İkinci şansım olsaydı

 
İkinci şansım olsaydı

Həyata bir dəfə gəlirik, bir dəfə olanları yaşamaq şansımız olur.
Bəzən bunu dəyərləndirməsək də, sonradan bunu anlayırıq, ancaq
onda da gec olur. Təəssüflənməkdən başqa heç nə artıq edə bilmərik....

İkinci şansım olsaydı həyatımı başqa cür qurardım, uşaq
xəyalları yaşamazdım, reallığı qəbul edə biləcək ağılda olardım.

İkinci şansım olsaydı valideynlərimi incitməzdim, onların sözündən
çıxmazdım, tərslik etməzdim, mənə qoyulan qadağaları qətiyyən pozmazdım.

İkinci şansım olsaydı heç kimin sözünə qulaq asmazdım, kənar, ətrafımdakı
insanların söhbətlərinə aldanmazdım, təkcə özüm üçün yaşayardım.

İkinci şansım olsaydı ağılla deyil hisslərimlə addım atardım,
qürurumu sındırardım, onu necə sevdiyimi qışqıraraq
söyləyərdim, onun sevgisini rədd etməzdim.

İkinci şansım olsaydı tam səmimi olmazdım, bəzən qeyri səmimi
olmaqla mənə yaxın insanların daxili, iç dünyalarını
tanıyardım, indi isə məyus olmazdım.

İkinci şansım olsaydı dostuma arxa çevirməzdim, onu dar günündə tək
qoymazdım, onu çox istədiyimi sübut edərdim, axı o, mənə lazımdır.

İkinci şansım olsaydı cismən və ruhən itirdiyim insanın qədrini o
olarkən bilərdim. Ancaq nə bilərdim ki, onu məndən Allah alacaq.
Onun yoxluğu mənə bu qədər acı gətirəcək. Sənsiz çox darıxıram...

İkinci şansım olsaydı ibadətlə məşğul olardım, boş vaxtımı səcdə edərdim.
Daha əylənməzdim, günahlarımı yumaq üçün Allahımdan bağışlanmağımı istərdim.

İkinci şansım olsaydı heç bir qulu incitməzdim, sözlərimlə acılamazdım,
kobudluq etməzdim. Əksinə onların könüllərini almaq üçün həmişə xoş söz deyərdim.

İkinci şansım olsaydı təhsil alardım, kimlərəsə qoşulub dərslərdən
qaçmazdım, ali təhsilli biri olardım, gələcəyimi təmin edə biləcək karyeram olardı.

İkinci şansım olsaydı pulumdan kasıblara, kimsəsizlərə yardımçı
olardım, onlara da əl tutardım, axı dünya malı bu dünyada
qalır. Sən ki, onu özünlə o biri dünyaya aparmırsan.

İkinci şansım olsaydı övladımı, valideynlərimi atmazdım,
öz məsuliyyətsizliyimdən qaçaraq onları kimsəsizlər evinə yollamazdım.
Onların gedişi ilə ruzi bərəkətim, vicdanım da getdi.
İndi əsil kimsəsiz mən özüməm.

İkinci şansım olsaydı əlil yoldaşımdan ayrılmazdım.
Sevərək qurduğumuz ailəni bir faciə nəticəsində itirilmiş
üzvün səbəbi ilə onu tək qoymazdım. Axı biz bir birimizə qovuşana
kimi çox imtahandan keçmişdik, sevgim bura qədərmiş?!

Birinci şansınızı yaxşı dəyərləndirin ki, ikinci şansa ehtiyacınız olmasın


Geri dön

Ku-ku

  • 14 oktyabr 2011 18:13
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:

Birinci şansınızı yaxşı dəyərləndirin ki, ikinci şansa ehtiyacınız olmasın

--------------------

miss_sokaladka

  • 14 oktyabr 2011 10:24
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
2 ci sansim olsaydi sevmezdim

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

sweet__love

  • 14 oktyabr 2011 01:08
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
ela cox beyendim gozeldi heqiqetende herkes bu cur dusune biler....
amma heqiqetende bunlari biliriksede gelin birinci sansimizi ele deyerlendirekki ikinci sansi istemeyek daha bu qanundu heyata bir defe gelirik bunlarida bilirik gelin seflere cox yol vermeyek ikinci sans istemeyek
yazi ucun tesekkurler cox beyendim

Ulya

  • 14 oktyabr 2011 00:21
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
İkinci şansım olsaydı heç kimin sözünə qulaq asmazdım, kənar, ətrafımdakı
insanların söhbətlərinə aldanmazdım, təkcə özüm üçün yaşayardım.

Jackson_fanatı

  • 14 oktyabr 2011 00:19
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
Sitat: DORI22
İkinci şansım öz əlimdə olsaydı bu dünyaya heççççç gəlməzdim !!!!!!!!

Raziyam Tamamile

Мой Мир

  • 13 oktyabr 2011 23:25
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
2 -ci sansim olsaydi o gune qayittmaz istemezdim,ve o gunu yasamaq istemezdim

--------------------
∞♥

.::BaBy_FaCe_WiSe::.

  • 13 oktyabr 2011 23:04
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
2ci wansim olsaydi elimdekilerin qedrini bilerdim recourse

--------------------

Zoluwka

  • 13 oktyabr 2011 22:52
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
DORI22 ( ) » duz deyirsen

--------------------
♀+♂=ღ

... Deryam ...

  • 13 oktyabr 2011 22:41
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
İkinci şansım öz əlimdə olsaydı bu dünyaya heççççç gəlməzdim !!!!!!!!

--------------------

Su Perisi

  • 13 oktyabr 2011 22:33
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
İkinci şansım olsaydı həyatımı başqa cür qurardım, uşaq
xəyalları yaşamazdım, reallığı qəbul edə biləcək ağılda olardım.


İkinci şansım olsaydı tam səmimi olmazdım, bəzən qeyri səmimi
olmaqla mənə yaxın insanların daxili, iç dünyalarını
tanıyardım, indi isə məyus olmazdım.

--------------------

RADUQA

  • 13 oktyabr 2011 22:22
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR....MARAQLI MENALI YAZIDIR....
ALLAH HER KESE VERDIYI BIRINCI WANSININ UQURLU OLMAQINDA KOMEK OLSUN...
AMMA MENIM YAWADIQIM YAXIN GUNLERDE BIRININ HEQIQET OLDUQUNA INANMAQIMI IKINCI WANSIM OLSAYDI ONUN YALAN OLDUQUNU ANLAYARDIM...ONUN YALAN OLDUQUNU BILE BILE OZUM OZUMU ALDATDIM....ONU HEQIQET SANDIM....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

BDU-telebesi

  • 13 oktyabr 2011 22:00
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
2 ci wansim olsaydi ona qiwqiraraq seni sevirem deyerdim

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

MiLeyla

  • 13 oktyabr 2011 21:49
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
2ci wansim olsaydi,uwaq xeyallari yawamazdim

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 53
Cəmi: 72

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}