Qərb imperialist qüvvələrinin fitnələri

 
Qərb imperialist qüvvələrinin fitnələri

Son bir neçə əsr ərzində İslamın inkişafından qorxuya düşən qeyri-müsəlman dünyası bu inkişafa mane olmaq üçün hər cür vasitəyə əl atmışdır. Öz məqsədinə nail olmaq üçün Qərbin əlində ən əlverişli vasitə - İslam məzhbləri arasına ayrıseçkilik salmaq və vəhdəti pozmaqdır. Xüsusilə, son 200 il ərzində müsəlman aləminin təfriqə səbəblərini araşdırdıqda Qərb imperializminin izləri ilə rastlaşırıq.

Dərin zəkaya malik İslam mütəfəkkirləri düşmən qüvvələr qarşısında müsəlmanların möhkəm durmaları üçün mütləq birləşmələrinin lazım olduğunu anlayaraq müsəlman ümmətini hər vasitə ilə birləşməyə çağırmışlar. Hal-hazırda İslam birliyini daxildən zəiflədən məzhəb ayrıseçkiliyi Qərbə fürsət vermişdir ki, İslam torpaqlarının əksəriyyətini ya əsarət, ya da nəzarət altında saxlasınlar. İran İslam inqilabının rəhbəri Mərhum İmam Xomeyni buyururdu: "Keçmişdəki kimi, bu gün də müsəlmanların bədbəxtliyi bundadır ki, əzəmətli İslam bayrağı altında birləşməyib təfriqəyə düşüblər. Müsəlmanlar İslamın hökmünə əsasən əlbir olmalıdırlar ki, istilaçı əcnəbilərin əlini öz ölkələrindən kəsə bilsinlər".

Qərb imperialist qüvvələrinin fitnələri

XX əsrin ən böyük cəfəri alimlərindən sayılan mərhum Ayətullah Məhəmməd Hüseyn Kaşifül-Qita dünyanın siyasi vəziyyətini nəzərə alaraq aşağıdakı məzmunlu fətva ilə çıxış edirdi: "İslam məzhəbləri arasında mübahisələr aparmaq özü-özlüyündə şəriət baxımından haram deyildir. Amma hər tərəfdən düşmənlərlə əhatə olunduğumuz indiki şəraitdə bu iş qəti surətdə haramdır".

XX əsrdə məzhəblər arasında dostluq və qardaşlıq yaratmaq uğrunda yorulmadan mübarizə aparmış iki alimin fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Bu alimlərin biri mərhum Seyyid Şərafuddin Amulidir. O, sünni aləminin böyük şəxsiyyətləri ilə mütəmadi olaraq yazışır, cəfəri məzhəbi barədə onlarda yaranmış mənfi rəyi dəyişdirməyə çalışırdı. Seyyid Şərafuddinlə uzun yazışmalardan sonra Əl-Əzhər universitetinin (Misir) o zamankı rektoru Şeyx Səlim Bişri bildirirdi: "Mən təəssübkeş və zalım şəxslərin töhmətlərinə uyaraq şiələr haqqında yanlış təsəvvürdə idim. Çox şükür olsun ki, Allah bizim birləşməyimiz üçün şərait yaratdı, mən sizin bələdçiliyiniz altında elm çırağınızın nurundan bəhrələndim. Bunun üçün aləmlərin rəbbi olan Allaha həmd edirəm" (Seyyid Şərafuddin, "Əl-Muraciat").

Qərb imperialist qüvvələrinin fitnələri

Bu istiqamətdə geniş fəaliyyət göstərmiş ikinci şəxsiyyət İraq müsəlmanlarının islami azadlıq hərəkatının lideri şəhid Ayətullahu'l-uzma Seyyid Məhəmməd Baqir Sədr idi. O, İraqın həm şiə, həm də sünni məzhəbli müsəlmanlarının qüvvəsini eyni bir məcraya yönəltmək yolunda mübarizə aparırdı. Şəhid Sədrin aşağıdakı sözləri onun ümumislam vəhdəti barəsində sağlam dünya görüşünə malik olduğunu açıq göstərir: "Mən bütün ömrümü şiə ilə sünninin qardaşlığı yolunda sərf etmişəm. Onların vəhdətinə səbəb olan hər fikri, hər əqidəni müdafiə və himayə etmişəm. Mən şiənin qardaşı və övladı olduğum kimi, əhli-sünnənin də qardaşı və övladıyam".

İslam vəhdəti ideyalarından danışarkən Seyyid Cəmaləddin Əsadabadi barəsində söz açmamaq olmaz. Bütün ömrünü çətinliklər məngənəsində və sürgünlərdə keçirmiş Seyyid Cəmaləddin Əsadabadi (1838-1897), heç şübhəsiz, vəhdət hərəkatının yeni dalğasının banilərindən sayıla bilər. Bu böyük şəxsiyyətin fəaliyyəti Qərb imperialist qüvvələrinin müsəlman ölkələrindəki nüfuzuna ağır zərbə vururdu. Seyyid Cəmaləddin Misirdə yaşadığı dövrdə (1871-79) azadlıq və istiqlal yolunu tutmuş "Hizbu'l-vətəni" partiyasını təşkil edir. Qısa müddət ərzində bu partiya ingilislərin Misirdəki nüfuzunu xeyli aşağı salır. İngiltərənin ticarət və iqtisadiyyatı Misirdə ziyana uğrayır. Bu dövlətin 80 nəfər nüfuzlu iş adamı Misirdən çıxıb getməli olur, ingilis şirkətlərinin çoxu müflis olaraq bağlanır.

Qərb imperialist qüvvələrinin fitnələri

İngiltərənin Misirdəki dövlət nümayəndəsi Lord Krumer öz vətəninin dövlət başçılarına ünvanladığı məktubda yazırdı: "Müsəlman ziyalıları tərəfindən heç bir qanun pozuntusu və səhv görünmür. Burada heç kimi müqəssir saymaq olmaz. Amma diqqətinizə çatdırıram ki, əgər "Hizbu'l-vətəni" bir il də yaşasa və onun başçısı, Qərbi və Mərkəzi Asiyanın, Şərqi və Şimali Afrikanın müasir lideri Seyyid Cəmaləddin Əsədabadi Misirdə asudə qalsa, Böyük Britaniyanın Afrika qitəsindəki ticarət və siyasəti tamamilə məhv olacaq və hətta Avropanın hegemonluğundan əsər-əlamət qalmayacaq".

Seyyid Cəmaləddin Parisdə "Urvətu'l-vusqa" qəzetini nəşr etdirərkən ingilislər bu qəzetin müsəlman ölkələrinə gətirilməsinə hər vasitə ilə mane olmağa çalışırdılar. Hətta Hindistanda elan edilmişdi ki, hər kimdə bu qəzetiin nüsxəsi tapılsa, 25 lirə (200 funt-sterlinq) məbləğində cərimə ediləcəkdir.

Seyyid Cəmaləddin Əsədabadi yazırdı: "Ey əcəm əhli! Elm qəhrəmanlarınızı yada salın, İslami əsərlərinizə diqqət yetirin. İslami vəhdətin bünövrəsi olun, necə ki, əvvəldə onu qorudunuz. İslam vəhdətini irəli çəkməklə başqa müsəlman millətləri qabaqlayın".

Qərb imperialist qüvvələrinin fitnələri

Əsədabadi öz dövrünün bütün aparıcı müsəlman dövlətlərinin başçılarına köməklik və himayə təklifi ilə müraciət etsə də, həmişə rədd cavabı ilə qarşılanırdı. Çünki o, monarxiya rejimini devirərək, seçkili hakimiyyət sistemini (şura) təklif edirdi. Öz taxt-tacını əldən verməyə heç cür razı olmayan İran, Türkiyə, Misir və Ərəbistan hökmdarları son nəticədə Seyyid Camalın düşməninə çevrildilər. Hətta 1886-cı ildə İran şahı ilə münaqişədən sonra Seyyid Camal Peterburqa gedib Rusiya çarını İngiltərə əleyhinə mübarizəyə qaldırmağa çalışarkən, çar ondan soruşur: "Nasirəddin şahla aranızın dəyməsinə nə səbəb oldu?" Seyyid Cəmaləddin cavab verir: "Mən ona şura sistemini təklif etdim, o isə razı olmadı". Seyyidin gözlədiyinin əksinə olaraq, rus çarı da İran şahının fikrini müdafiə edərək deyir: "Şah səninlə razılaşmamaqda düz edir. Hansı hökmdar razı olar ki, gözü görə-görə onu taxt-tacdan salıb hakimiyyəti şuraya tapşırsınlar?!"

Bütün bu tarixi faktları nəzərə alsaq görərik ki, tarix boyu müxtəlif qüvvələr müsəlman ümmətinin birliyinə hər yolla mane olmağa çalışmışlar. Çünki sirr deyil ki, güc yalnız birlikdədir. Ona görə də, hər bir müsəlman təəssübkeşlikdən və təfriqələrdən qaçmalı, müsəlman ümmətinin vəhdətini qüvvətləndirmək üçün əlindən gələni etməlidir. Dinimizin əmri də budur.


Geri dön

BDU-telebesi

  • 15 oktyabr 2011 11:07
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
gozewl yazidir oxudum hamisini

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

MiLeyla

  • 14 oktyabr 2011 20:13
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox maraqliydi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

_WITH YOU_

  • 14 oktyabr 2011 19:46
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
təşəkkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 53
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}