
Alimlər nəhəng dəniz ilbizinin ixtiozavrlara hücumunun izlərini aşkarlayıblar.
Amerika Geologiya Cəmiyyətinin (GSA) illik qurultayında bu barədə məlumat verilib.
Alimmlərin dediklərinə görə, onlar Nevada ştatındakı "Shonisaurus popularis" növündən olan ixtiozavrların məzarında tədqiqatlar aparıblar. Paleontoloqlar orada ən azı 9 ixtiozavrın qalığını tapıblar.
Bəzi qalıqlar 15 metr böyüklükdə olub.
Eramızdan 200-250 milyon il əvvəl, mezozoy erasının trias dövründə burada dərin dəniz olub. Həmin dənizdə yaşayan ixtiozavrları da ağlagəlməz dərəcədə nəhəng dəniz ilbizi "kraken" parçalayaraq yeyib.
Kraken böyük dinozavrları yeyəndən sonra onların sümuklərindən naxışlar da düzürmüş.
Alimlərin bu yaxınlarda apardıqları tədqiqatlar zamanı isə məlum olub ki, böyük dəniz ilbizləri özləri boyda olan köpəkbalıqlarına hücum edərək onları yeyirlər.
Qədim dövrlərdə yaşamış krakenlər də Yer tarixində ən böyük heyvanlar sayılan ixtiozavrları asanlıqla yeyiblər.
Amerikalı paleontoloq Mark MakMenaminin dediyinə görə, ən kiçiyinin ölçüsü 30 metr olan krakenlər ixtiiozavrların boyunlarını asanlıqla qırıb onları yuvalarına sürüyürdülər.