İslam Peyğəmbərinin davranışında vəhdət meyilləri

 
İslam Peyğəmbərinin davranışında vəhdət meyilləri

Peyğəmbərimiz Məkkədən Mədinəyə köçdükdən sonra ilk müsəlman icmasını yaradarkən həyata keçirdiyi tədbirlər sırasında ilk yeri müsəlmanlar arasında qardaşlıq əhdi bağlamaq tutmuşdu. Mədinənin yerli əhalisi (ənsar) ilə Məkkədən köçənlər (mühacirlər) arasında mehribanlıq yaratmaq məqsədilə o, hər tərəfdən bir nəfər seçərək onları qardaş elan etdi. Məsələn, Peyğəmbərin əmri ilə Əbu Bəkr - Xaricə ibn Zuheyrlə, Ömər ibn Xəttab - Ətəban ibn Maliklə, Osman ibn Əffan - Əvs ibn Sabitlə qardaş oldular. Həzrəti Rəsulullah isə özü ilə Əli ibn Əbu Talib arasında qardaşlıq əhdi bağladı (Sireyi-ibn Hişam, I cild, səh. 337-338).

Həzrəti Muhəmməd (s) bütün fəaliyyət müddəti boyunca yalnız Allahı inkar edən şəxslərlə (kafirlər və müşriklərlə) müharibələr aparmış, kəlmeyi-şəhadəti söyləyən hər bir şəxsi müsəlman icmasının bərabərhüquqlu üzvü kimi qəbul etmişdir. Peyğəmbərimiz dəfələrlə buyurmuşdur ki, o, insanlarla Allahın varlığını və onun peyğəmbərliyini qəbul edincəyə kimi döyüşməklə vəzifələndirilib. İslam əsgərlərinə qəti əmr olunmuşdu ki, döyüş əsnasında ölüm qorxusundan olsa belə, kəlmeyi-şəhadəti söyləyən və təslim olan hər bir düşmənə aman versinlər.

İslam Peyğəmbərinin davranışında vəhdət meyilləri

Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə buyurulur: "Kim "La ilahə illəllah" deyib Allahdan başqa tanrıları rədd etsə, Allah onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da yalnız Allaha aiddir" (Səhihi-Muslim, İman, 37).

Sunəni-İbn Macədə rəvayət edilən bir hədisə əsasən, Peyğəmbərimiz buyurmuşdur: "Hər kim "Allahdan başqa tanrı yoxdur; o, təkdir və şəriksizdir. Muhəmməd (s) Allahın bəndəsi və elçisidir" - desə, heç kimin ona toxunmağa haqqı yoxdur. Yalnız həddi pozarsa (günah edərsə), haqqında cəza tətbiq olunmalıdır" (Sunəni-İbn Macə, 2539).

Həmin kitabdakı başqa bir hədisə görə Həzrəti Muhəmməd peyğəmbər (s) buyurmuşdur: "Müsəlmanı söymək fisqdir, öldürmək isə küfrdür" (Sunəni-İbn Macə, 3940).

İslam Peyğəmbərinin davranışında vəhdət meyilləri

Əhli-beytin davranışında vəhdət meyilləri

İslam Peyğəmbərinin vəfatından sonra İmam Əli (ə) özünü xilafətin yeganə əsl sahibi bildiyi halda, müsəlmanlar arasında təfriqə düşməməsi xatirinə açıq mübarizədən çəkindi. Bir neçə ay fasilədən sonra o özü də xəlifəyə beyət etdi və tərəfdarlarını da beyət etməyə çağırdı. Bu hərəkət İmam Əli (ə) üçün nə qədər ağır olsa da, o, müsəlmanların ümumi mənafeyi xatirinə bu yolu qəbul etdi. "Nəhcu'l-bəlağə"dəki məşhur "Şiqşiqiyyə" xütbəsində İmam Əli (ə) öz vəziyyətini belə təsvir edirdi: "Fikirləşəndən sonra bu nəticəyə gəldim ki, səbir etmək ağla daha uyğundur. Ona görə də gözünə tikan batmış, boğazında sümük qalmış adam kimi səbr etdim..."

Xilafəti dövründə söylədiyi xütbələrin birində İmam Əli (ə) həmin günləri belə xatırlayırdı: "Mən gördüm ki, səbir etmək müsəlmanlar arasında təfriqə salıb qan tökməkdən daha yaxşıdır. Çünki camaat İslam dinini yenicə qəbul etmişdi. Din, qaynayıb üzünə köpük çıxmış südə bənzəyirdi. Azacıq diqqətsizlik və tərpəniş nəticəsində korlana bilərdi" (İbn Əbi'l-Hədid - "Nəhcu'l-bəlağə"nin şərhi, VIII cild).

İslam Peyğəmbərinin davranışında vəhdət meyilləri

Həzrəti Əli (ə) misirlilərə ünvanladığı məktubda belə yazırdı: "Gördüm ki, bə�ziləri dindən dönüb, peyğəmbərin dinini məhv etmək üçün çalışırlar. Belə bir şəraitdə qorxdum ki, əgər Allahın dininə yardım etməsəm, İslam küfrə məğlub olar, ya da tamam məhv olar. Bunu görmək mənim üçün sizin üzərinizdə hakimliyi itirməkdən daha ağırdır..."

Peyğəmbərin vəfatının ardınca xəlifə seçkisindən sonra Əlinin (ə) tərəfdarlarından biri şeir qoşub uca səslə oxumağa başladı. O öz şeirində xilafətin Əliyə (ə) deyil, başqa şəxsə ötürülməsini tənqid edirdi. İmam Əli (ə) məsələdən xəbərdan olan kimi həmin adama xəbər göndərdi ki, daha şeirinin ardını oxumasın. Bu zaman o, aşağıdakı belə söyləmişdi: "Dinin salamatlığını qalan hər şeydən çox istəyirəm" (İbn Əbi'l-Hədid - "Nəhcu'l-bəlağə"nin şərhi, 6-cı cild).

İmam Əli (ə) beş illik zahiri xilafət dövründə də firqələrə parçalanan, siyasi qruplaşmalara qoşulub bir-birinə qarşı silah çəkən müsəlmanları birləşdirməyə çalışırdı. O, xütbələrinin birində deyirdi: "Camaat, fitnə dalğalarını nicat gəmisi ilə yarıb parçalayın! İxtilaf və nifrət törətməkdən əl çəkin! Fəxr və lovğalıq tacını kənara qoyun!"

İslam Peyğəmbərinin davranışında vəhdət meyilləri

Yalnız Əli (ə) deyil, digər imamlar da həmişə İslam dininin mənafeyi naminə vəhdət ideyasını müdafiə etmiş, öz davranışları ilə buna nümunə olmuşlar. İmam Cəfər Sadiq (ə) kəlmeyi-şəhadəti söyləməyin müsəlmanlıq üçün kafi şərt olduğunu təsdiq edərək buyururdu: "İslam - "La ilahə illəllah"a şəhadət vermək və Rəsulullahı təsdiq etməkdir. Bununla qanlar qorunur, nikah və irs məsələləri həyata keçirilir" (Kafi, Kuleyni, İman və küfr, 15-ci bab, hədis 1).

Qarşıdurmanın əsas səbəbləri

1400 illik İslam tarixi boyunca şiə və sünnilərin vəhdətinə mane olan səbəbləri araşdırarkən aşağıdakı 4 səbəbin mövcudluğu ilə qarşılaşırıq:

Cahillik və məzhəblərin bir-birini tanımaması

Məzhəblərin yaxınlaşması qarşısında duran maneələrdən biri - cəhalət və xəbərsizlikdir. Kifayət qədər elmi hazırlığı olmayan həm şiə, həm də sünni məzhəbli müsəlmanlar qarşı tərəfin əqidə prinsipləri və ehkam maddələri ilə tanış olmadan tənqidə başlayırlar; bu zaman da anlaşılmazlıqlar yaranır. Nəhayət, təsadüf nəticəsində həqiqət ortaya çıxdıqdan sonra tərəflər nə qədər səhv mövqedə durmuş olduqlarını anlayırlar. Amma həqiqətin zühuru bəzən çox yubandığı üçün cəhalət və xəbərsizlik öz işini görür, ziddiyyət xeyli dərinləşir.

İslam Peyğəmbərinin davranışında vəhdət meyilləri

Vəhdət hərəkatının bayraqdarlarından olmuş Şeyx Mühəmməd Təqi Qummi yazırdı: "Əgər şiə və sünni məzhəblərinin adının kökünə diqqət yetirsək görərik ki, elə bütün müsəlmanlar şiədirlər, çünki onların hamısı Peyğəmbərin nəslini sevir. Eyni zamanda, həm də hamı sünnidir. Çünki müsəlmanların hamısı Peyğəmbərin sünnəsini izləməyi lazım bilir. Beləliklə, biz hamımız sünni, şiə, qurani və muhəmmədiyik".

Təəssübkeşlik və inadkarlıq

Məzhəblərin yaxınlaşması qarşısında maneə yaradan növbəti amil - məzhəbçilik təəssübüdür. Adət-ənənələrə, ata-baba qaydalarına bağlı olan bəzi şəxslər dostluq və birlik fikrini heç təsəvvürlərinə də gətirə bilmir, bu yolda atılan hər addımı "öz məzhəbini qurban vermək" kimi başa düşürlər.

Məhz bu təəssübkeşliyi aradan qaldırmaq məqsədilə 1948-49-cu illərdə şiə və sünni aləminin aparıcı simalarının təşəbbüsü ilə Misirdə "Daru't-təqrib beynəl-məzahibi'l-islamiyyə" (İslam məzhəbləri arasında yaxınlaşma təşkilatı) adlı qurum yaradıldı. Bu mərkəz öz fəaliyyəti boyunca "Risalətu'l-İslam" adlı rüblük jurnal nəşr etdirirdi ki, həmin jurnalın yazarları sırasında o dövrün ən məşhur islamçı müəlliflərindən Fərid Vəcdi, Əhməd Əmin, Mahmud əl-Əqqad, Muhəmməd Əbu Zöhrə, Ayətullah Kaşifu'l-Qita və s. simalar da var idi. "Daru't-təqrib" cəmiyyəti İranda əhli-sünnə alimlərinin, Misirdə isə şiə müəlliflərinin klassik əsərlərini çap etdirir, müştərək konfrans və simpoziumlar keçirirdi.

İslam Peyğəmbərinin davranışında vəhdət meyilləri

XX əsr İslam maarifçilik hərəkatının liderlərindən biri mərhum doktor Əli Şəriəti təəssübkeş çıxışların nə qədər mənasız və qeyri-məntiqi olduğunu göstərirdi. O, bəzi tarixi hadisələri şişirdərək günün mövzusuna çevirməyin necə gülünc nəticələr verəcəyini göstərmək məqsədilə bir hadisəni misal çəkir. Doktor Şəriəti yazır ki, şah dövründə İranda yaşamış Seyyid Hüseyn Vaizi Səbzəvari adlı bir şəxs özünü Həzrəti Fatimeyi-Zəhranın (ə) qanuni varisi elan edərək Fədəkə sahib olmaq üçün barədə iddia qaldırıbmış. O, Fədək bağına bir dirhəm qiymət qoyaraq, bağın 1380 illik icarə haqqını tələb etmək üçün birinci xəlifə Əbu Bəkr ibn Əbu Quhafəni məhkəməyə verib (ölümündən 1380 il sonra), bu barədə rəsmi iddia protokolu ilə Səbzəvar dairə məhkəməsinə müraciət edibmiş. Nə qədər gülünc və mə�nasız hadisədir!

XX əsrin əvvəllərində həm şiə, həm də sünni ölkələrinin gömrükxanalarında qarşı məzhəbə məxsus kitablar və elmi mənbələr müsadirə edilir, hətta yandırılırdı. Məsələn, ərəb ölkələrində şiə kitablarını yığıb məhv edir, İranda sünni kitablarını yandırırdılar.

Mərhum Ayətullah Seyyid Əbdülhüseyn Lari bu işlərə e�tiraz edərək buyururdu: "Məhv edilən kitabların əksəriyyəti Quran təfsiri, ilahi ehkam və şəriət mövzusundadır. Onları məhv etmək İslam nişanələrinə hörmətsizlik göstərmək deməkdir və bütün bunlar ilahi cəzaya səbəb olacaqdır".


Geri dön

BDU-telebesi

  • 14 oktyabr 2011 21:53
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
seymur ellerine sagliq superdo

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

Musique Sage

  • 14 oktyabr 2011 15:34
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkurler Allah razi olsun

RADUQA

  • 14 oktyabr 2011 15:04
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
ALLAH YARDIMCIN OLSUN...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

H.o.S.t _ FaNaTka

  • 14 oktyabr 2011 14:26
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
allah razı olsun

allah razı olsun

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 69
Cəmi: 88

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}