Hikmətli sözlər

 
Hikmətli sözlər

Yərmuk savaşında Hüzeyfə Ədəvi adlı səhabənin əmisi oğlu ağır yaralanıb, döyüş meydanında yıxılmışdı. Hüzeyfə özü ilə su götürüb meydana yollanır ki, onu tapıb su içirtsin və düşərgəyə gətirsin. O, al-qan içində düşüb-qalmış əmisi oğlunu tapıb soruşur: «Su içmək istəyirsənmi?». Bu zaman yaxınlıqda düşmüş başqa bir yaralı səsini çıxarıb, su istədiyini bildirir. Hüzeyfənin əmisi oğlu suyu içməkdən qəti imtina edib deyir ki, əvvəlcə səsi gələn yaralının susuzluğunu yatırsın. Hüzeyfə həmin yaralıya su içirmək istəyəndə, kənarda uzanmış bir başqasının «su, su» fəryadı ucalır.

Hikmətli sözlər

Suyu içirmək istədiyi yaralı bu səsi eşidən kimi Hüzeyfəyə tapşırır ki, suyu tez onun üçün aparsın. Hüzeyfə üçüncü yaralının başı üstünə çatanda, artıq onun keçindiyini görür. Qayıdıb ikinci yaralının yanına gəlir, amma onun da vəfat etdiyinin şahidi olur. Doğma əmisi oğlunun başı üstünə yetişəndə, artıq o da dünyasını dəyişmişdi.
Beləliklə, hər üç əsgər öz din qardaşını özündən irəli bildi və həyatı bahasına onu xilas etməyə çalışdı. Bu, İslam əxlaqı ilə tərbiyə almış ilk müsəlmanların fədakarlığının ən gözəl nümunəsidir.

Hikmətli sözlər

Zalım Həccacın zamanında duaları müstəcab olan bir Allah dostu (övliya) Bağdada gəlmişdi. Həccac onu yanına çağırtdırıb dedi: «Mənim üçün xeyir-dua et». Öv¬liya əllərini səmaya qaldırıb sidq ürəkdən belə dua etdi: «İlahi, Həccacın canını al!». Həccac qəzəb-qarışıq təəccüblə soruşdu: «Mən səndən xeyir-dua istədim. Bu nə duadır edirsən?!». Övliya cavab verdi: «Bu həm səndən, həm də bütün müsəlmanlardan ötrü xeyir-duadır».

Hikmətli sözlər

İmam Əsgərinin (ə) zamanında Samirra şəhərində quraqlıq düşür. Müsəlmanlar hər nə qədər namaz qılıb dua edirlərsə, yağış yağmır. Bu zaman şəhərdəki xristian rahibləri səhraya çıxıb yağış üçün dua edirlər. Rahiblərdən biri əlini səmaya qaldıran kimi, göy üzünü bulud bürüyür və yağış yağır. Bu hadisə bir neçə gün təkrar olur. Camaat rahibin möcüzəsindən çaşqınlığa düşür, hətta müsəlmanların bir hissəsi xristianlığa keçmək fikrinə gəlir.
Xəlifə Mö’təmid hadisədən xəbər tutan kimi, İmam Əsgərini (ə) çağırtdırıb, ondan kömək istəyir.
İmam məsləhət görür ki, sabah bir daha rahibləri səhraya çağırsınlar. Ertəsi gün yenə rahiblərin biri əlini səmaya qaldıran kimi yağış yağır. İmam onun əlində nə tutduğunu yoxlamağı əmr edir. Axtarış aparıb, rahibin ovcunda bir sümük parçası tapırlar. İmam buyurur: «Bu, peyğəmbərlərdən birinin sümüyüdür; onu qəbirdən götürüblər. Peyğəmbərin sümüyü göründümü, mütləq yağış yağar».
Sümüyü rahibdən alıb, yenə dua etməsini istəyirlər, lakin bu dəfə onun duasının təsiri olmur. Sümüyü ehtiramla əvəlki yerinə qaytarırlar.

Hikmətli sözlər

Bir gün Həzrət Yunisin (ə) evinə qonaq gəlir. Qonaq görür ki, peyğəmbər süfrəyə yemək gətirmək üçün hər dəfə qonşu otağa keçəndən sonra qanıqara halda qayıdır. Başa düşür ki, Həzrət Yunisin (ə) qanqaralığının səbəbi o biri otaqdakı arvadının deyintisidir. Qonaq peyğəmbərdən soruşur: «Bu cür qadınla necə yola gedirsən?». Həzrət Yunis (ə) cavab verir: «Mən Allahdan istəmişdim ki, axirət əzabından məni azad etsin və bütün cəzalarımı bu dünyada versin. Allahdan vəhy gəldi ki, sənin əzabın filan qadınla evlənməkdədir. Mən də həmin qadınla evləndim. İndi axirətimin xatirinə onun bütün hərəkətlərinə səbr edib dözürəm».

Hikmətli sözlər

Əbu Eyyub Muriyani ikinci Abbasi xəlifəsi Mənsur Dəvaniqinin vəziri idi. Xəlifə nə vaxt Muriyanini hüzuruna çağırsaydı, biçarə vəzir haldan-hala düşər, qorxu içində əzab çəkərdi. Bir nəfər ondan soruşdu: «Sən ki, xəlifəyə bu qədər yaxınsan, niyə hər dəfə səni çağıranda təşvişə düşürsən?!».
Vəzir həmin adama belə cavab verdi: «Bir gün şahin quşu xoruzdan soruşur: «Sən insanlar tərəfindən əhilləşdirilmisən, onların həyətində yaşayırsan. Bununla belə, səni tutmaq istəyən kimi, çabalayıb qaçmağa çalışırsan, səsin hər tərəfi bürüyür.
İnsanlar məni tutanda isə sakit dururam. Məni ov üstünə göndərəndə, ovu tutub sahibimə gətirirəm». Xoruz şahinin istehzalı sözlərini belə cavablandırır: «Heç görmüsənmi ki, şahinin boğazını üzüb, tüklərini yolsunlar, şişə taxsınlar və bişirib yesinlər?! Amma mən indiyə kimi onlarla xoruz görmüşəm ki, ömrünü bu aqibətlə başa vurub. İndi de görüm, qorxmağıma əsas yoxdurmu?!» Mən xəlifənin öz yaxınlarına divan tutduğunu dəfələrlə görmüşəm. Buna görə də hər dəfə məni yanına çağıranda qorxuram ki, bəlkə növbə mənimdir».


Geri dön

BDU-telebesi

  • 14 oktyabr 2011 20:40
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
seymur hemiweki kimi yene de eladi

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

ayibogan qiz

  • 14 oktyabr 2011 12:15
  • Məqalə: 0
  • Şərh: 92
  • Bal:
{awards}
twk..................................

Inciciceyi

  • 14 oktyabr 2011 10:50
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
ALLAh razi olsun .Oxudum maraqli yazidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Sol Meleyim
Xəbərləri: 6
Cəmi: 21
 
MiSS HaPPy)
Xəbərləri: 5
Cəmi: 14
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
nevroz
Xəbərləri: 1
Cəmi: 174
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Pəri
Xəbərləri: 1
Cəmi: 225
 
 
{slinks}