İmanın mərhələləri

 
İmanın mərhələləri

İMANIN MƏRHƏLƏLƏRİ

İmanın üç mərhələsi var. Birisi, imanın o dərəcəsidir ki, insan yəginə çatır və o yəginin adı – elmül-yəgindir. Misal üçün, insan bilir ki, od insanı yandırar. Bu haqda elmi var. Bu, birinci mərhələdir. İkinci mərhələ - eynül-yəgin adlanır. Bu, elə bir mərhələdir ki, bu mərhələdə insan alovun yandırıcı olmasını bilməsi ilə yanaşı, atəşin özünü də görür. Üçüncü mərhələ elə bir mərhələdir ki, atəşin yandırıcı olduğunu bilir, onu görür və bundan başqa, əlini həmin atəşə tutaraq o istiliyi hiss edir. Bu mərhələ - həqqül-yəgin adlanır. Harisin imanı məhz həmin üçüncü mərhələdə olan imandan idi. Yəni, Haris nəinki İslamın bütün məsələlərini bilir və tanıyırdı, bununla yanaşı, onları yaşayırdı da. Onun gözü həyanın mərkəzi, qəlbi sevginin mərkəzi, beyni isə əqlin mərkəzi idi. Belə olan təqdirdə həqiqi mömin olmuşdu.

İMANIN HƏQİQƏTİ NƏDƏDİR?

Hədisin ardında Həzrət Peyğəmbər (s) Harisə buyurur: “Hər bir imanın bir həqiqəti var. Sənin imanının həqiqəti nədir?”. Haris cavabında altı nöqtəyə işarə edir. Deyir: “Mən vücudumu dünyaya nisbətdə təqvalı halda görürəm...”. Harisin işarə etdiyi bu birinci nöqtə olduqca önəmlidir. Haris özündə bir hal görür ki, onun vücudu İlahi rənglərlə yaşayır. Yəni, gözü həya ilə, beyni əql ilə, qəlbi məhəbbət ilə yaşayır. O, dünyanın nə olduğunu çox gözəl bilir və dünyadan onun layiq olduğundan artıq heç nə istəmir, dünyaya onun layiq olduğundan artıq dəyər vermir. Dünyaya nisbətdə təqvalı halda olmaq o deməkdir ki, dünyaya İlahi eynək ilə baxasan.

Haris cavabının davamında buyurur: “...Gecələrimi ibadət edirəm, gündüzlərimi oruc tuturam. Özümü sanki İlahi ərşdə görürəm ki, İlahi hesab-kitab yaxınlaşır...”. Yəni, Haris dördüncü nöqtəsində buyurur ki, bu dünyada ola-ola özünü sorğu-sual anının yaxınlaşması halında dərk edir. Özünü elə bir halda görür ki, artıq sorğu-sual yaxınlaşıb. Əgər insan sorğu-sualın yaxınlaşmasına hazırlaşsa, ömrünün sonuna hələ illər qaldığını düşünməsə, o zaman təqvaya çata bilər.

Sonra Haris buyurur: “...Sanki Cənnət əhlini görürəm ki, Behişt bağlarında gəzişirlər. Və Cəhənnəm əhlini görürəm ki, İlahi əzaba düçar olublar”. Bir var ki, bunların olmasını bilirik, bir də var ki, bunu vücudən hiss edək. Bundan sonra əziz İslam Peyğəmbəri (s) Harisin dediklərinə qiymət verir. Həzrət Peyğəmbər (s) buyurur: “Sən möminsən. Allah Təala sənin qəlbini iman nuru ilə işıqlandırıb”. Xoş olsun o insanın halına ki, Peyğəmbər (s) ona mömin desin. Bu həm də o deməkdir ki, Peyğəmbər (s) Harisin dediklərinin altından öz möhürünü vurur. Yəni, həqiqətən də əsl mömin bu xüsusiyyətləri özündə toparlayıb, cəmliyə bilən şəxsdir.

İSLAMIN GÖZƏLLİKLƏRİ HƏTTA İMPERATORLARI BU DİNƏ VALEH EDİB

İslam Peyğəmbərinin (s) mübarək vücudunun təsiri hər yerə səs salırdı. Bu zamanda Rum imperatoru Hergel Ğəssan tayfasından bir nəfəri çağırır və onu gizli surətdə Peyğəmbəri (s) yaxından görüb, Peyğəmbər (s) haqqında məlumat əldə edib qayıtması üçün Mədinə şəhərinə yola salır. Onunla vidalaşan zaman Herqel üç tapşırıq verir. Deyir: “Üç məsələdə xüsusilə diqqətli ol. Birinci, gör o nəyin üzərində əyləşmişdir. İkinci, gör onun sağ tərəfində kim əyləşir. Üçüncü, əgər bacarsan, onun nübuvvət möhürünə nəzər sal”. Həmin kişi Mədinəyə gəlir və Həzrət Peyğəmbərin (s) hüzuruna çatmaq şərəfinə nail olur. Gəlir görür, Rəsulallah (s) təvazö ilə yerdə əyləşib. Görür, sağ tərəfində Əli ibni Əbutalib (ə) əyləşib. Üçüncünü araşdırmaq onun yadından çıxır. Peyğəmbər (s) o getmək istəyərkən deyir: “Qabağa gəl və nəzər sal o şeyə ki, sənin sahibin o işə görə sənə tapşırıq verib”. O irəli gəlir və nübuvvət möhürünə nəzər salır. Bundan sonra Ruma qayıdır və vəziyyəti Hergelə danışır. Hergel deyir: “Bu, həmən o kəsdir ki, Həzrət İsa (ə) onun gəlişinə müjdə vermişdi... Ona itaət edin və hər nə desə qəbul edin”. Rəsulallah (s) İslamın həmin gözəlliklərini çatdırmaqla insanları bu dinə valeh edir. Çirkinliklərdən uzaq olmaq istəyən imperatorlar da belə, İslama üz gətirirlər.

Allahım, bizlərə həqiqi İslamın xüsusiyyətlərini yaşamaq tofiqatını nəsib et!
Allahım, gözümüzü həyaya, qəlbimizi məhəbbətə, beynimizi əqlə məkan et! Amin!


Geri dön

_eslemnur_

  • 15 oktyabr 2011 16:32
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:

Allahım, bizlərə həqiqi İslamın xüsusiyyətlərini yaşamaq tofiqatını nəsib et!
Allahım, gözümüzü həyaya, qəlbimizi məhəbbətə, beynimizi əqlə məkan et! Amin!

AMIN,AMIN,AMIN

RADUQA

  • 15 oktyabr 2011 12:40
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR...MARAQLIDIR....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

BDU-telebesi

  • 15 oktyabr 2011 12:23
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
bunun bir meqalede de oxumuwdum gozle yazidir seymur

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 60

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}