Nə gözəldir sevmək

 
Nə gözəldir sevmək

Nə qədər gözəldir bir sevdiyinin olması, ən çətin anında, heç ümid etmədiyin bir zamanda bir salamıyla içini istilətməsi. Ağlayarkən səsini eşidər-eşitməz bütün mənfilikləri həmin an unutmaq, yağan qarda başını pəncərəyə qoyub onu xəyal etmək, yağışlı havalarda soyuqdan deyil onun üçün darıxdığına görə ta dərinlərdə bir yerinin sızlaması nə gözəldir. Bir salamıyla bütün qaranlıqların işıqlanması, 'gəl' demədən yanında olduğunu bilmək, getdiyin hər yerə onu da ürəyində, mənliyində, yanında aparmaq ..

Ona aid mahnılar zümzümə etmək, yazılar yazmaq səhifə-səhifə. Ən gözəl cümlələri belə bəyənməmək, ən gözəl sözləri belə ona yaraşdırmamaq nə gözəldir. Hiss etmək, yox olmaq, yanmaq, yandırılmaq, özünü onda tapmaq nə gözəldir. Səhər oyandığında, gözlərini gözbəbəyinin içində görmək nə gözəldir. Sonunu bilmədən özünü atəşə atmaq, amma onsuz da atəşdə olduğunu bilmək nə gözəldir. Qərar vermədən, fikir yürütmədən, məntiqli düşünmədən, yalnız sevmək nə gözəldir. Adı xatırlandığında səssiz olmaq, qızarmaq, utanmaq nə gözəldir. Dəfələrlə andlar pozmaq, ürəklər qırmaq, qırılmalar, bağışlamaq, əfv diləmək, məğlub olmaq, sevgiyə boyun əymək nə gözəldir.Getmək, dönmək, darıxmaq, gözləmək, unutmamaq, unutulmamak, eşq uğrunda ağlamaq, qısası eşq içində özünü itirmək nə gözəldir.Qorxduğunun başına gəlməsindən ürkmək, acı çəkmək, yas tutmaq, qısası ziddiyyət içində qalmaq, peşman olmaq; amma keçmişi sorğulamadan başlamaq, yenə yenidən sevmək, sevdiyindən imtina etməmək nə gözəldir.

Nə gözəldir sevmək

İlk olmaq, tək olmaq, son olmaq nə gözəldir. Dualar etmək, yalvarmaq, amma heç ümid etmədiyin bir anda "aha O" deyə bilmək nə gözəldir. qüruruna yenilmeyip 'kal' deyə bilmək nə gözəldir.Hər şeyi boş vermək, hər şeyi dərd etmək, yenə də üsyan etməmək nə gözəldir. Şəkilinə baxdığında sanki qarşındaymış kimi gülümsəmək, eşq qədəhini son damlasına qədər içmək, könül dənizində boğulmaq, azad ruhumuzu bir tək adama zəncirlərlə bağlamaq nə gözəldir. Gəlməyəcəyini bilərək gözləmək, onsuz bayramların zəhər olması, sevinclərin kədərə qarışması, bir sevdanın tək başına hökmdarı olduğunu bilmək nə gözəldir. O olmayanda yetim uşaqlar kimi üşümək, "kaş ki etməsəydim" deyə bilmək, günəşi görə bilməmək, yaşadığını hiss edə bilməmək, ac qalmaq, tək qalmaq, başqa gözlərə kor olmaq nə gözəldir. Onun qoxusundan başqa qoxu hiss etməmək, ondan başqasını görməmək və hər yeni gün bir şeylərin olmasını gözləmək nə gözəldir. Qiymətini anlamaq sevdiyinin, artıq köhnə günlərə dönməyəcəyini bilərək yenə də bəs etməmək bu həyatdan nə gözəldir. Gözlərini xəyal etmək, dənizin dalğaları kimi saçlarını oxşamaq, əllərindən tutmaq.

Nə gözəldir sevmək

Telefonunun çalmasını gözləmək, yaşadığın şəhəri tərk etmək, başqa yerə yerləşmək, amma eşqdən qaça bilməyəcəyini bilmək, hara gedərsənsə get ürəyini, ağılını, ürəyindəkini də yanında apardığını bilmək nə gözəldir. Heç bir sevdada eyni dadı tapa bilməmək; dünənin, bu günün, sabahın və bir tərəfinin həmişə yarım qalacağını bilmək, həmişə qürbətdə qalmaq, nə gözəldir ağrını dadmaq.
Həyat uzun və bitmək bilməyən bir filmdir...Rejissor isə mərhəmətsiz, insanı ən can alan nöqtələrindən vurandır. Bax, o rejissorun sən olduğunu bilmək belə nə gözəldir. “Mən gedirəm” dediyin kimi “Mən gəldim.” deyə bilmək nə gözəldir.

Onu yuxularda görmək, bitəcəyini bilsən də bu gözəl yuxunun, səhər qalxdığında gerçək olması üçün dualar etmək, ilk onu düşünmək nə gözəldir.
Mən yalnız səni “məndəki sənlə” sənə izah etmək istədim. Bu yazını bir gün oxusan bil ki içimdə o qədər söz var səni sevməyə həsr etdiyim…
Daha nə deyilə bilər ki sevgi və eşq adına ... Deyilmiş nə qədər sözlər var ki hələ də deyilməkdədi, amma sonu tapılmamaqda, çünki dünya sevgi üzərində dayanmaqdadı...


Geri dön

L115A1

  • 15 oktyabr 2011 15:31
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
sevmekden ve sevilmekden gozel ne varki, bu dunyada??? love

--------------------

BDU-telebesi

  • 14 oktyabr 2011 20:42
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
sevmek gozeldi sevmeyi bacaranlar ucun

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

Delya_91

  • 14 oktyabr 2011 13:34
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Mən yalnız səni “məndəki sənlə” sənə izah etmək istədim. Bu yazını bir gün oxusan bil ki içimdə o qədər söz var səni sevməyə həsr etdiyim…
Daha nə deyilə bilər ki sevgi və eşq adına ... Deyilmiş nə qədər sözlər var ki hələ də deyilməkdədi, amma sonu tapılmamaqda, çünki dünya sevgi üzərində dayanmaqdadı..
.
love


--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

ayibogan qiz

  • 14 oktyabr 2011 12:15
  • Məqalə: 0
  • Şərh: 92
  • Bal:
{awards}
sevmey gozel deyil twk///////////////

MiLeyla

  • 14 oktyabr 2011 12:12
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
sevmek gozel deyil angry

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Zaurcik2011

  • 14 oktyabr 2011 11:28
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
Mən yalnız səni “məndəki sənlə” sənə izah etmək istədim.
sevmek gozeldi bacarana.
saq ol gozel yazi idi

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Awkmn_Awkyim

  • 14 oktyabr 2011 10:34
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
heee sevmey yaxsidi sevenler ucun

miss_sokaladka

  • 14 oktyabr 2011 10:15
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
tesekurler amma hemise gozel olmur sevmek ,bezen sevirik sevilirik amma bir yerde ola bilmirik

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}