İmam Əli (ə)-in Qırx Səhabəsi (21-25)

 
İmam Əli (ə)-in Qırx Səhabəsi (21-25)

İmam Əli (ə)-in Qırx Səhabəsi (21-25)

Bismillahir-rehmanir-rehim

İmam Əli (ə)-in Qırx Səhabəsi (21-25)


[b][font=Verdana][size=2][i][center][color=#009900]21-Übeyy ibni Kəb:
O, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi olmuş, Bədr müharibəsində iştirak etmiş və vəhyi yazanlardan olmuşdur.
Həzrət Peyğəmbər (s) onunla Səid ibni Zeyd arasında qardaşlıq əqdi oxumuşdu. O, Quran təfsirçisi və qabaqcıl qarilərdən olmuşdur.
İmam Sadiq (ə) onun haqqında buyurmuşdur: “Biz Quranı onun qiraəti ilə oxuyuruq. O, Əbu Bəkrin xilafətini qəbul etməyən on iki nəfərdən biridir.”

İmam Əli (ə)-in Qırx Səhabəsi (21-25)

22-Şəhid Asim Əzdi Kufi:
O, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi olmuş, imam Əli (ə)-ın apardığı müharibələrdə iştirak etmiş və nəticədə ayağına bir ox dəyərək onun axsamasına səbəb olmuşdur.
O, Aşura hadisəsində Kufədən məxfi şəkildə çıxıb Kərbəlada imam Hüseyn (ə)-a qoşulmuş və Aşura günü sübh çağı İbni Sədin ilk hücumunda qəhrəmancasına döyüşərək şəhadət məqamına nail olmuşdur.
Onun qəbri Kərbəlada imam Hüseyn (ə)-ın hərəmində “şəhidlər məqbərəsi”ndə yerləşir.

İmam Əli (ə)-in Qırx Səhabəsi (21-25)

23-Şəhid Əşrəs ibni Həssan Bəkri:
O, imam Əli (ə)-ın vəfalı səhabəsi olmuş, Siffeyn müharibəsindən sonra “həkəmiyyət” hadisəsində xəvariclə döyüşmüşdür.
O, imam Əli (ə) tərəfindən Ənbar şəhərinin valisi təyin edilmişdir. Müaviyə öz qoşunu ilə həmin şəhərə hücum etdikdə, Həssan şücaətlə vuruşmuş, nəhayət şəhadətə çatmışdır.

İmam Əli (ə)-in Qırx Səhabəsi (21-25)

24-Şəhid Əyən ibni Zəbiə:
O, imam Əli (ə)-ın səhabələrindən olmuş və o həzrətin apardığı müharibələrdə iştirak etmişdir. Müaviyə Abdullah ibni Amiri Bəsrəyə göndərdi ki, Osmanın tərəfdarlarını Əli (ə)-ın əleyhinə döyüşə dəvət etsin.
Digər tərəfdən də, imam Əli (ə) Əyəni Bəsrəyə göndərdi ki, orada öz qəbiləsi ilə söhbət edib, onları Abdullah ibni Amirin əleyhinə qiyama qaldırsın.
Lakin onun söhbətləri heç bir təsir göstərmədi, geri qayıtmaq istədikdə, xəvaricdən bir qrupu onu şəhadətə yetirdilər.

İmam Əli (ə)-in Qırx Səhabəsi (21-25)

25-Şəhid Üməyyə Tai Kufi:
O, imam Əli (ə)-ın səhabələrindən, Kufədəki mübariz şiələrdən olmuş və həmişə Həzrətin apardığı müharibələrdə iştirak etmişdir.
Onun Siffeyn müharibəsində göstərdiyi şücaət misilsiz idi. O, imam Hüseyn (ə)-ın Kərbəlaya daxil olmasını eşitdikdə, bir qrup şiə ilə birlikdə Kufədən məxfi şəkildə çıxıb Məhərrəm ayının 8-də o həzrətə qoşuldu.
Aşura günü sübh vaxtı İbni Sədin qoşununun ilk hücumu nətiçəsində şəhadət məqamına nail oldu. Onun qəbri Kərbəlada imam Hüseyn (ə)-ın pak hərəminin “şəhidlər məqbərəsi”ndə yerləşir.

İmam Əli (ə)-in Qırx Səhabəsi (21-25)



Geri dön

Ahli-Shia313

  • 15 dekabr 2011 18:20
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
Salman Fars,Abuzar,Miqdad ve s.

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

BDU-telebesi

  • 14 oktyabr 2011 22:25
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
{awards}
bunlari bilirdim twkler yenede

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

_WITH YOU_

  • 14 oktyabr 2011 19:54
  • Məqalə: 1
  • Şərh: 505
  • Bal:
{awards}
təşəkkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 45
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 42
Cəmi: 122
 
NIGAR
Xəbərləri: 38
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 236
 
lamiye_2001
Xəbərləri: 23
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 500
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
..::Kitty::..
Xəbərləri: 3
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}