İslam tarixindən hikmətli sözlər ( 2 hissə)

 
İslam tarixindən hikmətli sözlər ( 2 hissə)

İmam Zeynül-abidinin (ə) belə buyurduğunu rəvayət etmişlər:
- Yaşca səndən kiçik adamla görüşəndə, ehtiramla davran. Təsəvvür et ki, o, dünyada səndən az yaşadığı üçün, günahları da səninkindən azdır. Özündən böyüklə qarşılaşanda da, ona hörmət göstər. Fikirləş ki, səndən çox yaşadığı üçün, qazandığı savablar da səninkindən çoxdur.

Bir nəfər Həzrət Mühəmməd Peyğəmbərin (s) yanına gəlib soruşdu: «Mən niyə ölümdən qorxuram?». Peyğəmbər xəbər aldı: «Mal-dövlətin varmı?». O adam cavab verdi: «Bəli, var». Peyğəmbər yenə soruşdu: «Sərvətini özündən əvvəl göndərmisənmi? (Yəni kasıblara verib, özün üçün axirət azuqəsi toplamısanmı?)». Adam cavab verdi: «Xeyr». Peyğəmbər buyurdu: «Bax, elə buna görə də ölümdən qorxursan!»
İslam tarixindən hikmətli sözlər ( 2 hissə)

Məhəmməd Haşimi adlı bir nəfərdən rəvayət edirlər: Qurban bayramı günü ana¬mın yanına gedib gördüm ki, köhnə əyin-başlı bir qarı ilə söhbət edir. Anam onu mənə göstərib dedi: «Bilirsənmi bu, kimdir? Bu, Cəfər Bərməkinin anasıdır». Mən qarını dindirdim, xeyli söhbət etdik. Soruşdum: «Bu dünyanın qəribə işlərindən yadında nə qalıb?». Cavab verdi: «Oğlum, vaxt var idi ki, elə bu Qurban bayramı günündə40 0 kəniz mənə xidmət edirdi. Mən isə onların azlığından hey şikayət edib deyirdim ki, oğlum Cəfər mənə yaxşı baxmır. Yenə Qurban bayramı günüdür. Amma indi iki qoyun dərisinin arzusundayam ki, yatanda birini döşək kimi altıma sərim, o birini yorğan əvəzinə üstümə çəkim».


İslam tarixindən hikmətli sözlər ( 2 hissə)


Həzrət Əli (ə) Cəməl savaşında Həsənlə (ə) Hüseyni (ə) döyüşə buraxmadı. İmam bayrağı o biri oğlu Mühəmməd ibn Hənəfiyyəyə verib, onu döyüşün ön cəbhəsinə göndərdi. Münafiqlər fürsəti qənimət bilib, Mühəmmədə dedilər: «Görürsənmi, atan səni sevmir. O biri iki oğlunu qoruyur, səni isə ölümün ağzına atır».
Mühəmməd fitnəkarlara belə cavab verdi: «Həsənlə Hüseyn atamın iki gözüdür, mən isə vuran qoluyam. İnsanın gözlərinə təhlükə gələndə, əlini qabağa verib gözlərini qoruyar. Ona görə atam məni döyüşə yollayıb ki, onun iki gözünü qoruyum»


İslam tarixindən hikmətli sözlər ( 2 hissə)


Məşhur sufilərdən biri deyirmiş: «30 ildir, bircə kəlmə «Əlhəmdu lillah» dediyimə görə tövbə edirəm». Təəccüblə soruşdular ki, məgər insan Allaha həmd etdiyinə görə tövbə edərmi? Sufi cavab verdi: «30 il bundan əvvəl ticarətlə məşğul olurdum, dükanım vardı. Bir gün bazarda yanğın baş verdi. Tez bazara qaçıb gördüm ki, yanğın mənim dükanım olan yerə gəlib çatmayıb. Sevinib söylədim: «Əlhəmdu lillah». Sonralar öz-özümə dedim ki, nə olsun mənə ziyan dəyməyib? Əgər yanğın mənə zərər vurmayıbsa, başqalarına ki vurub! Mən özümü sair müsəlmanlardan ayırmamalı və onların dərdinə laqeyd qalmamalıydım. Bax, buna görə həmin həmdin tövbəsini edirəm»
.


Geri dön

BDU-telebesi

  • 14 oktyabr 2011 22:11
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
hemiwe gozel xberler yazanlara twkler bu gun ki xeberde gozeldi

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

MiLeyla

  • 14 oktyabr 2011 14:58
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
yazan elleriniz var olsun

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

RADUQA

  • 14 oktyabr 2011 14:23
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
COX SAQOLUN.....COX MARAQLI YAZIDIR...HEMDE IBRATAMIZDIR..
TEWEKKURLER....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

H.o.S.t _ FaNaTka

  • 14 oktyabr 2011 14:20
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}