Islam tarixindən hikmətli sözlər (3 hissə)

 
Islam tarixindən hikmətli sözlər (3 hissə)

Bir gün məşhur alimlər Molla Feyz Kaşani ilə Molla Xəlil Qəzvininin arasında elmi mübahisə düşür. İki alimin fikri toqquşur, hər biri öz nəzəriyyəsini isbat etmək üçün dəlillər gətirir. Axırda Qəzvini Feyz Kaşanini öz fikrindən dönməyə və onun nəzəriyyəsini təsdiqləməyə məcbur edir. Bununla mübahisə sona çatır və tərəflər ayrılıb hər biri öz şəhərinə yola düşür (Feyz Kaşanda, Molla Xəlil isə Qəzvində yaşayırmış).
Bir neçə gün keçdikdən sonra Molla Xəlil Qəzvini bir daha araşdırma aparıb, bu nəticəyə gəlir ki, həmin mübahisədə Feyz Kaşaninin dedikləri doğru imiş.
Qəzvini öz nəzəriyyəsinin səhv olduğunu anlayıb, pay-piyadə Kaşana gəlir.

Molla Feyz onu səmimi qarşılayır. Qəzvini apardığı araşdırmanın nəticəsini Feyzə bildirib, üzr istəyir və səhv etdiyini etiraf edir. Bundan dərhal sonra Molla Xəlil, Feyzin evini tərk edib, Qəzvinə doğru qayıdır. Feyz Kaşani ona qonaq olmağı və dincəlməyi təklif etsə də, Qəzvini razı olmayıb söyləyir: «Mən bura dincəlməyə görə yox, səndən üzr istəməyə görə gəlmişəm. Əgər indi başqa məqsədlə sənin evində qalsam, həmin niyyətim pozulmuş olacaq».

Islam tarixindən hikmətli sözlər (3 hissə)

Zülmkarlıqda ad çıxarmış Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan öz sarayında, pəncərənin qabağında can verirdi. Sarayın qabağından axan çayın sahilində bir paltaryuyan muzdla camaatın paltarlarını yuya-yuya zümzümə edirdi. Əbdulməlik paltaryuyanın qayğısız halını görüb, həsədlə deyir: «Kaş, mən xəlifə yox, paltaryuyan olaydım». Xəlifənin sözlərini o dövrün məşhur ariflərindən olan İbn Hazimə çatdırırlar. İbn Hazim söyləyir: «Allaha həmd olsun ki, biz (rəiyyət) öləndə onların (xəlifələrin) yerində olmağı arzu etmirik, onlar isə öləndə bizim yerimizdə olmağı istəyirlər».

Həzrət Əli (ə) buyurub: «İnsan öləndə sərvəti, övladı və xeyir əməlləri gözünün qabağında canlanar. O, öz sərvətinə deyər: «Mən səni hərisliklə sevirdim. İndi məndən ötrü nə edə bilərsən?». Mal-dövlət cavab verər: «Edə biləcəyim budur ki, sənin kəfənin olum». İnsan üzünü övladına tutub deyər: «Mən səni sevir və əzizləyirdim. İndi mənə necə yardım edə bilərsən?». Övlad cavab verər: «Köməyim bu ola bilər ki, səni dəfn edim». Axırda insan öz xeyir əməllərinə üz tutub deyər: «Mən sizə qarşı laqeyd və sizi icra etməkdə süst idim. İndi mənə köməyiniz dəyəcəkmi?». Xeyir əməl cavab verər: «Mən həm qəbrdə, həm də qiyamətdə sənin yanında olaram, ta ki, birlikdə Allaha təqdim edilərik».

Islam tarixindən hikmətli sözlər (3 hissə)

Rəvayət edirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) qoyun kəsdirib ətini müsəlmanlara payladı. Əti payladıqdan sonra o həzrət, zövcəsi Aişədən soruşdu:
- Qoyunun ətindən nə qaldı?
Aişə cavab verdi:
- Bircə kürək hissəsi qalıb.
Peyğəmbər onun sözünə düzəliş verib buyurdu:
- De ki, bircə kürək hissəsindən savayı, bütün cəmdək bizə qaldı!
(Peyğəmbər bununla demək istəyirdi ki, onlara qalan ən böyük qazanc – payladıq¬ları ətin savabıdır)

Islam tarixindən hikmətli sözlər (3 hissə)

Əbu Zərrdən soruşdular: «Bizim ölümdən qorxmağımızın səbəbi nədir?». Əbu Zərr cavab verdi: «Ona görə ki, siz dünyanızı abad edib, axirətinizi xaraba qoymusunuz. İndi abad yerdən xarabalığa köçmək istəmirsiniz». Soruşdular: «Allahla bizim görüşümüzü necə təsəvvür edirsən?». Əbu Zərr cavab verdi: «Sizin yaxşı¬larınız uzaq səfərdən öz evinə qayıdan şəxs kimi, pisləriniz isə ağasından qaçmış, sonra onun hüzuruna qaytarılmış qul vəziyyətində olacaqlar».

Hicri II əsrin ən məşhur elm, irfan və ibadət sahiblərindən sayılan Süfyan Sövri hədis alimlərinə belə deyirdi: «Elminizin zəkatını verin!». Soruşdular: «Elmin zəkatı nədir?». Süfyan cavab verdi: «Rəvayət etdiyin 200 hədisin heç olmazsa, beşinə əməl etmək».


Geri dön

BadZero

  • 3 noyabr 2011 01:19
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
Zülmkarlıqda ad çıxarmış Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan öz sarayında, pəncərənin qabağında can verirdi. Sarayın qabağından axan çayın sahilində bir paltaryuyan muzdla camaatın paltarlarını yuya-yuya zümzümə edirdi. Əbdulməlik paltaryuyanın qayğısız halını görüb, həsədlə deyir: «Kaş, mən xəlifə yox, paltaryuyan olaydım». Xəlifənin sözlərini o dövrün məşhur ariflərindən olan İbn Hazimə çatdırırlar. İbn Hazim söyləyir: «Allaha həmd olsun ki, biz (rəiyyət) öləndə onların (xəlifələrin) yerində olmağı arzu etmirik, onlar isə öləndə bizim yerimizdə olmağı istəyirlər».

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

BDU-telebesi

  • 15 oktyabr 2011 18:55
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
hamisini oxudum ellerine sagliq qeseng alinib

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

Musique Sage

  • 15 oktyabr 2011 18:13
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler

Allah razi olsun tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}