Dəyər deqradasiyası, yoxsa...?

 
Dəyər deqradasiyası, yoxsa...?

Uşaqkən inşaatda çalışan daş-divar ustalarının işlərini maraqla seyr edərdik. Daş ustası naxış-naxış, dənə-dənə və səbirlə daşları seçərək tikiliyə qoyub, hərdənbir çəkiclə boşluqları yoxladıqdan sonra bir az geri çəkilib əsərini gözdən keçirərək alnındakı tər damlalarını qoluna silər və divarı hörməyə davam edərdi. Bu iş bəlkə də aylarla sürər, lakin divar ustası bezmədən və səbirə işinə davam edərdi. Ustanın işi sadəcə bir divar hörmək deyildi. Sanki bir istiqamət, bir hədəf və bir məqsədə çatmaq üçün göstərdiyi əmək nümayişi idi…

Amma çağdaş zamanımızda nə divar ustasının həyəcan və diqqəti, nə də bir sənətkarın estetik üfüqündə bir dərinlik qalıb. Dəyərlər sanki dəbdən düşürmüş kimi insani yönümüzdən bir şeylər qopararaq yox olmağa başlayıblar.

Kökslərində ürək yerinə daş daşıyan divardan insanlar var indi… Divar ustaları, sənətkar bənnalar qalmadığı kimi İNSAN USTALARI da yoxdur artıq. Hədəfləri dolanbaclı, səbrin əmmarəsi yox olan, güclünün və gücün sözü keçən zamanı paylaşırıq. Sadəcə yaşadığımız ölkədə deyil, bütün dünyada insanlıq qurban verməyə davam edir. Və bizlər cəlladına aşiq olan edam məhkumu kimi işğal olunmuş xalqlara qarşı haqsız işğalçını alqışlayırıq.

Bilirik ki, hər şey zamanla köhnəlir; aşınır, sümükləşir və dəyərini itirir.
Düşüncələr, xüsusiyyətlər və davranışlar da zamana qarşı dura bilməz və yenilənmə ehtiyacı duyarlar.


Ancaq zamana meydan oxuyan və köhnəlməyən şeylər də vardır: Ərdəmlər, əxlaqi davranışlar və mənəvi gözəlliklər. Bunların başında da infaq mədəniyyəti gəlir.
Paylaşmaq… Qarşılıq güdmədən verə bilmək… Özünü aşıb başqası üçün yaşaya bilmək… Yaşadığı cəmiyyəti bir divar ustası, bir bənna kimi ciddiyyət və diqqətlə inşa etmək, əskik olan tərəflərini tamamlamaq, yetimi, yoxsulu himayə etmək, verməyi bir vicdani zövq halına gətirmək.

Bunlar tarixə və zamana meydan oxuyan məziyyətlərdəndir; köhnəlməz və dəyərlərindən heç bir şey itirməzlər. Ərəb atalarının “Ana bətni cins insan doğmağa paxıllıq edər” deyə bir sözü var. Müdriklər bu sözlə ərdəmli insan qıtlığına diqqət çəkmişlər.

Bəli! "Bizlər" deyərkən - “Mən, yəni o. O, yəni mən.” deyən, dərdi, qəmi və sevincini ortaq çəkən bir mədəniyyətə, inanca aidik. Verərkən əslində aldığına və qazandığına inanan, yaşadığı cəmiyyəti bir sənətkar gözü ilə kəşf edən, başqalarının da günahına ağlayan, ən möhtəşəm öndər və örnək insanın – RƏSULun (s.a.s) izinə aidik və onun rəhbərliyinə tabeyik. İctimai deqredasiyaları, çürümə və itmələri təmir, yaxşılığı inşa üçün daim YOLda olmağa namizədik. Cəlaləddin Rumi deyir ki, “Digər insanların ağrı-acısını dərd etmirsənsə, adına adam niyə deyirsən?” Əlbəttə nazla yetişən və yaşayan DOSTa gedən yolu tapa bilməz və insani-kamilin üfüqünə çata bilməz!

Dünyada diqqətli bir mömini maraqlandırmayan heç bir hadisə və xəbər yoxdur, ola bilməz. Yaşadığı dünyanın zülm və haqsızlıqlarına laqeyd qalmaq elə həmin zülmə ortaq olmaq deməkdir. İslah etmə yöntəmlərindən istifadə etmək, min bir hikmətlə yanaşıb yanlışların önünə keçmək, HAQQı, ƏDALƏTi və ƏXLAQı ayağa qaldırmaq ən insanı bir keyfiyyətdir və hətta MÖMİN olmanın ŞƏRTidir.

Son söz imam Şafinin olsun. Ruhuna min rəhmət, deyir ki:
“Sadəcə qarnına gedəcək şeyi düşünənin dəyəri də, qarnından çıxan qədər olar!”


Geri dön

A.Nicat

  • 15 oktyabr 2011 20:54
  • Məqalə: 10
  • Şərh: 257
  • Bal:
thklerrrrrrrrrrrrrr

thklerrrrrrrrrrrrrr

thklerrrrrrrrrrrrrr

thklerrrrrrrrrrrrrr

thklerrrrrrrrrrrrrr

thklerrrrrrrrrrrrrr

thklerrrrrrrrrrrrrr

--------------------

kiss love

  • 15 oktyabr 2011 19:43
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
twk xebere gore maraqlidi

--------------------

RADUQA

  • 15 oktyabr 2011 17:40
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
COX SAQ OL.....
DEYERLI VE MARAQLIDIR....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

edvart

  • 15 oktyabr 2011 17:32
  • Məqalə: 1
  • Şərh: 219
  • Bal:
{awards}
ilk werh menden twk

BDU-telebesi

  • 15 oktyabr 2011 16:40
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
bir kelme mukemmel yazidir fellow heqiqeten nsani duwunduren yazidir

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

Lucky girl

  • 15 oktyabr 2011 15:32
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
twk...

--------------------
...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 51
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}