İnsanda olan üç gözəl xüsusiyyət

 
İnsanda olan üç gözəl xüsusiyyət

İNSANDA OLAN ÜÇ GÖZƏL XÜSUSİYYƏT

Nəql olunur ki, Həzrət Adəm (ə) bir gün əyləşmişdi və altı nəfər onun yanına daxil olur. Onun yanına daxil olanlardan üç nəfəri onun sağ tərəfində əyləşirlər və üç nəfəri sol tərəfində əyləşirlər. Onlardan üç nəfəri ağ idilər, üç nəfəri isə qara. Həzrət Adəm (ə) bu ağlardan birinə deyir: “Sən kimsən?”. Cavabında deyilir: “Mən ağılam”. Həzrət Adəm (ə) soruşur: “Sənin yerləşdiyin yer, sənin məkanın haradadır?”. O cavabında deyir: “Mən beyində yerləşirəm”. Adəm (ə) ikincisindən soruşur: “Sən kimsən?”. Cavabında söyləyir: “Mən məhəbbət, sevgi, mehrəm”. Adəm (ə) soruşanda ki, “sən harada yerləşirsən?”, deyir: “Mən ürəkdə və qəlbdə yerləşirəm”. Üçüncüdən eyni sualı soruşanda deyir: “Mən həyayam”. Həzrət Adəm (ə) soruşur: “sənin yerin haradadır?”. Deyir: “Mənim məkanım, mənim yerim gözdür”. Hədisin bu hissəsində insanda olan ən gözəl xüsusiyyətlər sadalanır. Əslində hədisin mahiyyəti isə ikinci hissədə açılır. İnsanın daxilində olan müsbət və mənfi xüsusiyyətlər burada qabarıq şəkildə özünü göstərir.

İnsanda olan üç gözəl xüsusiyyət

TƏKƏBBÜR GƏLƏN ZAMAN ƏQL BEYNİ TƏRK EDƏR

Həzrət Adəm (ə) sonra soluna baxır və qaralardan birindən soruşur: “Sən kimsən?”. Cavabında deyilir: “Mən təkəbbürəm”. Həzrət Adəm (ə) soruşur: “Sənin yerin, məkanın haradadır?”. Cavabında deyir: “Beyində yerləşirəm”. Adəm (ə) yenidən ondan soruşur: “Sən əql ilə bir yerdə yerləşirsən? Sənin əql ilə məkanın bir yerdədir?”. Cavabında deyilir: “Mən ki, gəlirəm, əql çıxıb gedir”. Yəni, əslində təkəbbür bildirir ki, onun əql ilə bir yerdə olması qeyri-mümkündür. Ağıl olan yerdə təkəbbür olmadığı kimi, təkəbbür olan yerdə də ağıl yoxdur. Buradan çox incə bir mətləb ortalığa çıxır. Ağıllı insan təkəbbürlük etməz. Əslində ağılı başında olan insan başa düşər ki, onun nəyi varsa, hamısı Allahdandır. Və belə olan təqdirdə, bütün nemətləri verən Rəbbimiz onları verdiyi kimi də, ala bilər. Digər bir tərəfdən isə, hər bir kəsin sonu - gec və ya tez - qəbirdir. Buna görə də, ağıllı insan dünya üçün təkəbbürlənməz və Axirət üçün çalışar.

İnsanda olan üç gözəl xüsusiyyət

HƏSƏD YER TAPAN QƏLBDƏ MƏHƏBBƏT KİNLƏ ƏVƏZLƏNƏR

Həzrət Adəm (ə) solunda əyləşənlərin ikincisindən soruşur: “Sən kimsən?”. Cavabında deyilir: “Mən həsədəm”. Həzrət Adəm (ə) onun yerini soruşur. O cavabında deyir: “Mən ürəkdə, qəlbdə yerləşirəm”. Adəm (ə) soruşur: “Sən, sevgi, məhəbbət, mehr ilə bir məkandasan?”. Deyir: “Xeyir, mən ki, gəlirəm - sevgi, məhəbbət, mehr aradan gedir”. Göründüyü kimi, həsəd olan yerdə məhəbbət, mehr, həqiqi sevgi yoxdur. Əgər bir insan dünyaya həsəd aparırsa, bu zaman onun qəlbində məhəbbətin yerini kin tutur. O şəxs yalnız dünyanı əldə etməyə çalışır və əldə edə bilmədiklərinə isə həsəd aparır. Bu zaman onun dünyaya, bəşəriyyətə məhəbbətlə yanaşması da mümkün deyil. O, hər bir şeyi onun əlindən alınmış kimi görünür. Bu zaman böyük bir mərizliyə - kinlilik xəstəliyinə tutulur. Kindən qurtulmaq və məhəbbətə sahib çıxmaq isə bundan sonra çox çətin olur.


Geri dön

A.Nicat

  • 16 oktyabr 2011 10:38
  • Məqalə: 10
  • Şərh: 254
  • Bal:
twk

--------------------

Mehrin

  • 16 oktyabr 2011 02:20
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
Teshekkurler...

BDU-telebesi

  • 15 oktyabr 2011 11:58
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
{awards}
cox gozeldi gerek hami oxusun bu xeberi

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

... Deryam ...

  • 15 oktyabr 2011 11:42
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Maraqlı və dəyərli məlumatlarıydı .

--------------------

Elnen

  • 15 oktyabr 2011 10:51
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}
Tewekkurler.. Bes sol terefdeki uchuncu shexs nece olur ????

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 66

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}