Əbu Talib mömin olub, yoxsa..?

 
Əbu Talib mömin olub, yoxsa..?

Əbdülmüttəlib mömin idimi?

1. "Qiyamət günündə Əbdülmüttəlib vahid ümmət halında məhşərə gələcək, onda peyğəmbərlərin siması, hökmdarların heybəti olacaq"
(Şeyx Kuleyni - "Usuli-Kafi", "Hüccət" kitabı, "Rəsulullahın doğumu və vəfatı" babı, hədis 22).

2. Həzrəti Muhəmməd Peyğəmbər (s) kiçik olanda Məkkədə şiddətli quraqlıq olmuşdu. Şəhər əhalisi susuzluqdan əziyyət çəkirdi. Əbdülmüttəlib Əbu Talibə tapşırdı ki, körpə Muhəmmədi (s) onun yanına gətirsin. Əbu Talib körpəni qucağında gətirib Əbdülmüttəlibə verdi. Əbdülmüttəlib Kəbənin qarşısına gəldi və körpə Muhəmmədi (s) yuxarı qaldırıb belə dua etdi: "Ya Rəbb, bu uşağın xatirinə bizə bol yağış əta elə!" Üstündən bircə saat keçməmişdi ki, səmanı buludlar bürüdü, elə güclü yağış yağdı ki, hətta camaat məscidin uçulacağından qorxdu"
(Şəhristani - "Miləl və nihəl"; Əllamə Məclisi "Usuli-Kafi"yə yazdığı şərhdə bu hadisəni rəvayət etmişlir).

Əbu Talib mömin olub, yoxsa..?

Bu hadisə sübut edir ki, Əbdülmüttəlib vahid Allaha pərəstiş edirmiş. Çünki bir şəxs Kəbənin qarşısında Rəbb adlı qüvvəyə dua edib onu gələcək peyğəmbər Muhəmmədə (s) and verirsə, deməli həm Rəbbə iman gətirmiş, həm də peyğəmbəri tanımışdır.

3. Həzrəti Muhəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində buyurmuşdur: "Ey Əli! Əbdülmüttəlib cahiliyyə dövründə beş sünnə (dəb) qoymuşdu ki, İslam dini də bunları təsdiq etdi: 1) atanın arvadını oğula (başqa arvaddan olan oğul nəzərdə tutulur) haram elan etdi; 2) xəzinə tapanda onun beşdən birini sədəqə verdi; 3) Zəmzəm quyusunu qazıyandan sonra onu hacıların içməsi üçün vəqf etdi; 4) insan qətli üçün diyə (qanbahası) olaraq 100 dəvə verilməsini qərarlaşdırdı; 5) qüreyşilər Kəbənin ətrafında təvaf edərkən, neçə dəfə dövrə vurmağın dəqiq sayını müəyyən etməmişdilər, Əbdülmüttəlib 7 dövrə vurmağı qanun qoydu".

4. Həzrət Rəsulullah (s) sonra buyurmuşdur: "Ya Əli! Əbdülmüttəlib əzlamla (fal oxları ilə) fala baxmamış, bütlərə pərəstiş etməmiş, meyyitə (yəni Allah adı ilə kəsilməmiş heyvan əti) yeməmişdi; o deyirdi ki, mən babam İbrahimin (ə) dinindəyəm"
(hər iki hədis Şeyx Səduqun "Xisal" və Şeyx Təbrisinin "Məkarimu`l-əxlaq" kitablarındandır).

Əbu Talib mömin olub, yoxsa..?

5. Əsbəğ ibn Nubatə adlı məşhur səhabə rəvayət edir ki, Həzrət Əmirəlmöminin Əli (ə) buyurmuşdur: "Allaha and olsun ki, atam, babam Əbdülmüttəlib, Haşim və Əbdi-Mənaf heç vaxt bütə pərəstiş etməmişlər". Ondan soruşdular: "Bəs onlar nəyə pərəstiş edirdilər?" Həzrət Əli (ə) cavab verdi: "Onlar Kəbəyə sarı namaz qılırdılar və İbrahimin (ə) dinində idilər, bu dinə bağlanmışdılar"
(Ayətullah Reyşəhri - "Mövsuətu`l-Əliyyibni Əbi Talib", cild 1, səh. 63; Seyyid Haşim Bəhrani - "Təfsiru`l-burhan", jild 3, səh. 795).

6. Əbdülmüttəlibin oğlu Əbu Talib buyurmuşdur: "Atam Həzrəti Muhəmmədin (s) peyğəmbərliyinin nişanələrini kitablarda (yəqin ki, keçmiş ümmətlərin müqəddəs kitabları nəzərdə tutulur) oxumuşdu və deyirdi: "Mənim nəslimdə bir peyğəmbər olacaq. İstərdim ki, onun zəmanəsində yaşayım və ona iman gətirim. Mənim övladlarımdan hər kim onun zəmanəsində yaşasa, mütləq iman gətirsin!""
(Seyyid ibn Tavus - "Təraif", səh. 458).

Əbu Talib mömin olub, yoxsa..?

Əbu Talibin imanı barəsində ümumi görüşlər

İslam tarixi boyunca alimlər arasında Əbu Talibin mömin olması barədə fikir çox geniş surətdə yayılmış və dönə-dönə təsdiq edilmişdir. Mötəzili kəlam məktəbinə mənsub olmuş İbn Əbil-Hədid "Nəhcu`l-bəlağə"yə yazdığı şərhdə qeyd edir: "Əbu Talibin imanı mövzusu alimlər arasında mübahisəli məsələdir. Bütün imamiyyə şiələri (yəni cəfəri məzhəbinin ardıcılları), habelə zeydilərin (şiəliyin bir qoludur) əksəriyyəti onun müsəlman halda dünyadan getdiyini təsdiq edir. Həmçinin, bizim şeyxlərin (yəni mötəzili alimlərinin) də bir hissəsi, məsələn, Şeyx Əbu`l-Qasim Bəlxi, Əbu Cəfər Əskafi və b. bu əqidədədirlər"
("Şərhu-Nəhcu`l-bəlağə", cild 14, səh. 65).

Məşhur əhli-sünnə alimi İbn Əsir Şafii "Əl-Cameu`l-usul" kitabında yazır ki, Əbu Talibin mömin olması məsələsində Əhli-beyt icma etmişdir (yəni hamılıqda bunu təsdiq etmişdir)
(Qazi Nurullah Şüştəri - "Məcalisu`l-muminin", cild 1, səh. 163).

Əbu Talib mömin olub, yoxsa..?

Həmçinin, cəfəri məzhəbli məşhur alimlər Şeyx Mufid ("Əvailu`l-məqalat"), Şeyxu`t-taifə Tusi ("Tibyan" təfsiri), Əllamə Təbrisi ("Məcməu`l-bəyan" təfsiri), Seyyid ibn Tavus ("Təraif"), Əllamə Məclisi ("Biharu`l-ənvar") və b. öz adı çəkilən əsərlərində Əbu Talibin mömin olduğu barədə cəfəri aləminin icma etdiyini yazmışlar.

Əbu Talibin mömin və müsəlman olması elə məlum və məşhur həqiqətlərdəndir ki, bu mövzuda həm şiə, həm də əhli-sünnə alimləri tərəfindən 30-a yaxın müstəqil kitab qələmə alınmışdır. Bu kitablardan 19-nun adını mərhum Əllamə Əmini "Əl-Ğədir" kitabının 7-ci cildində (səh. 401-403) siyahı şəklində vermişdir. Əbu Talibin mömin olduğu barədə müstəqil kitab yazmış müəlliflərin zaman etibarilə ilki Səd ibn Abdullah Əşəri Qummi (vəf. hicri 299-301) sayılır. Bu müəlliflərin sırasında Şeyx Mufid (vəf. 419 hijri), Əbu`l-Fəzail Əhməd ibn Tavus (vəf. 673 hicri; bu, "Təraif" kitabının müəllifi Seyyid ibn Tavusun qardaşıdır), Əbu Səid Məhəmməd Xuzai Nişaburi (məşhur təfsirçi Əbu`l-Futuh Razinin babasıdır), Seyyid Hüseyn Təbatəbai Yəzdi Hairi (vəf. 1307 hicri), Şəmsu`l-uləma Mirzə Məhəmməd Hüseyn Gürgani və b. kimi məşhur din alimləri vardır.


Geri dön

Ahli-Shia313

  • 15 dekabr 2011 18:39
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
Ona Peygember qusul verib.

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

BDU-telebesi

  • 14 oktyabr 2011 20:22
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
{awards}
cox gozel yazidir coxxxx twkler

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

aga482

  • 14 oktyabr 2011 10:31
  • Məqalə: 0
  • Şərh: 840
  • Bal:
{awards}
EBU TALİB HZ.ELİNİN ATASİ PEYGEMBER S EMİSİ OLUB HEMDE MOMİNLERİN BASCİSİ OLUB.
BİLMİYENLER BİLSİN

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 51
Cəmi: 83

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 46
Cəmi: 126
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}