İnsanın gözü – Ya tamaha, ya da həyaya məkan olar

 
İnsanın gözü – Ya tamaha, ya da həyaya məkan olar

İNSANIN GÖZÜ – YA TAMAHA, YA DA HƏYAYA MƏKAN OLAR

Həzrət Adəm (ə) solunda əyləşənlərin üçüncüsündən soruşur: “Sən kimsən?”. O, cavabında deyir: “Mən tamaham”. Soruşur: “Sənin mərkəzin haradadır?”. Deyir: “Mən mərkəzim gözdür”. Soruşulur: “Sən həya ilə birlikdəsən?”. Cavabında deyilir: “Mən daxil olan kimi, həya çıxıb gedir”.

Əslində olduqca önəmli bir məqama vurğu edilir. Tamah olan gözdə həya özünə necə yer tapa bilər? Və yaxud, həya olan gözdə tamah necə yerləşə bilər? İnsan öz gözündə bunlardan yalnız birini saxlaya bilər. Əgər həyanı öz gözünə məskən edərsə, onun gözü İlahi göz olar. O göz hər bir şeyə yalnız İlahi rənglə baxar, günahlara baxmaqdan həya edər. Lakin, əgər bir gözdə tamah yer taparsa, həmin göz şeytani (lən) göz olar. Həmin göz hər an yalnız günah axtarar, dünyaya acgözlüklə baxar.

İnsanın gözü – Ya tamaha, ya da həyaya məkan olar

EYNİ QƏLB, EYNİ GÖZ və EYNİ BEYNİN İNSAN ÜÇÜN AÇDIĞI İKİ YOL

Bu əziz və qiymətli, eyni zamanda sadə dildə çox dərin məsələləri izah edən hədisdən olduqca böyük mətləblər aydın olur. Aydın olur ki, insanın beyni əql ilə də dola bilər, təkəbbürlə də. İnsanın qəlbi sevgi ilə də ola bilər, həsəd ilə də. İnsanın gözü həyanın mərkəzi də ola bilər, tamahın məkanı da. İnsana nemət kimi verilən beyin, qəlb, ürək, göz iki cür istifadə oluna bilər. Bir istifadə çox gözəldir, digər istifadəsi isə çox iyrəncdir. Birinci formada istifadə insanı gözəlliyə, xoşbəxtliyə aparırsa, ikinci formada istifadə isə insanı bədbəxtliyə, məhvə aparır. Eyni qəlb, eyni ürək, eyni göz Allaha aparan yolda da vasitəçi ola bilər, uçuruma aparan yolda da. Əsas olan budur ki, insan seçimini düzgün etmiş olsun.

Mübarək hədisdən çıxan ikinci dərs budur ki, beyin, ürək, göz – sadalanan məsələlərdən yalnız bir növünü qəbul edə bilir. İki cür – bir-birinin əksi olan, bir-birinə təzad təşkil edən xüsusiyyət bir yerə sığmır. Əgər tamah gözün mənbəyinə çevrilirsə, həmin insan gərək həya ilə xudahafizləşsin. O insandan artıq həya gözləmək qeyri-mümkündür. Əgər qəlb həsədin məkanına çevrilirsə, bu zaman gərək insan sevgi, məhəbbət, digərlərinə can yandırmaq isə vidalaşsın. Eyni zamanda beyinə təkəbbür də gəldikdə, əql həmin yerdən gedir. Bunu təkəbbürün özü də bəyan edir.

İnsanın gözü – Ya tamaha, ya da həyaya məkan olar

İBTİDAİ ŞÜURU OLAN, NƏ QƏDƏR ACİZ OLMASININ FƏRQİNDƏDİR

Təkəbbür gələrkən, əqlin həmin məkanı tərk etməsi ilə bağlı alimlərin olduqca dəyərli şərhləri var. Əgər bir adamın heç olmasa ibtidai səviyyədə şüuru olarsa, həmin şəxs təkəbbür etməz. Bu adam nə qədər aciz, nə qədər zəlil, nə qədər ehtiyaclı olduğunu anlayar. İnsan bir haldadır ki, Allah Təala bir an ondan nəfəs alma funksiyasını alsa, həmin şəxs artıq yoxdur. Ağlı başında olan adam bunu çox yaxşı başa düşür. Bir qədər sağlamlığı yerində olmayan insan yerə yıxılır, bir az ruzisi çatışmırsa - halı pisləşir və s. Tarix nə qədər təkəbbürlü insanların dünyadan gəlib-getdiyini göstərir. Allah sonda onları yerə vurub. Allah Təala yezidləri (lən) hər zaman zəlil edib. Yezid (lən) öz cinayətlərini edən zaman düşünmürdü ki, bir gün yerə vurulacaq. Çünki, onun ağlı aradan getmişdi. Milyondan çox müsəlmanı qıran Səddam (lən) heç təsəvvürünə belə gətirməzdi ki, bir vaxt gələcək və bu dərəcədə zəlil olacaq. Təkəbbür beləcə bir doldurulmuş şara bənzəyir. Yalnız bir iynə kifayət edir ki, həmin şişirdilmiş şar – təkəbbür aradan getsin.

İnsanın gözü – Ya tamaha, ya da həyaya məkan olar

GÖZƏL XÜSUSİYYƏTLƏRİ CƏMLƏMƏKLƏ XOŞBƏXTLİYƏ ÇATANLAR

İslam dininin mövcudluğunun hər bir mərhələsində - istər İslam dininin yeni yayılmağa başladığı dönəmlərdə, istərdə də, sonrakı vaxtlarda insanları bu dinə cəlb edən əsas cəhətlər - elə yuxarıda sadalanan müsbət xüsusiyyətlər olub, sevgi, həya, ağıl olub. İslamın əsas çağırışı bu üç cəhətə sahib çıxmağla bağlı olub. Bunlara sahib çıxa bilən insan, bir çox mənfiliklərdən uzaqlaşa bilib. Elə İslamı sevdirən də bu olub. Bu mənada, təbərrük üçün əziz İslam Peyğəmbərinin (s) yetişdirdiyi çox gözəl səhabələrdən biri olmuş Harisin həyatına diqqət etmək yerinə düşər. İmam Cəfər Sadiq (ə) mübarək bir hədisdə buyurur: “Əziz Peyğəmbərimiz (s) bir gün öz səhabələrindən biri olan Harisi görür. Harisi görəndə ondan halını soruşur. Harisə bu sualı ünvanlayaraq soruşur: “Ey Haris, necə sübh etdin?”. Haris deyir: “Sübh etdim, bir halda ki, həqqən möminəm...””.

İnsanın gözü – Ya tamaha, ya da həyaya məkan olar

Harisin bu cavabını anlamaq əslində çətindir.
Bunun üçün həqiqi mömin, həqiqi imanın nə olduğunu bilmək lazımdır.


Geri dön

ZERiDE

  • 15 oktyabr 2011 12:52
  • Məqalə: 35
  • Şərh: 146
  • Bal:
cox saq ol deyerli xebere gore

BDU-telebesi

  • 15 oktyabr 2011 12:40
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
{awards}
yarisini oxudum yarisina bawqa vaxt oxuyaram amma oxuduqlarim xowuma geldi

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

RADUQA

  • 15 oktyabr 2011 12:16
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
TEWEKKURLER...
ALLAHDAN HAMIMIZIN GOZUNDE HEYANIN BEYNINDE SAF DUWUNCELERIN....QELBINDE SEVGININ MESKEN SALMASIN DILEYIREM....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

.::BaBy_FaCe_WiSe::.

  • 15 oktyabr 2011 11:31
  • Məqalə: 180
  • Şərh: 1215
  • Bal:
{awards}
coxsagolun deyerli xebere gore=)


--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}