əvvəlkindən daha kasıb, daha yazıq olacaqsan" demişlər.

Qoca "Siz erkən qərar vermə xəstəliyinə tutulmusunuz" deyə cavab vermiş. "O qədər tələsik etməyin. Oğlum qıçını qırdı. Həqiqət budur. Sonrası sizin verdiyiniz qərardır. Amma görəsən nə qədər doğrudur? Həyat belə kiçik parçalar halında gəlir və ondan sonra nələr olacağı sizə əsla bildirilməz. "

Qərar üçün təLəsmə

Bir neçə həftə sonra, düşmənlər qat qat böyük bir ordu ilə hücuma keçmişlər. Kral son bir ümidlə əli silah tutan gəncləri orduya dəvət etmişdi. Kəndə gələn vəzifəlilər, qocanın qırıq qıçlı oğlu xaricində bütün gəncləri əsgərə götürmüşlər. Kəndi matəm bürümüş. Çünki döyüşün qazanılmasına imkan yoxmuş, gedən gənclərin ya öləcəyini ya da əsir düşəcəyini hər kəs bilirmiş. Kəndlilər, yenə qocaya gəlmişlər ... "Yenə haqlı olduğun sübut edildi" demişlər. "Oğlunun qıçı qırıq amma heç olmasa yanında. Halbuki bizimkilər, bəlkə əsla kəndə dönə bilməyəcəklər. Oğlunun qıçının qırılması, talehsizlik deyil, şansmış məgər ..."

"Siz erkən qərar verməyə davam edin" demiş, qoca. "Halbuki nə olacağını heç kəs bilə bilməz. Bilinən bir tək gerçək var. Mənim oğlum yanımda, sizinkilər əsgərdə ... Amma bunların hansının taleh, hansının şanssızlıq olduğunu yalnız Allah bilir."

Lao Tzu (Digər adı Laozi, qədim Çin filosofu,"Taoizm"in yaradıcısı), əhvalatını bu nəsihətlə tamamlamışdır:

"Tələsik qərar verməyin. Həyatın kiçik bir diliminə baxıb hamısı haqqında qərar verməkdən qaçın. Qərar ağlın durması halıdır. Qərar verdiyiniz an ağıl düşünməyi, başqa sözlə inkişafı durdurur. Buna baxmayaraq ağıl, insanı daim qərara məcbur edər. Çünki inkişaf halında olmaq təhlükəlidir və insanı narahat edər. Lakin beyində gəzinti əsla sona çatmaz. Bir yol bitərkən yenisi başlar. Bir qapı bağlanarkən, başqası açılar.Bir hədəfə çatarsınız və daha yüksək bir hədəfin dərhal oracıqda olduğunu görərsiniz. "

Qərar üçün təLəsmə

Geri dön

Gizli qonaq

  • 22 noyabr 2011 20:24
  • Məqalə: 0
  • Şərh: 84
  • Bal:
wink wink

L115A1

  • 21 oktyabr 2011 21:24
  • Məqalə: 12
  • Şərh: 1108
  • Bal:
{awards}
Bir yol bitərkən yenisi başlar. Bir qapı bağlanarkən, başqası açılar.Bir hədəfə çatarsınız və daha yüksək bir hədəfin dərhal oracıqda olduğunu görərsiniz. "

--------------------

Musique Sage

  • 15 oktyabr 2011 09:58
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
"Tələsik qərar verməyin. Həyatın kiçik bir diliminə baxıb hamısı haqqında qərar verməkdən qaçın. Qərar ağlın durması halıdır. Qərar verdiyiniz an ağıl düşünməyi, başqa sözlə inkişafı durdurur. Buna baxmayaraq ağıl, insanı daim qərara məcbur edər. Çünki inkişaf halında olmaq təhlükəlidir və insanı narahat edər. Lakin beyində gəzinti əsla sona çatmaz. Bir yol bitərkən yenisi başlar. Bir qapı bağlanarkən, başqası açılar.Bir hədəfə çatarsınız və daha yüksək bir hədəfin dərhal oracıqda olduğunu görərsiniz. "

beyendim duz fikirdi hemise bunu ozume xatirladacam ve heyatdan kusmeyecem

Ku-ku

  • 14 oktyabr 2011 18:15
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
beyendim twk

--------------------

sweet__love

  • 14 oktyabr 2011 01:20
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
beyendim ellerine saliq hamisni oxudum cox dusundurucudu ve duzgun sozlerdi heqqietende heyatin bir dilimine baxib tez qerar vermek olmaz ne olacagini yalniz allah bilir

Jackson_fanatı

  • 14 oktyabr 2011 00:22
  • Məqalə: 0
  • Şərh: 782
  • Bal:
{awards}
Men sexsen Etiraf edirem "Telesmisem"

Zoluwka

  • 13 oktyabr 2011 22:54
  • Məqalə: 77
  • Şərh: 1198
  • Bal:
{awards}
Bir yol bitərkən yenisi başlar. Bir qapı bağlanarkən, başqası açılar.Bir hədəfə çatarsınız və daha yüksək bir hədəfin dərhal oracıqda olduğunu görərsiniz.

--------------------
♀+♂=ღ

Su Perisi

  • 13 oktyabr 2011 22:39
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
Bir yol bitərkən yenisi başlar. Bir qapı bağlanarkən, başqası açılar.Bir hədəfə çatarsınız və daha yüksək bir hədəfin dərhal oracıqda olduğunu görərsiniz.

--------------------

RADUQA

  • 13 oktyabr 2011 22:10
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
TEWEKKUR EDIREM...COX SAQOLUN...HEM MARAQLI HEM MENALI HEMDE DEYERLI BIR YAZIDIR....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

BDU-telebesi

  • 13 oktyabr 2011 21:54
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
{awards}
cox beyendim ellerine sagliq super smile

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

MiLeyla

  • 13 oktyabr 2011 21:47
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
oxudum,meni cooox duwundurdu,thanks

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 
Online

İstifadəçilər: 0

Qonaqlar: 32
Cəmi: 53

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
{slinks}