Cisim və canın təharəti gigiyenası

 
Cisim və canın təharəti gigiyenası

İmam Sadiq (ə) təharət kəlməsinə geniş şəkildə nəzər salardı. İmamdan (ə) gələn hədisdən belə görünür ki, Quran və hədislərdə təharət deyəndə iki cür təharət nəzərdə tutulur: zahiri təharət və batini təharət. Cismin təharəti və ruhun təharəti.

İslamın nəzərincə cismin və ruhun təharəti bəzən dəstəmaz, bəzən, qüsl, bəzən də təyəmmüm, bəzən təqvanın mərhələləri, bəzən də yeməkdən pərhiz edərək, bəzən günahı tərk edərək, bəzən də tibbi cəhətdən hava və suya diqqət edərək, bəzən də oruc ilə və vacibatları yerinə yetirməklə əldə edilir. Əxlaqi həsənələrə riayət etmək və rəzilliklərdən uzaqlaşmaq ruhun və nəfsin tərbiyəsi üçün iki mühüm amildir.

Cismin və ruhun gigiyeniyası üçün 10 əsas gətirilmişdir. Onların xülasəsini sizə təqdim edirik.

1. Yeməyin gigiyenası.

İnsanların əksəriyyəti yeməyin sirlərindən, keyfiyyət və kəmiyyətindən xəbərsizdirlər. Belə güman edirlər ki, rəngbərəng süfrələr və yumşaq yeməklər ən yaxşı yeməklərdir.

Xarab olmuş və iylənmiş yeməklər də insan üçün zərərlidir. Acmayınca yemək yeməyin. O zaman ki, hələ də iştahanız var, əlinizi yeməkdən çəkin. Yeməyi yaxşı çeynəyin. Həzm orqanlarından ancaq ağız sizin ixtiyarınızdadır. Ona görə də yavaş-yavaş yeyin və çox yeməkdən çəkinin. Qədimdəkilər deyiblər: “Qarınqulular dişləri ilə öz qəbirlərini qazarlar”.

Həzrət Peyğəmbər (s) buyurub:
“Heç bir şey Allah yanında dolu mədədən nifrətedici deyildir”.

Yaxşı yemək odur ki, ağırlığı və həcmi baxımdan az olmalı, vitamin baxımından isə zəngin olmalıdır. Mədəni həcmi çox, ancaq xeyri az olan yeməklə doldurmaq insana ziyandan başqa bir şey gətirməz. Üç dəfədən çox yemək yeməyin, yeyən zaman isə şad olun. Çünki müsbət əhval-ruhiyyə yeməyin həzminə yaxşı təsir edir. Çalışın ki, qəmdən uzaq olasınız. Əgər yaşınız 40-dan çoxdursa, gecələri ət və yumurta yeməkdən çəkinin. Konserv yeməyin, təzə ərzaqlardan istifadə edin. Ən yaxşı süfrə odur ki, orada kələm, kahu, soğan, meyvə, zeytin yağı ilə olan salat, göyərti, kök, pendir və sirkə olsun. Yaxşı olar ki, kəpək undan bişirilmiş çörəkdən istifadə edəsiniz. Orada b vitamini vardır.

İsti havada ət, yağlı yeməklərdən az istifadə edin. Yeməyin kalorisi yaşa, sənətə, hava və suya uyğun olmalıdır. Yəni əgər az iş görürsünüzsə, az yeyin. Yeməyin qabları təmiz olmalıdır. Balıq yeyin. Peyğəmbərin (s) buyurduğu kimi, mədə bütün xəstəliklərin yeridir. Nəticədə qarınqululuq və qarına pərəstiş hasil olar. Bir çox xəstəliklər: ağır çəkili olmaq, yüksək qan təzyiqi və mədə xəstəlikləri - yemək gigiyeniyasının olmamasına görədir. Yersiz yerə yemək yeməyin, təhrikedicilərdən çəkinin. Arada oruc tutun ki, həzm orqanları istirahət etsin.

2. Havanın gigiyenası.

Hava - həyat qidasıdır. İnsanın ən böyük gigiyena amili havadır. Hava gərək pak saxlanılsın. Maddi varlıqların həyatında hava çox zəruridir və mehriban Allah onu havayı bizlərin ixtiyarına qoymuşdur. İnsanların əksəriyyəti cəhalət üzündən havanı çirkləndirirlər. Onun paklığına və təharətinə əhəmiyyət vermirlər. Nəticədə özlərini və başqalarını zəifliyə mübtəla edirlər. Özünüzü Allah dərgahında məsuliyyətli hesab edin. O zaman ki, təmiz hava ilə tənəffüz etməzsən, zəhərin buxarı bədənindən çıxmazsa, iştaha aradan gedər. İştaha aradan gedərsə, insan yanlış qidalanar və bədən xəstəliklərin biruzə etdiyi meydana çevrilər.

Maşınların buraxdığı qazların sağlamlığa ziyanı çoxdur.
Bunlar havanı zəhərləyər. Əgər insan üç dəqiqə hava almasa, ölər.

Havanın bədənə fiziki və kimyəvi təsiri vardır. İki müxətlif yollarla bədənə nüfuz edər. İnsan hər dəqiqədə 16 dəfə nəfəsi çəkir və 16 dəfə buraxır. Hər gecə və gündüz 20 min dəfə havanı buraxar. Ümumi olaraq, bir gecə və gündüz ərzində ağ ciyərlərə on kub metr hava daxil olar. Gecə və gündüz ərzində bu hava ilə on min litr qan əmələ gələr. Bu rəqəmlərlə görmək olur ki, havanın qanın əmələ gəlməsində rolu mühümdür. Ona görə də kiçik kimyəvi dəyişiklik nəticəsində həyat qidası olan qanda süstlük və həlakət baş verər. Ətraf mühiti qorumaq ən mühüm vəzifələrdəndir və İslam dini bu vəzifəni biz müsəlmanların öhdəsinə qoymuşdur.

3. Suyun gigiyenası.

Su, ən böyük nemətdir. Canlı varlıqların ixtiyarına havayi verilmişdir. Onun paklığına riayət etmək bütün insanların vəzifəsidir. İçməli su gərək şəffaf, sərin, iysiz, tamsız və 8-15 dərəcə istilikdə olmalıdır. Oksigen orada həll olmalıdır. Qaynayan su o zaman içməli olar ki, ayran kimi onu çalxalayasınız. Bulaqların və balıq olan çayların suyu içmək üçün yararlıdır. O çaylar ki, dərinliyi bir metrdən az və uzunluğu 8 metrdən az olarsa, içmək üçün yararlı deyildir. Soyuq su əgər az-az içilərsə, həzm orqanlarını təhrik edər, bədənin hərarətini aşağı salar. Ancaq əgər daima istifadə edilərsə, mədə xəstəliklərinə səbəb olar. Mədən suları istifadə üçün yararlı deyildir. Ancaq bəzi xəstəliklər üçün faydalıdır. İçməli suyu çirkləndirmək Allah dərgahında böyük günah hesab edilir.

4. Yuxunun gigiyenası.

Həyatın zərurətlərindən biri də yuxudur. Quran yuxunu bəşər üçün böyük nemət kimi tanıtmışdır. Bir anlıq fikirləşin ki, əgər yuxunu sizdən alsalar, ya da elə yerdə olarsınız ki, sizi yatmağa qoymazlar nələr baş verər. Əlbəttə yuxu və istirahət də ölçüdə olmalıdır. Yuxuda və hər bir şeydə ifrat etmək zərərlidir. İslam çox yatmağı, çox yemək kimi zərərli hesab edir. Möminlərə yuxuda ifrat etməyi qadağan edir. Həddi-büluğa çatmış insanlar əgər 24 saatın 8 saatını yatarlarsa, normadır. Bütün gecəni oyaq qalmaqdan çəkinin. Çünki Quran da bütün gecəni oyaq qalmağı məsləhət görmür. Yuxusuzluq əsəbə və qəlbə təzyiq edər. Gecənin ən yaxşı oyaq qalmaq vaxtı səhərdir. Dua və istiğfar üçün. Yataq otağı gərək səs-küydən uzaq olsun. Gün ərzində otağın pəncərəsi ən azı iki saat açıq olmalıdır ki, günəş işığı oraya düşsün. Gigiyena elmini üç şeydə xülasələmək olar: tərtibli qida, tərtibli iş və tərtibli yuxu. Bu üç göstəriş sizi sağlam edər.

5. Hisslərin gigiyenası.

Evlilik insan həyatında mühüm rola malikdir. Peyğəmbər (s) buyurmuşdur: “Nikah mənim sünnətimdir, hər kəs ondan üz döndərər, məndən deyildir”. Kişi ilə qadın evlənən zaman gərək sağlam olsunlar. Bu günləri evlənməmişdən qabaq insanlar həkimlər tərəfindən müayinə olunurlar.

Xoş olsun o insanın halına ki, öz hisslərini cilovlayır və həqiqi ləzzət olan Haqqın məhəbbətinə sərf edir. Halal ləzzətlərdən isə zəruri hallarda istifadə edir.

6. Məskən gigiyenası.

Məskən seçimində çox diqqətli olmaq lazımdır. Çünki insanın evi onun başqa gigiyenalarına da birbaşa təsir edir. Ev səs-küylü, sənayə zavodlarının olduğu və maşınların daha çox keçdiyi yerlərdə olmamalıdır. Əgər bağların və bağçaların yanında olarsa, insan üçün çox faydalı olar. Qışın ən soyuq günlərində otağın hərarəti 12-18-dən yüksək olmamalıdır. Evin təbəqələri isə üç mərtəbədən çox olmamalıdır. İnsanın evi başqlarının evinə hava və su üçün maneçilik törətməməlidir. Yaşayış evləri quru və rütubətsiz olmalıdır. İslam evləri daima təmiz saxlamağı tövsiyə edir. Bütün sahələrdə gigiyenaya əməl etmək əxlaqi və dini vacibatdır. Peyğəmbər (s) buyurur: “Təmizlik imanın yarısıdır”.

7. Günəş nuru.

İnsanın yaşayış yerində günəş nuru olmalıdır. Günəş canlı varlıqların enerji mənbəyidir. Günəş, hava və su kimi həyatın zərurətlərindəndir. Günəş düşməyən yerdə olan canlılar büzüşər və tələf olarlar. Nur əvvəl insanın cildinə və sonra da əsəbinə təsir edər. O evlərə ki, günəş düşmür, orada yaşayan insanlar daima həkimə müraciət edərlər. Qapı və pəncərələr gərək geniş olsunlar. Gün ərzində bir neçə dəqiqə havada gəzin və yaxşı olar ki, günəşdə gəzəsiniz ki, mikroblar ölsün.

8. Bədənin ümumi gigiyenası.

İnsan dərisinin üç işi vardır:
1. Əsəb sisteminin və bütün həyati orqanların sağlamlığı dəri ilə rabitədədir. O zaman ki, dəridə xəstəlik yaranar, başqa orqanlara da təsir edər.
2. Dərinin ən mühüm vəzifələrindən biri də tənəffüsdür. Dəri çirkli olarsa, tənəffüsü ləngidər.
3. Bədən hərarətini tənzim edir və daima bədəndə olan rütubətə nəzarət edir.

Dəri tərləyən zaman çirk qatı əməl gələr və ölmüş hüceyrələrin sayı artar. Əgər təmizlənməzsə, dərinin funksiyasını zəiflədər. Ona görə də bədənin təmiz saxlanması sağlamlıq üçün birinci şərtdir. Statistika göstərir ki, bədən təmizliyinə riayət edən insanlar arasında ölümün səviyyəsi başqalarından daha azdır. Bədəni günəş və təmiz hava ilə tanış edin, su ilə pak edin. Adət edin ki, burnunuzla nəfəs alasınız, yeməkdən əvvəl əllərinizi sabunla yuyun. Yeməkdən sonra da əlləri sabunla yuyun. Dırnaqları qısa saxlayın ki, mikrobların sayını azaldasınız.

İnsan bu gigiyena qaydalarına əməl etməzsə, özünün düşməni deməkdir.
Əgər bunlara riayət edərsinizsə, qocalığı və ölümü ləngitmiş olarsınız. (Erfan)

Müəllif: Məşhədi Xanım


Geri dön

BDU-telebesi

  • 14 oktyabr 2011 21:17
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
cox gozel yazidir yemek gigiyenasi lap xowuma geldi ellerine sagliq seymur

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

Ku-ku

  • 14 oktyabr 2011 16:44
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
twk

--------------------

RADUQA

  • 14 oktyabr 2011 14:16
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR...DEYERLI VE MARAQLIDIR....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

... Deryam ...

  • 14 oktyabr 2011 12:27
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Çox şükr yemək az yeyirəm laughing
Bakıda təmiz hava almaq mümkün deyil recourse
Gözəl məsləhətlərdi .....

--------------------

ayibogan qiz

  • 14 oktyabr 2011 12:07
  • Məqalə: 0
  • Şərh: 92
  • Bal:
{awards}
twk....................................... tongue

Inciciceyi

  • 14 oktyabr 2011 10:41
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Yaziya gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

MiLeyla

  • 14 oktyabr 2011 10:22
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox deyerli yazidi.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 105

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}