Füru-üd-din

 
Füru-üd-din

Ərəb dilindən tərcümədə «füru» («fər» sözünün cəmi)
«ikinci dərəcəli hissələr, xırdalıqlar» deməkdir. Dilimizdəki «təfərrüat» sözü bunu daha
aydın ifadə edir. «Füruüd-din» sözü «dinin təfərrüatı, xırdalıqları» mənasını verir.

Füru – üsulun (köklərin, əsasların) qarşılığıdır. İslam dininin əqidə prinsiplərinə «üsulüd-din»,
əməli hökmlərinə isə «füruüd-din» deyirlər. Əgər İslam dinini ağaca bənzətsək,
üsulüd-din onun kökləri və gövdəsi, füruüd-din isə budaqları və yarpaqları kimidir.

Məlumdur ki, budaqlar gövdə üzərində dayanır, inkişaf üçün lazım olan maddələri də kök vasitəsilə əldə edir. Eləcə də, müsəlmanın əməli onun əqidəsindən qaynaqlanır. Şəriətin halal-haramına düzgün riayət etmək üçün əvvəlcə əqidə əsaslarına inanmaq lazımdır. Həmçinin, şəriət hökmlərini anlamaq və əsaslandırmaq üçün yenə dinin əsas prinsiplərinə dayaqlanmaq zəruri şərtdir.

Əhli-sünnə məzhəbində fiqhin hər bir bölümü «fər» sayılır; cəm halda bunlara «füru» deyirlər. Yəni füru konkret olaraq, hər hansı fiqh bölümündən ibarət deyil. Şiə məzhəbində isə bundan əlavə, «füruüd-din» həm də dini termin sayılır və konkret olaraq 10 maddədən ibarətdir:

1. Namaz;
2. Oruc;
3. Xüms;
4. Zəkat;
5. Həcc;
6. Cihad;
7. Əmr bil-məruf (insanları yaxşı əməllərə təşviq etmək);
8. Nəhy ənil-münkər (insanları pis işlərdən çəkindirmək);
9. Təvəlla (Allahın dostlarını sevmək);
10.Təbərra (Allahın düşmənlərinə qarşı düşmənçilik etmək).


Şiə məzhəbinə görə, hər bir müsəlman bu 10 məsələdə İslamın göstərişlərinə əməl etməli, onları pozmamalıdır. Bu 10 xüsusiyyət müsəlmanın simasını təşkil edir, onun özü, Allah və sair insanlar qarşısındakı vəzifələrini müəyyən edir.


Geri dön

edvart

  • 15 oktyabr 2011 17:18
  • Məqalə: 1
  • Şərh: 214
  • Bal:
ilk werh menden twk

RADUQA

  • 15 oktyabr 2011 16:52
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
TEWEKKURLER...ALLAH YARDIMCIN OLSUN...COX SAQ OL BELE DEYERLI YAZILARLA BIZLERIDE TANIW EDIRSEN....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

BDU-telebesi

  • 15 oktyabr 2011 16:52
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
{awards}
bunlari bilmek lazimdir twkler seymur

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 54
Cəmi: 70

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 134
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
Darling
Xəbərləri: 27
Cəmi: 913
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
lamiye_2001
Xəbərləri: 10
Cəmi: 70
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}